Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə9/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   5   6   7   8   9   10   11   12   ...   84
Dənizdə təhlükəsizlik

1.3.3. Hidrokostyum (HK)
Qəzaya uğrayan gəmini tərk etdikdən sonra suya düşmüş insanın həyatı üçün ətraf mühitin aşağı temperaturu, batmaq
təhlükəsindən heç də az olmayan təhdidi özündə təmsil edir. Hətta soyuq suda nisbətən qısa müddətdə olmaq, orqanizmin
həddindən artıq soyumasına və ölümlə nəticəsinə gətirib çıxara bilər. Soyuq suda insan bədəninin istiliyinin itkisini azaltmaq
üçün sifət istisna olmaqla insanın bütün bədənini örtən, su keçirməyən materialdan hazırlanan hidrokostyum nəzərdə
22


tutulmuşdur. Əllərin örtülməsi daima hidrokostyuma bərkidilən ayrıca əlcəklərlə təmin oluna bilər. Hidrokostyum alovla tam
əhatə olunduqda 2 san. ərzində yanmanı dəstəkləməməli və əriməyə davam etməməlidir.
Detallarının həm konstruksiyasına və həm də təyinatına görə fərqlənən müxtəlif nümunəli hidrokostyumlar buraxılır.
23


İstiliyi təcridetmə xüsusiyyətlərinə malik materialdan hazırlanmış hidrokostyum özü-özünə və yaxud əgər hidrokostyum
xilasedici jiletin istifadəsini tələb edirsə, onunla birgə 4,5 m hündürlükdən suya bir tullantıdan sonra kifayət edən istilik
qorunmasını təmin etməlidir, elə ki, dalğalıq olmayan halda temperaturu 0-dan 2ºC-yə qədər olan dövr edən suda 6 saat ərzində
qaldıqdan sonra insan bədəninin daxili temperaturu 2°C-dən artıq aşağı düşməsin.
İstiliyi təcrid etməyən materialdan hazırlanmış hidrokostyum isti paltar
üstündən geyinilir. O təmin etməlidir ki, dalğalıq olmayarkən temperaturu 5°C olan
suda insan 1 saat ərzində qaldıqdan sonra onun bədəninin daxili temperaturu 2°C-dən
artıq azalmasın. Təcridedici və saxlayıcı hidrokostyum müsbət üzmə qabiliyyətinə
malikdir və xilasedici jiletsiz istifadə olunur. O, başaltıya malikdir, hansı ki, özündə
hava bölməsini təmsil edir. O, hava vurma şlanqının ştuseri vasitəsilə ağızla
doldurulur. Ştuseri sıxmaqla artıq havanı buraxmaq olar.
İzoləedici hidrokostyum kifayət qədər üzmə qabiliyyətinə malik deyil və o, kostyumun
üstündən geyilən xilasedici jiletlə birlikdə istifadə olunur.
Hidrokostyumlar vertolyotdan endirilən trosun stropuna birləşdirilməsi üçün
təyin olunan karabinli xilasedici kəmərə malikdir. Sol qoluna karabinli ip bərkidilib; o,
suya düşmüş insanların bir-birinə bağlanması üçün istifadə edilir.
Hidrokostyumun üzərinə işıqqaytarıcı materialdan hazırlanmış zolaqlar elə
qaydada yapışdırılır ki, onlar bütün istiqamətlərdən görünsün. Bundan əlavə,
hidrokostyum, ona qaytanla etibarlı bərkidilmiş fit və batareyalı lampa ilə təchiz
edilməlidir.
Hidrokostyumun sukeçirməmə qabiliyyəti molniyalı bağlama və başlığın
qıraqlarının sifətə kip yapışması ilə təmin olunur. Əl və ayaqlar yapışdırıcıları olan
kipləşdirici tutacaqlarla təsbit edilir; bunun sayəsində müxtəlif boy və vücudlu insanlar
tərəfindən kostyumun istifadə imkanları əldə olunur.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin