Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6


HESABLAMA- MƏNTİQ SİSTEMLƏRİ



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

HESABLAMA-
MƏNTİQ SİSTEMLƏRİ 
İntellektual tətbiqi proqram paketlərinin sonrakı 
inkişafı planlaşdırma və layihələşdirmə, elmi tədqiqatlar 
və s. üzrə məsələlərin kollektiv paylanmış həllini 
gerçəkləşdirən hesablama-məntiq sistemlərinin 
yaradılmasına gətirib çıxarmışdır. 
İntellektual tətbiqi proqram paketləri süni intellekt 
sistemlərinin elə sinfidir ki, onları yalnız monosistem 
adlandırmaq mümkündür. Çünki bu sistemlərdə bir 
istifadəçi və ya bir qrup istifadəçi məhdud deklarativ və 
prosedur biliklər sisteminə əsaslanaraq məhdud sayda 
məsələlərin həlli ilə məşğul olur. Bununla belə, hər hansı 
bir ümumi məsələ (məsələn, planlaşdırma və ya layihələş-
dirmə məsələsi) həll edən kollektivlərdə bilik, bacarıq, 
ixtisas, məsuliyyət ayrı-ayrı mütəxəssislər, mütəxəssislər 
qrupu, təşkilati altsistemlər və s. arasında paylanmış olur. 
Dekompozisiya zamanı ümumi məsələ rəhbər təşkilati 
mərkəz tərəfindən daha kiçik təşkiledici məsələlərə 
bölünərkən kollektivin məhz həmin xüsusiyyətləri nəzərə 
alınır. 
Ümumi məsələnin uğurlu həlli üçün həm mütəxəssis 
qrupları, həm də qruplarla mərkəz arasında təşkilati 
(iyerarxik tabeçilik mənasında) və informasion aspektli 
qarşılıqlı fəaliyyət təmin edilməlidir. 
Beləliklə, ümumi məsələnin həlli üçün EHM tətbiqi və 
kollektiv daxilindəki kommunikasiya münasibətlərinin 
prosesə təsiri altında uzağa işləyən sosial-psixoloji 
nəticələri olan mürəkkəb problem meydana çıxır. Bu 
halda, süni intellektin bir-biri ilə bağlılığı olmayan 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------170------------------------------------ 
monosistemləri çoxluğu əvəzinə multisistem və ya 
hesablama-məntiq sistemi meydana çıxır ki, bunu da 
paylanmış süni intellekt sistemi adlandırmaq mümkündür. 
Ümumi məsələlərin paylanmış həlli üçün xarakterik 
olan cəhət lokal məsələlərin ayrı-ayrı işçi yerlərində həll 
edilib rabitə kanalları ilə qarşılıqlı fəaliyyətlərin 
əlaqələndirilməsindən ibarətdir. Qeyd edək ki, alt 
sistemlər və ya ayrı-ayrı istifadəçilər arasında qarşılıqlı 
fəaliyyət həm bir EHM-də, həm də EHM-lər şəbəkəsində 
təşkil oluna bilər ki, bu halda da səlahiyyət, bilik, 
məsuliyyət bir-biri ilə həm şaquli, həm də üfqi qarşılıqlı 
əlaqələndirilmiş çoxsaylı altsistemlər arasında paylanmış 
olacaqdır. 
Məsələlərin paylanmış həlli EHM şəbəkəsində 
verilənlərin geniş məlum olan emalından prinsipial surətdə 
fərqlənir. Çünki paylanmış həll multisistemdə gedir, maşın 
resursu kifayət etməyən halda böyük həcmli verilən emalı 
isə EHM şəbəkəsindən istifadə edilməklə həll edilsə də, bu 
həll monosistemdə həyata keçirilir. Çünki bu zaman 
həmin məsələni həll etmək üçün istifadəçidən ötrü 
sadəcə, daha güclü virtual maşın yaradılır. 
Multisistemlər, o cümlədən, paylanmış süni intellekt 
sistemləri özlərini hesablama-məntiq sistemləri kimi aparır 
ki, bunları da ekspert monosistemlərinə çevirmək 
mümkündür. 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin