Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

YARADICILIQ 
PROSESLƏRİNİN 
MODELLƏŞDİRİLMƏSİ 
 
Yaradıcılıq proseslərinin modelləşdirilməsi süni 
intellektin ilk inkişaf istiqamətlərindən biridir. Yuxarıda 
qeyd edildiyi kimi, bu məsələnin həllinə iki cür yanaşma 
mövcud olmuşdur: bionik və praqmatik yanaşma.
Bionik yanaşma insandakı bioloji və psixik 
mexanizmlərin və proseslərin dərinliklərinin üzə 
çıxarılması və bunların EHM-də və ya xüsusi avtomatlarda 
modelləşdirilməsinə cəhd edilməsi ilə bağlıdır. Buraya baş 
beynin sol və sağ yarımkürələri problemi ilə əlaqəli 
tədqiqatlar, neyron şəbəkələri və assosiativ yaddaş üzrə 
tədqiqatlar aid edilir.
İnsanın görmə obrazlarını necə qavraması ilə bağlı 
olan tədqiqatlar daha böyük əhəmiyyət daşıyır. Çünki 
insan ətraf mühit barədə informasiyanın 80%-ni görmə 
kanalı ilə alır. 
Məlumdur ki, gözdən əlil doğulmuş yaşlı adamın 
gözünü açsalar, bir neçə il ərzində normal adamın 
gördüyü kimi görməyi öyrənə bilir. Odur ki, insanın görmə 
mexanizmini, gözlə beyin arasındakı qarşılıqlı fəaliyyəti 
aşkarlamaqla görmə obrazlarını tanıya bilən daha 
mükəmməl sistemlər yaratmaq mümkün olar.



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------159------------------------------------ 
Ümid etmək olar ki, bionik yanaşmanın əhəmiyyəti 
elektronika sahəsində yeni ideyaların yaranması ilə 
əlaqədar olaraq artacaqdır.
Lakin süni intellekt, o cümlədən, ekspert sistemləri 
sahəsində əsas uğurlar praqmatik yanaşma istiqamətində 
əldə edilmişdir. Bu yanaşmada isə, artıq qeyd edildiyi 
kimi, EHM-ə sadəcə alət kimi baxılır və psixofizioloji 
xarakterli problemlər tədqiqatdan kənarda qalır. 
Bu 
yanaşmada, 
yaradıcılıq 
prosesləri 
modelləşdirilərkən son nəticə əsas götürülür. Yəni, insani 
davranışın hansı üsulla təqlid edilməsi əhəmiyyət daşımır. 
Lakin qərar qəbul edən istifadəçi vaxt defisiti ilə bağlı olan 
çətin məqamda EHM-lə məsləhətləşməli, bəzən isə 
bilavasitə maşına etibar etməli olur. Bu halda, qərarın 
keyfiyyəti, yerinə düşüb-düşməməsi, mümkün fəsadları ilə 
bağlı olan bütün məsuliyyət verilmiş predmet oblastı 
sahəsinə aid nəhəng həcmli qabaqlayıcı işlər görən 
mütəxəssislərin, yəni, riyaziyyatçıların, proqramçıların 
üzərinə düşür. Buna baxmayaraq, bu və ya digər maşın 
variantının seçimi ilə bağlı olan son qərarın əsas 
məsuliyyəti yenə insanın öhdəsində qalır.
Yaradıcılıq 
fəaliyyətinin modelləşdirilməsi 
problemlərinin müxtəlif səviyyəli həlləri üzrə aşağıdakıları 
göstərmək olar: 

Oyun məsələləri (şahmat, dama, domino və s.); 

Musiqi əsərlərinin sintezi; 

“Sərt” mətnlərin sintezi (sehrli nağıllar); 

Naxışların 
(ornamentlərin) 
yaradılması 
(o 
cümlədən, avtomatik hörmə, toxuma); 

Teorem isbatı və proqramların avtomatik sintezi; 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------160------------------------------------ 

Mətn və danışığın təhlili və sintezi, avtomatik 
tərcümə; 

Situasion idarəetmə (vaxt defisiti və stresslı 
situasiyalarda qərar qəbulu); 

İnsan mühakimələrinin imitasiyası (təqlidi - Tarixi 
xadimlərin düşüncəsinin modelləşdirilməsi, qrup 
liderlərinin niyyətlərinin aşkara çıxarılması).
Yaradıcılıq məsələlərinin alqoritmləşdirilməsinin və 
proqramlaşdırılmasının təməlində iki psixoloji model 
durur: 

Təfəkkürün labirint modeli (20-ci əsrin əvvəlində 
E.Torndayk tərəfindən təklif edilmişdir);

Təfəkkürün semantik modeli (60-cı illərin sonunda 
V.N.Puşkin tərəfindən təklif edilmişdir).
Təfəkkürün labirint modelinin mahiyyəti ondan 
ibarətdir ki, burada fərz edilir ki, istənilən yaradıcılıq 
məsələsinin həlli hər hansı labirintdə məqsədəçatma 
imkanları ilə bağlı olan yollar axtarışıdır. Aydındır ki, bu 
yanaşma külli miqdarda variantların götür-qoy edilməsi 
yolu ilə teorem isbatında, oyunun davam etdirilməsində 
və s. olduğu kimi atılan addımlarla bağlıdır. Bu yanaşma 
evristik 
axtarış 
nəzəriyyəsinin və 
evristik 
proqramlaşdırmanın inkişafının başlanğıcını təşkil etdi. 
Burada isə həllin uğurlu olması perspektivsiz variantların 
perspektivlilərdən seçilib atılmasında istifadə edilən 
evristik priyomların (fəndlərin) mükəmməlliyindən asılıdır. 
Məhz buna görə təfəkkürün labirint modeli geniş tətbiq 
tapmadı. Buna baxmayaraq, labirint modeli və evristik 
axtarış nəzəriyyəsi hələ də süni intellekt mütəxəssislərinin 
əlində çox güclü vasitə olaraq qalır. Çünki yaradıcılıq 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------161------------------------------------ 
proseslərinin modelləşdirilməsinin bütün problematikası 
necə olur-olsun yaradıcılıq məsələlərinin həllinin evristik 
axtarışı ilə bağlıdır. Bu sinif məsələlərin həlli üçün EHM-də 
informasiyanın simvol emalı (təhlili) və külli miqdarda 
variantların saf-çürük edilməsi xarakterikdir. 
Seçmə alqoritmlərinin tərtibi zamanı kombinator 
Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin