Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Рис. 1.2. Самозажигающийся спасательный буй



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə6/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   2   3   4   5   6   7   8   9   ...   84
Dənizdə təhlükəsizlik

Рис. 1.2. Самозажигающийся спасательный буй
Şəkil. 1.2. Özü yanan siqnallı xilasedici üzgəc
14


Gəmidə olan xilasedici dairələrin azı yarısı özüyanan buylarla təchiz olunmalıdır. Özüyanan buyun işığının yanması
azı 2 saat ərzində təmin olunmalıdır; işıq elə olmalıdır ki, su ilə söndürülə bilməsin; işıq ağ rəngli olmalı və yuxarı
yarımsferanın bütün istiqamətlərində azı 2 kd işıq gücü ilə fasiləsiz yanmalı və yaxud həmən işıq gücü effektivliyi ilə dəqiqədə
50-dən az və 70-dən çox olmayan tezliklə sayrışın verməlidir. Azı iki ədəd dairə avtomatik işə düşən tüstü şaşkaları olan işıq-
tüstü buyları ilə təchiz
olmalıdır. Bu dairələr hər iki bort tərəfdən hərəkət
körpücüyünün qanadlarında
yerləşdirilir. Şaşka sakit suda üzən vəziyyətdə olarkən 15
dəqiqə ərzində yaxşı görünən
rəngdə (adətən narıncı) bərabər şəkildə tüstü buraxmalı,
dalğalıqda su ilə örtülməməli,
alov atmamalı, qığılcımlar verməməli və heç olmasa 10
san suya tam batırıldıqda tüstü verməyə davam
etməlidirlər. 
Özüyanan işıqlarla və ya tüstü şaşkaları ilə olan buy qısa
iplə xilasetmə dairələrinə bərkidilir. Kütləsi 4 kg-dən artıq
olmayan bu cür buy gəmidən tez ayrılma qurğusuna
malikdir, hansı ki, tüstü siqnalını və onunla birgə
bərkidilən özüyanan siqnal işığını avtomatik olaraq azad
edir və işə salır. Atılan zaman buy bərkitmələrindən ayrılır
və bort arxasına meyl edir. Buy suya düşdükdə isə
elektroenerji mənbəyi işə düşür. Tankerlərdə özüyanan
işıqlar quru elektrik batareyalarından işləyirlər. 
Şəkil 1.3. Özüyanan və işıq-
tüstüverici xilasetmə buyu 
15


Xilasedici dairə suda aşkar edilmiş və ya suya düşmüş insana dərhal atılır. Xilasedici dairəyə tərəf üzərək insan ipdən
və yaxud
xilasedici leyerdən
tutur və onu özünə tərəf çəkir. Sonra dairənin səthindən iki əllə tutaraq, aşağı və özündən qabağa
elə basmaq lazımdır ki, dairə , baş üzərindən aşaraq bədənə keçsin (dairə altına suya girmək lazım deyil). Əllərin hər ikisini
dairənin üzərinə qoyaraq, köməyin gəlməsini gözləmək lazımdır.
İstilik itkisini azaltmaq üçün mümkün qədər az hərəkət
etmək zəruridir.
Gəmini tərk etdikdən sonra hər hansı bir səbəbdən xilasedici qayığa və ya sala düşə bilməmiş insanlar xilasedici
dairələrdən istifadə edirlər. Dairənin ətrafına çəkilmiş xilasedici leyerdən bir neçə insan tutub saxlanıla bilərlər. Buna görə
qəzaya uğrayan gəmini tərk edərkən suya mümkün qədər çox dairə atılması tövsiyə edilir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin