Qayıq tallarının loparlarını verməklə qayığı suya endirirlər. Qayığı elə qaydada endirmək lazımdır ki, o, dalğalar
arasındakı çökəkliyə otursun. Qayıq dalğanın zirvəsində olduqda, qaldırıcı qarmaqların idarəetmə qurğusundan istifadə edərək
qayığı tallardan azad etmək lazımdır.
Qəzaya uğramış gəmidə qalan insanları suya endirilmiş qayığa qəbul etmək zəruriyyəti yarandıqda, o, falinlərlə
bortun yanında saxlanılır və insanlar oraya nərdivanlar, musinqli iplər, tor və yaxud enişlər (skat) vasitəsilə enirlər.
Suda olan xilasedici qayıq və sallara gəminin mindirmə göyərtəsindən insanları tez bir zamanda keçirmək üçün dəniz
təxliyə sistemlərindən istifadə etmək olar. Sistem hava ilə doldurulan nov və ya eniş tipli istiqamətləndirmə qurğusundan və
üzən yanalma körpüsü funksiyasını yerinə yetirən hava ilə doldurulan platformadan ibarətdir. Eniş vasitəsilə platformaya
düşdükdən sonra insanlar ona burazlanmış sala və ya qayığa keçirlər.
Dəniz təxliyə sistemi konteynerə qablaşdırılaraq saxlanır. O, bir nəfər tərəfindən quraşdırılmalıdır. Sistemin
hesablandığı tam insan sayı, gəmini tərk etmək haqqında siqnal verilən andan sonra sərnişin gəmisindən 30 dəqiqə ərzində, yük
gəmisindən isə - 10 dəqiqə ərzində xilasedici sallara təxliyə edilməlidir.
Seçim olduqda, qayığı bortun külək tutmayan bortdan və gəmi hərəkətsiz olarkən endirmək lazımdır. Bu halda
küləkdöyən bortun qayıqları ekipajsız suya endirilir.
Əgər xilasetmə vasitələrinin bir hissəsini endirmək mümkün deyilsə, qayıq və sal komandirləri insanları
paylaşdırılmasını ondan ötrü təşkil edirlər ki, qalan sal və qayıqlar bərabər yüklənsin.
SOLAS–74 Konvensiyası tələb edir ki, ya kollektiv xilasetmə vasitələrində və ya onların endirilməsini idarəetmə
pultlarının üzərində və yaxud onların yaxınlığında sal və ya qayıqlara mindirmə, onları suya endirmə və avadanlıqlarından
istifadə etmə zamanı fəaliyyətləri əyani olaraq təsvir edən simvollar çəkilmiş plakatlar yerləşdirilməlidir. Simvolların rəngi -
mavi fonda ağdır.
Dostları ilə paylaş: