Xilasedici dairə, hansının hündür olmasından
asılı olaraq, ən kiçik suya oturum zamanı
gəminin
vaterliniyasından (su xəttindən) dairənin qoyulma yerinə
qədər məsafəyə bərabər
olan hündürlükdən və yaxud 30 m-dən suya atılmağa
dözümlü
olmalıdır. Açıq
alovun
içərisinə
yerləşdirilən dairə
2
saniyə ərzində
alışmamalıdır.
Dairələr
gəminin bütün açıq göyərtələrində hər
iki
bort üzrə
bölüşdürülməlidir. Heç olmasa 1 ədəd
dairə gəminin
arxasına yaxın yerdə yerləşdirilməlidir.
Dairə yuvalarda
(yerlərində) yalnız öz çəkisi hesabına
elə
saxlanılmalıdır ki, onu asanlıqla
tullamaq
mümkün olsun, gəmi batan zaman isə
o,
sərbəst olaraq
su üzərinə çıxmalıdır.
Hər
bortda azı 1 ədəd xilasedici dairə, uzun
olan nəzərə alınmaqla, 30 m uzunluqlu dolaşıb ilişməyən möhkəm burazdan olan və ya vaterliniya üzərindən onun qoyulma
yerinin hündürlüyünü azı iki dəfə üstələyən uzunluqda üzən xilasedici ip ilə təchiz olunmalıdır. İp gəmidə etibarlı
bərkidilməlidir. İpli dairələr, gəmi hərəkətsiz olarkən (yanalma körpüsündə və ya lövbərdə durarkən), onun bortunun yanında
suya düşmüş insana kömək etmək üçün xidmət göstərir. Onlar daima növbə aparılan və ya insanlar olan yerlərdə qoyulur;
yanalma körpüsündə durarkən – keçid körpücüyünün yanında yerləşdirilir.
Dostları ilə paylaş: