Leybnits (1646-1716) idi. O, obyektiv
idealizmin nümayəndəsi kimi tanınmışdır. Leybnitsin ali riyaziyyat sahəsində də
böyük xidməti olmuşdur. Onun əsərlərində riyazi məntiq və kibernetika elmlərinə
dair dəyərli ideyalara rast gəlirik. Məntiq elminin inkişafında da Leybnitsin mühüm
xidməti olmuşdur.
Leybnitsin fəlsəfi sistemi mahiyyətcə iki hissədən ibarətdir: 1) monadalar nə-
zəriyyəsi (monada, yunanca - təklik, vahid deməkdir). 2) İdrak nəzəriyyəsi. Leyb-
nits "Monadalogiya" əsərində göstərirdi ki, Kainat Allah tərəfindən yaradılmış son-
suz miqdarda ideal substansional vahidlərdən-monadalardan ibarətdir. O, monada-
larda əsl təbiət atomlarını, bütün şeylərin tərkib hissələrini görürdü. Filosof mona-
daları üç kateqoriyaya bölürdü: 1) həyat monadaları; 2) can monadaları; 3) ruh mo-
nadaları.
Leybnitsə görə, monadalar məkanda yer tutumuna, formaya malik deyildir, on-
lar hissələrdən ibarət deyildir, təbii yolla nə yarana bilər, nə də məhv ola bilər. Mo-
nadalar bölünməzdir. Leybnits öz monadalarının spesifik xüsusiyyətlərindən asılı
olaraq bütün mürəkkəb substansiyaları üç qrupa, qeyri-üzvi cisimlərə bölmüşdür:
qeyri-üzvi cisimlər həyat monadalarından, heyvanlar can monadalarından, insanlar
isə ruh monadalarından yaranırlar.
Filosofun fikrincə, monadalar ikili təbiətə malikdir: fəal-ruhi və passiv-maddi
monadalar. Materiya isə, Leybnitsə görə, yalnız
ruhun təzahürüdür. O, materiyanı
idealistcəsinə şərh edərək, onu ikinci hesab edir, Kainatın vahid maddi substansiya-
sı haqqında materialistlərin təlimini təkzib etməyə çalışırdı. Onun təbirincə, materi-
ya öz mövcudluğunun əsaslarını özündə daşımır. Guya
materiya nə müstəqil inkişaf
etmək, nə də ki, duyğu əmələ
gətirmək qabiliyyətinə malik deyildir. Leybnits belə
hesab edirdi ki, dünyada hər şey, o cümlədən atomlar da Allah tərəfindən yaradıl-
mışdır. Əsas vəzifə Allahın qarşıya qoyduğu vəzifələri həyata keçirmək və bunun
nəticəsində inkişafa nail olmaqdan ibarətdir. Leybnitsin "Monadalogiya"sında dia-
lektikanın elementləri xüsusi yer tutur. İdrak məsələlərinin həllində o, rasionalist
idi. Onun nəzəriyyəsində rasionalizm empirizm elementləri ilə metafizikcəsinə uz-
laşmışdır. Lakin bununla belə, Leybnits hisslər vasitəsilə rənglərin, iylərin, dadların
dərk edilməsini inkar etmirdi. Bu o deməkdir ki, Leybnits duyğulara əsaslanan id-
rakı rədd etmir. Onun fəlsəfəsində hissi idrak rasional idrakın aşağı pilləsi və ya il-
kin müqəddəm şərti kimi çıxış edir. Leybnits fəlsəfəsi, məlum nöqsanlarına baxma-
yaraq, XVIII əsrin sonu və XIX əsrin əvvəllərini əhatə edən klassik alman fəlsəfə-
sinə böyük tə"sir göstərmişdir.