Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə16/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   12   13   14   15   16   17   18   19   ...   84
Dənizdə təhlükəsizlik

1.4.5. Növbətçi qayıqlar.
Növbətçi qayıq oturaq vəziyyətdə olan ən azı beş
nəfərin və xərək üzərində uzanmış bir nəfərin yerləşdirilməsini
təmin etməlidir. Növbətçi qayığın uzunluğu 3,8m-dən 8,5m-ə
qədər hüdudda olmalıdır. Kifayət qədər yəhərliliyə malik
olmayan qayıqlar uzunluğunun azı 15%-i qədər uzanan burun
örtüyünə malik olmalıdırlar. Qayığın xaricindən və daxilindən
xilasetmə leyerləri bərkidilmişdir.
İpdən və yaxud qaldırıcı qarmaqdan aslmış
vəziyyətdə olan hava ilə doldurulmuş növbətçi qayıq: 
- kifayət qədər möhkəmliyə və sərtliyə malik olmalıdır
ki, onu insanlar və təchizatının tam komplektilə endirmək və
qaldırmaq mümkün olsun;
- kifayət qədər möhkəmliyə və sərtliyə malik
olmalıdır ki, ətraf mühitin 20±3ºC temperaturu zamanı və
Şəkil. 1.12. Növbətçi qayıq
43


qoruyucu klapanlar bağlı olarkən onun tam komplektdə insanlar və təchizatının kütləsini dörd dəfə üstələyən yüklənməyə tab
gətirsin;
-
kifayət qədər möhkəmliyə və sərtliyə malik olmalıdır ki, ətraf mühitin 
-30ºC temperaturu zamanı və qoruyucu klapanların hamısı saz fəaliyyət göstərərkən onun tam komplektdə insanlar və
təchizatının kütləsini 1,1 dəfə üstələyən yüklənməyə tab gətirsin.
Hava ilə doldurulan növbətçi qayığın quruluşu elə olmalıdır ki, onlar aşağıdakılara tab gətirməyə qadir olsunlar:
-
dənizdə gəminin açıq göyərtəsində saxlanmağa;
-
istənilən dəniz şəraitlərində 30 gün ərzində su üzərində qalmağa. 
Hava ilə doldurulmuş növbətçi qayığın üzmə qabiliyyəti təxminən eyni həcmli, bir-birindən ayrılmış azı beş bölməyə
bölünən bir üzmə borusu ilə, ya da iki ayrıca boru ilə təmin olunmalıdır, hansıların ki, hər birinin həcmi onların ümumi
həcminin 60%-ni üstələməməlidir. Bölmələrdən hansısa birinin zədələnməsi zamanı, qalan bölmələr qayıqda yerləşdirilməsi
nəzərdə tutulan, normal vəziyyətdə oturan, hər birinin kütləsi 82,5 kq olan insanların saxlanmasını təmin etməlidir. Bu zaman
qayığın bütün perimetri üzrə müsbət suüstü bort saxlanmalıdır.
Hər üzmə bölməsi əl ilə hava vurma və buraxma üçün qayıtmaz klapan, həmçinin qoruyucu klapan ilə təchiz edilir.
Hava ilə doldurulmuş qayığın dibinin aşağı səthində və digər ən zəif yerlərində gücləndirilmiş zolaqlar nəzərdə tutulur.
İşıqqayıtarıcı materialın zolaqları növbətçi qayığın səthinə xilasetmə qayığında olduğu kimi yapışdırılır.
Növbətçi qayıq stasionar və ya asılma mühərrik ilə təchiz edilməlidir. Asılma benzin mühərrikinin yanacaq bakları
xüsusi olaraq od və partlayışlardan qorunmalıdır. Mühərrik 6mil/s sürətlə azı 4 saat ərzində qayığın manevrlərini təmin
etməlidir.
Qayığın təchizatına azı 2mil/s sürətlə, tam sayda insan və təchizatla yüklənmiş gəmidə mövcud olan xilasedici
sallardan ən böyüyünü yedəkləmək üçün kifayət edən möhkəmliyə, azı 50m uzunluğa malik olan üzən lin daxil olmalıdır.
Növbətçi qayıq elə qaydada qoyulmalıdır ki, 5 dəqiqədən artıq olmayan zaman ərzində endirilməyə daimi hazır
vəziyyətdə olsun. Hava ilə doldurulmuş növbətçi qayıq daima tam doldurulmuş vəziyyətdə olmalıdır.
44


Növbətçi qayıqların endirmə qurğusu tam sayda insan və təchizatla olan qayığı sudan qaldırmaq üçün kifayət edən
gücdə mexaniki ötürücüsü olan bucurqadla təchiz edilməlidir.
Xilasedici qayıq o şərtlə növbətçi qayıq ola bilər ki, növbətçi qayıqlara qoyulan tələblərə cavab versin.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin