1.4.2. Xilasetmə qayıqlarının müxtəlif növləri
Şəkil 1.7. Qismən örtülü xilasetmə qayığı
36
Qismən örtülü xilasetmə qayıqları ondan ötrü əlverişlidirlər ki,
çoxsaylı insanların tezliklə mindirilməsi təmin olunur.
Qayıq stasionar sərt örtüklərə malikdir, hansıların ki, hər birinin uzunluğu qayığın həm forştevenindən, həm də arxasından
onun uzunluğunun azı 20%-ni təşkil etməlidir. Bu örtüklər iki sığınacaq yaratmalıdır. Açıq hissələr daima bərkidilmiş yığılan
tentlə təchiz olunur. Sərt örtüklərlə birgə tent qayıqda olan insanları tam örtərək, onları soyuqdan, bürküdən, külək və dəniz
suyundan qoruyur. Tent iki nəfər tərəfindən 2 dəq.-dən çox olmayan müddət ərzində qurulmalıdır. Tam örtülü xilasetmə
qayıqlarının çoxnövlü tipləri quruluşlarına görə fərqlənir, lakin SOLAS-74 Konvensiyasının Qaydalarının tələbləri ilə
müəyyən edilən ümumi xüsusiyyətlər onların hamısına aiddir. Qayıq, daxilində olan insanların isti və soyuqdan qoruyan su
buraxmayan sərt örtüklərə malik
olmalıdır. Onun daxilinə giriş germetik
bağlanan lyuklar vasitəsilə təmin olunur,
hansıların ki, qapaqları həm bayırdan,
həm də daxildən asanlıqla örtülməli və
açılmalıdır. Qayığın konstruksiyası avar
yeri olan avarları istifadə etməklə avar
çəkməyə imkan verməlidir.
Qayıq örtüklər üstünə
qaldırılmış idarəetmə rubkasına
malikdir. Oradan ətraf şəraitə müşahidə təmin olunur.
Рис. 1.8. Полностью закрытая спасательная шлюпка
Şəkil 1.8. Tam örtülü xilasetmə qayığı
37
Qayığın daxili səthinin rənglənməsi orada olan insanlarda narahatlıq hissi yaratmamalıdır. İllüminatorlar vasitəsi ilə
qayığın içinə kifayət qədər gün işığı düşməlidir. Hər oturma yeri üçün təhlükəsizlik kəməri nəzərdə tutulur, hansı ki, qayığın
aşmış vəziyyətində 100 kq kütləli insanı etibarlı saxlamalıdır.
Müstəqil hava təchizatı sistemi olan qayıqlar sıxılmış hava sistemi ilə təmin edilmişlər. Balonların həcmi kifayət edir
ki, girişlərin tam örtülməsi zamanı 10 dəqiqə ərzində qayıqda olan insanların nəfəs almasını və mühərrikin imtinasız
işləməsini təmin etsin. Bu dövr ərzində qayığın daxilindəki hava təzyiqi xarici atmosfer təzyiqindən aşağı düşməməli və ya
onu 20 qPa-dan artıq üstələməməlidir. Hava təchizatı sistemi verilən havanın təzyiqini daima göstərən indikatorlarla təchiz
olunmalıdır.
Oddan qorunan xilasedici qayıq fasiləsiz yanan neft zonasında olarkən 8 dəq. ərzində içərisində yerləşdirilmiş
insanların mühafizəsini təmin etməlidir. su mühafizəsi sistemi ilə həyata keçirilə bilər.
Qayığın daxilində havanın
temperaturu, oturan adamın başı səviyyəsində 60
0
C-ni aşmamalıdır.
Qayığın oddan mühafizəsi su mühafizəsi sistemi ilə təmin olunur. Sistem motorlu nasosdan ibarətdir, hansı ki,
qayığın üzərində yerləşdirilmiş suyunu tozlandırıcı başcıqlara bortarxası suyu ötürür. Belə ki, 48 tozlandırıcı başcıqlarla
suvarma sistemi 1m
2
səthə 1dəq. ərzində 28 litr su ötürməyə imkan verir. Su götürmə elə qaydada həyata keçirilməlidir ki,
dənizin üzərinə yayılmış yanar mayenin sistemə daxil olmasının qarşısı alınsın. Suvarma üçün içməli su da istifadə oluna
bilər.
Oddan mühafizə həmçinin çox qalın termotəcridedici təbəqə hesabına təmin oluna bilər.
Özü bərpa olunan qayıq elə ləpəyə davamlılığa malikdir ki, o, insanların tam və qismən sayı ilə və təchizatla
yüklənmiş, insanlar isə təhlükəsizlik kəmərləri ilə bağlanmış olarkən, hətta dibi yuxarı tam aşmış vəziyyətdən düz kil üzərinə
gələ bilsin. Həm tam və həm də qismən örtülü qayıq özü bərpa olunan ola bilər. Özü bərpa olunma, ya aşmış vəziyyətdə olan
qayığın mənfi ilkin ləpəyə davamlılığı hesabına (hansı ki, məsələn, idarəetmə rubkasının üstündə hava yeşiyinin
quraşdırılması ilə təmin olunur), ya da simmetrik dib bölməsindən qeyri-simmetrik yan bölməsinə mayenin axması hesabına
həyata keçirilir.
38
Tam örtülü xilasedici qayıqlarla yük gəmiləri təchiz olunur. Əgər gəmi daima əlverişli şəraitlərdə və zonalarda
istismar olunursa, o zaman o, qismən örtülü özü bərpa olunan xilasedici qayıqlarla təchiz oluna bilər.
39
Qismən örtülü xilasedici qayıqlar sərnişin gəmilərində və bərələrdə qoyulur.
Balıqçı gəmilərində ya qismən örtülü xilasedici qayıqları, ya özü bərpa olunan qismən örtülü xilasedici qayıqlar, ya
da tam örtülü qayıqlar olmalıdır.
Zəhərləyici buxar və ya qazlar ayıran tanker-kimyadaşıyıcılar və tanker-qazdaşıyıcılar müstəqil hava təchizatı sistemi
olan tam örtülü oddanqorunan xilasedici qayıqlara malik olmalıdırlar.
Alışma temperaturu 60
0
C-dən çox olmayan yüklər daşıyan tanker-kimyadaşıyıcılar və tanker-qazdaşıyıcılar tam örtülü
oddanqorunan xilasedici qayıqlar malik olmalıdırlar.
Gəmi bortundan qayığı suya
endirmək və onu gəmi bortuna qaldırmaq
üçün qayıq tirlərindən –
oxlardan, dayaq konstruksiyalarından, qayıq
tallarından və bucurqaddan
ibarət qurğular istifadə olunur. Qayıq
tallarının üst blokları qayıq
tiri oxlarının noklarına (üst sonuclarına)
bərkidilmişdir.
Talların
yuxarı və aşağı bloklarının arasından bitki,
sintetik və ya polad tros –
lopar keçirilmişdir.
Hər qayığa iki qayıq tiri xidmət
göstərir, hansının ki,
tallarından, açılan qaldırıcı qarmaqdan qayıq
daima asılır. Qayıqlar xüsusi
dartma iplər – naytovlar vasitəsilə səfər üzrə
bərkidilir, hansıların ki,
aşağı hissəsi göyərtəyə bağlanılır. Tez
verilmək üçün naytovlar
qlaqol-qarmaq – yığılan qarmaq ilə təchiz
edilmişdir, hansının ki,
açılan burnu hərəkətli dairəvi manqa ilə
saxlanılır.
Dostları ilə paylaş: |