İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 26 ____________________________
qoydu. Müasir vinçester yığıcıları bir ox üzərində
quraşdırılmış maqnit disklər paketindən ibarətdir. Diskin
hazırlanması üçün alüminium lövhədən, şüşə və
keramikadan və onun üzərinə xüsusi texnologiya ilə
yapışdırılmış (oturdulmuş) yüksək keyfiyyətli ferromaqnit
qatdan istifadə olunur. Diskin üzərinə qat yapışdırılandan
sonra onu firmada xüsusi texnologiya ilə emal edirlər. Emal
olunmuş diskləri bir paketə yığıb otürücüyə quraşdırılmış oxa
bərkidirlər (adətən bir paketdə 2-dən 12-yə qədər disk olur).
Xarici yaddaş qurğusunun
işləmə sxemi
Vinçesterin ümumi görünüşü
Bir versiyaya görə diskə “vinçester” adını IBM firmasında
layihə rəhbəri işləyən Kennet Hoton (ingiliscə Kenneth E.
Haughton) vermişdir (bu 1973-cü ilə təsadüf edir). 1973-cü ildə
sərt diskin 3340 modeli istehsal olunur.
Digər versiyaya görə diskin “Vinçester” adını alması
Winchester Repeating Arms Company tərəfindən istehsal
olunan tüfəng patronunun adı ilə bağlıdır. Amerikada istehsal
olunan patron kiçik kalibirli tüfənglərdə istifadə edilirdi.
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 27 ____________________________
Avropada və ABŞ-da “Vinçester” adından geniş istifadə
1990-cı illərə təsadüf edir.
Xarici yaddaş qurğusunun daxili görünüşü
İNFORMASİYANIN AZALMA KANALLARI Şirkətlər arasında şirkətin mənafeyini qoruyan danışıqların
aparılması zamanı informasiyanın ötürülməsi və təhlil edilməsi
üçün texniki vasitələrdən istifadə edilir və bu zaman istifadə
olunan informasiyanın təhlükəsizlik qorxusu və informasiyanın
kanallar vasitəsilə sızması halları yaranır.
Bunlar aşağıdakı hallarda mümkündür: