Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

B
P
P
P
n





kimi yazmaq lazımdır. Burada
P
i
(
i = 1,2,..., n) konyunksiya formasında təzahür edən 
tətbiqolunma şəraitidir; 
B – rəy (fikir, qərar) olmaqla, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------153------------------------------------ 
bəzən hərəkət (iş, fəaliyyət, təsir) kimi mənalandırıla bilir 
ki, bu da implikasiya produksiyasından əhəmiyyətli 
dərəcədə fərqlənir. 
Aşağıdakı 2 misala baxaq: 
1.Avadanlığın 
istismarı 
sahəsindən qayda-
produksiya: “Əgər qazın temperaturu 
Т 

30° С və 
təzyiqi 49

10
4
Pа-dırsa, onda rejim pozulub, buna görə də 
sərinkeşi qoşmaq və mayeli nasosu söndürmək lazımdır”. 
2.DENDRAL sisteminin produksiyasına misal: 
,
)
(
)
(
)
(
)
(
4
4
3
3
2
2
1
1
B
x
P
x
P
x
P
x
P




Burada: 
х
i
(i = 1, 2, 3, 4) — atom ədədinin elektrik 
yükünə nisbəti; 
Р
1
, Р
2
, Р

— spektroqramdakı yüksək 
piklər; Р
4
— spektroqramdakı hər hansı başqa pikdir. 
Əgər 
x
1
= 71, 
x
2
= 43, 
x
3
= 86 və 
x
4
= 58 olarsa, onda 
tədqiq edilən maddədə 
η
— propilikten-3 maddəsi iştirak 
etməlidir. 
Əgər produksion sistem barədə danışarkən istifadəçi 
nəzərə alınmırsa, onda bu sistem 3 moduldan (blokdan) 
ibarət proqram sistemi kimi çıxış edir. Həmin modullar 
müxtəlif cür adlanır: 

Qlobal verilənlər bazası (sadəcə baza, və ya B-modul); 

Qayda-produksiyalar çoxluğu (P-modul); 

İdarəetmə sistemi (İ-modul). 
Bu modullar arasındakı əlaqə aşağıdakı kimi dinamik 
produksion sistem yaradır: 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------154------------------------------------ 
Şəkil 3. Produksion sistem – dinamik sistem kimi 
Qlobal verilənlər bazası (B-modul) ümumi qəbul 
olunmuş anlamda olan verilənlər bazası kimi başa 
düşülməməlidir. Bu, (B-modul), daha çox əsas verilənlər 
bazasının hər hansı bir işçi zonasıdır ki, buna da qayda-
produksiyaların təsiri altında özünün
х(t) vəziyyətini 
dəyişən dinamik sistem kimi baxılır. 
Qayda-proquksiyalar (P-modul) çoxluğu sistemin 
biliklər bazasını təşkil edir. İdarəetmə sistemi (İ-modul) P-
moduldan müəyyən strategiya üzrə lazımi produksiyaları 
seçib qlobal verilənlər bazasına (B-modula) təsir edərək 
onu 
х(t) vəziyyətindən х(t+1) vəziyyətinə keçirir. 
Produksion sistem ya terminal vəziyyətinə gələnədək 
işləyir, ya da verilmiş situasiyada lazımi produksiyanın 
olmaması üzündən dayana bilmir. Terminal vəziyyəti 
məsələnin həllinin başa çatdığını ifadə edə bilər. Lakin 
əgər terminal vəziyyəti əvvəlcədən təyin edilmiş 
taktlardan az olan vəziyyəti əks etdirərsə, bu o demək 
olacaq ki, produksion sistem məsələni həll edə 
bilməmişdir. İdarəetmə sistemi (İ-modul) üçün qolbal 
verilənlər bazasının (B-modulun) 
х(t) vəziyyəti ilə terminal 
vəziyyəti arasındakı fərq təsir stimuludur. Yəni, B-
İ-modul 
P-modul 
B-modul 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------155------------------------------------ 
modulun 
х(t) vəziyyəti terminal vəziyyətinə çevrilənədək 
İ-modulun təsiri altından çıxa bilmir. 
Beləliklə, proquksion sistemin fəaliyyətini formal 
şəkildə aşağıdakı kimi yazmaq olar: 
х (t+1) = f (х(t), u(x)). 
Burada: 
u
i

U, U — qayda-produksiyalar 
çoxluğudur. 
İndi də nümunə üçün “Səkkiz” oyununu nəzərdən 
keçirək. 
Bu oyunda qlobal verilənlər bazasının (B-modulun) 
vəziyyəti 3
×
3 ölçülü 9 xanada yerləşən nömrələnmiş 8 
fişkanın (fişka -müxtəlif oyunlarda işlənən daş, marka və 
i. a.) cari yerləşməsindən ibarətdir. Bu halda, qayda-
produksiyalar kimi boş xananın hər hansı fişka ilə 
yerdəyişməsindən ibarət olan alternativlər çıxış edəcəkdir. 
Əgər boş xana kvadratın mərkəzindədirsə, fişkalarla 
yerdəyişmə alternativi 4, qıraqdadırsa -3 olacaqdır.
Bu halda qlobal verilənlər bazasının (B-modulun) 
х(t) vəziyyəti nömrəli fişkaların kvadratdakı cari 
yerləşməsi olacaqdır. Dəyişmələrin tam mənzərəsini “VƏ 
YA” qraf-ağacı ilə təsvir etmək olar ki, burada da qraf 
təpələri sistemin hər vəziyyətdən bütün alternativlərdən 
istifadə edərək keçdiyi bütün vəziyyətləri göstərəcəkdir. 
Əgər indi müəyyən idarəetmə strategiyası -
U:(х) 
seçilərsə, onda qrafda məqsəd (hədəf) təpəsinə aparan 
yeganə yol əmələ gələr. Bu halda strategiya öz yerində 
olmayan fişkaların üzərindəki nömrələrin cəmindən ibarət 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------156------------------------------------ 
olacaqdır. Hər dəfə boş xananın yerini elə dəyişmək 
lazımdır ki,
U:(х) azalsın və ya artmasın. Bu strategiya 
qrafda ilk vəziyyətdən məqsəd vəziyyətinə 4 aralıq 
vəziyyətdən keçib gedən yeganə yolu göstərir. 
İndi isə kommivoyajör (xarici ölkələrdə ticarət 
agenti) məsələsinə baxaq. Fərz edək ki, ticarət agentinin 
marşrutu ABCDE kimi 5 şəhərdən keçir. Bu halda qlobal 
verilənlər bazasının (B-modulun) 
х(t) vəziyyəti t 
məqamına agentin gəldiyi şəhərlərin cari siyahısı 
olacaqdır. Başlanğıc vəziyyəti 
х(0) = А, məqsəd (hədəf) 
vəziyyəti isə
х(5) = А olacaqdır. Çünki agent bütün 
şəhərləri gəzdikdən sonra A məntəqəsinə qayıtmalıdır. 
Bütün hərəkət alternativlərinin nəzərdən keçirilməsi 
məqsəd təpələrinin sayı 4!=24 olan “VƏ YA” qrafına 
gətirib çıxarır. Əgər hər hansı strategiya, məsələn, hər 
dəfə yaxın şəhərə getmək strategiyası seçilərsə, onda 
qrafda ABCDE təpələrinə müvafiq yeganə yol 
yaranacaqdır. 
Baxdığımız hər iki məsələdə seçilmiş strategiyada 
qayda-produksiya 
β
α

şəklində olacaqdır. Yəni, bu 
qayda-produksiya - “əgər 
t addımında cari vəziyyətlə 
məqsəd vəziyyəti arasındakı fərq 
α
-dırsa, onda 
β
qərarını 
qəbul et” - şəklində olacaqdır. Əgər hər bir vəziyyətdə 
bütün 
n idarəetmə alternativlərindən istifadə edilibsə və 
buna uyğun “VƏ YA” qrafı qurulubsa, onda produksiya
.
2
1
n
β


β

β

α

şəklində təsvir ediləcəkdir. 
Lakin heç də həmişə qrafda yeganə yol təmin edən 
strategiya seçmək mümkün olmur. Bu halda qrafın eninə 
və dərininə, əgər lazımdırsa, əvvəlki vəziyyətə qayıtmaqla, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------157------------------------------------ 
axtarış həyata keçirilir. Axtarış prosesində həll edilən 
məsələnin mahiyyətindən irəli gələn müxtəlif 
evristikalardan (evristika - nəzəri tədqiqatın məntiqi və 
metodik üsulları sistemi) istifadə edilir. 
Baxdığımız misallarda produksiyalar başlanğıc 
vəziyyətdən məqsəd vəziyyətinə düz istiqamətdə istifadə 
edilmişdir. Bu produksiyalar düz (birbaşa) produksiya (D-
produksiya) adlanır. Lakin əks proses, yəni, əks 
produksiyaların (Ə-produksiya) köməyi ilə məqsəd 
vəziyyətindən başlanğıc vəziyyətə keçid də mümkündür. 
Bu halda baş məqsəd ardıcıl olaraq hissəvi məqsədlərə 
parçalanır. Bundan əlavə, ikiistiqamətli proses də 
mümkündür. Lakin bu halda qlobal verilənlər bazasında 
(B-modulda) həm vəziyyətlər, həm də məqsədlər təqdim 
edilir.
Produksiyalar predikat hesablamaları ilə birləşdirilə 
də bilər. Bu zaman qayda-produksiyalar əsasında 
deduktiv metodun gerçəkləşdirilməsi üçün imkan açılır. 
Başqa sözlə, çox hallarda mühakimələr yürütmək metodu 
ilə müqayisədə daha səmərəli prosedur meydana çıxır.
Lakin, biliklər modeli olmaqla, predikat 
hesablamaları barədə bir iradı da qeyd etməmək mümkün 
deyildir. İş burasındadır ki, semantik şəbəkələr nəzərdən 
keçirilərkən qeyd edilmişdi ki, bəzi şərtlərdə bunları 
məntiqi nəticəçıxarma sistemi ilə əlaqələndirmək 
mümkündür. Yəni 
produksiyalı 
predikat 
hesablamalarından 
semantik 
şəbəkələrə 
keçidin 
mümkünlüyü sübut edilmişdir.
Artıq qeyd edildiyi kimi, freymlər öz slotlarında 
produksiyaları saxlaya bilirlər.



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------158------------------------------------ 
Beləliklə, hal-hazırda məlum olan müxtəlif biliklər 
modelləri arasında dərin bir ümumilik müşahidə olunur. 
Əslində, burada qeyri-adi heç nə yoxdur, çünki bu 
modellərin hamısında söhbət münasibətlərdən gedir.

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin