Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə3/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   2   3   4   5   6   7   8   9   ...   84
Dənizdə təhlükəsizlik

 
Giriş.
Dənizdə insan həyatının mühafizəsinin gücləndirilməsi məqsədi ilə 1995-ci ildə 1978-ci il tarixli Dənizçilərin
hazırlanması, diplomlaşdırılması və növbə çəkmə qaydaları haqqında Beynəlxalq Konvensiyaya (DHDNQ-78) düzəlişlər qəbul
edilmişdir. 1 fevral 1997-ci il tarixində qüvvəyə minmiş bu düzəlişlər nəzərdə tutur ki, gəminin istismarı zamanı təhlükəsizlik
və yaxud çirklənmənin qarşısının alınması üzrə vəzifələri olan gəmi ekipajı üzvü qismində işə götürülən və ya gəmidə istənilən
vəzifədə məşğul olan bütün dənizçilərin şəxsi sağ qalma üsulları üzrə bəyənilmiş ilkin hazırlıq keçməlidirlər. Şəxsi sağ qalma
üsulları sahəsində səriştəliyə qoyulan tələblər DHDNQ Konvensiyasının A-/1-1 cədvəlində verilmişdir.
Şəxsi sağ qalmanın üsullarını öyrətməkdə məqsəd – dənizçini toqquşma, yanğın, gəminin batması kimi qəza
hallarından sonra gəmi məhv olarkən özünü xilas etməyə və sağ qalmağa hazırlamaqdır. 
8


9


Dənizdə sağ qalma
Gəmi xilasetmə vasitələri haqqında ümumi məlumatlar. Xilasetmə vasitələrinin və növbətçi qayıqların təyinatı və
təsnifatı.
Gəmi xilasetmə vasitələri qəzaya uğramış gəmidən təxliyə edilmiş və yaxud hansısa bir səbəbdən gəmidən suya
düşmüş insanların xilas edilməsi üçün təyin edilmişdir. Xilasedici vasitələr fərdi və kollektiv vasitələrə bölünür.
Fərdi xilasetmə vasitələri suya düşmüş insanın suyun üzərində qalması (yardımçı xilasetmə vasitələri), onun
bədəninin həddindən artıq soyumadan qorunması (təcridedici xilasetmə vasitələri) və ya hər iki funksiyanı birləşdirilməsi
(yardımçı və təcridedici xilasetmə vasitələri) üçün xidmət göstərir.
Yardımçı xilasetmə vasitələrinə aiddir: 

xilasedici dairələr, bort arxasına düşmüş insana dərhal kömək etmək üçün istifadə olunur;

xilasedici jiletlər, gəmidən təxliyə edilən zaman suya düşən insanların xilas edilməsi üçün təyin edilmişdir;
Təcridedici xilasetmə vasitəsinə istiqoruyucu vasitələr aiddir; xilasedici qayıqda və ya salda olan insanın bədəninin
istilik itkisinin azaldılması üçün xidmət göstərir.
Yardımçı və təcridedici xilasetmə vasitəsi - hidrokostyumdur.
Xilasedici jiletlə birlikdə istifadə olunan hidrokostyum suya düşmüş insanın bədəninin istilik itkilərinin azaldılmasını
təmin edən təcridedici xilasetmə vasitəsidir. 
Kollektiv xilasetmə vasitələri batan gəmini tərk etməyə məcbur olan insanların birgə xilas edilməsi üçün nəzərdə
tutulan sututumlu üzmə vasitəsini özündə təmsil edirlər. Onlar daxilindəki insanları dəniz təlatümlərindən qorumalı, həyat
fəaliyyətini təmin etmək üçün təchizata malik olmalıdırlar.
Kollektiv xilasetmə vasitələri, suda sərbəst hərəkət və manevr etmə qabiliyyətinə malik olan aktiv vasitələrə və külək,
dalğa və su axını təsiri altında hərəkət edən passiv vasitələrə bölünür. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin