Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6


partlayışın qarşısını almaq və seçmə əməliyyatlarının



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016


partlayışın qarşısını almaq və seçmə əməliyyatlarının 
sayını ixtisar etmək üçün müxtəlif təbiətli evristik “tapıntı-
lar”dan istifadə edilir. Evristik qaydaların tərkibi və 
uğurluluğu predmet oblastı ilə müəyyən edilir. Buna görə 
Nyüel, Şou və Saymon tərəfindən təklif edilmiş evristik 
proqramlaşdırma 
prinsipləri 
özünü 
tam 
şəkildə 
doğrultmadı. 
Süni intellekt üzrə bütövlükdə və o cümlədən, 
yaradıcılıq proseslərinin modelləşdirilməsi üzrə olan işlər 
üçün maşın proqramları yazılarkən evristik metod və 
qaydalardan istifadə edilməsi tipik məqam kimi ortaya 
çıxır. Lakin bu, bir sıra başqa məsələlər (məsələn, 
əməliyyatların tədqiqi, cədvəllər nəzəriyyəsi və ya 
kommivoyajör haqqında klassik məsələlər) üçün də 
xarakterik məqamdır. Çünki bu məsələlər də kombinator 
məsələləridir və evristik qaydalar tətbiq edilmədən həll 
edilə bilmir. 
Təfəkkürün semantik modelinin mahiyyəti isə ondan 
ibarətdir ki, burada fərz edilir ki, hər cür yaradıcılıq 
prosesi 
başlanğıc 
və 
məqsəd 
situasiyalarının 
strukturlaşdırılmış əlaqələndirilməsidir. Başlanğıc və 
məqsəd situasiyalarının əlaqələndirilməsi dedikdə, 
məsələnin həllinin axtarılan yolunun yerləşdiyi labirint 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------162------------------------------------ 
əvvəlcədən məlum olmur, məsələnin həlli gedişində 
yaradılır. 
Təfəkkürün semantik modeli məntiqi-linqvistik 
modelləşdirmə və situasion idarəetmə ilə birbaşa bağlıdır. 
İstənilən predmet oblastında müşahidə edilən 
situasiyaların böyük əksəriyyəti müəyyən miqdar 
invariantlara malik olur ki, bu strukturları da az-çox 
dəyişikliklərlə bir oblastdan digərinə köçürmək mümkün 
olur. Bunu, yəni, invariantlığı və köçürülə bilən strukturları 
dəniz limanının, hava yollarının, küçə kəsişmələrinin idarə 
edilməsi, istehsalın operativ idarə edilməsi və s. kimi 
müxtəlif obyektlərin dispetçer idarə edilməsi üzrə təcrübi 
olaraq D.A.Pospelov, musiqi əsərlərinin təhlili zamanı R.X. 
Zaripov, bundan xeyli əvvəl isə sehirli nağılların 
struktururnun təhlili zamanı V.Propp təyin etmişdir. 
Zaripov Ravil Hammatoviç 20 iyun 1954-cü ildə 
Başkir Muxtar Respublikasının Bakalin rayonunun Novo 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------163------------------------------------ 
-Tumyuk kəndində anadan olmuşdur. Kazan aviasiya 
institutunu bitirmişdir. Alman dilində müstəqil danışır. 
Müxtəlif vəzifələrdə işləmişdir. 2015-ci ildən Tatarstan 
Respublikası prezidendinin koməklçisidir. Texnika 
elmləri namizədidir. Rusiya Federasiyasının Texnologiya 
Elmləri Akademiyasının müxbir üzvüdür. Dövlət 
səviyyəli müxtəlif orden və medallar ilə təltif edilmişdir.
Vladimir (Qerman Voldemar) Yakovlevic Propp 
(1895-1970) – rus və sovet alimi, filoloq-folklorçu. Bir 
alim kimi dünya elmində tanınmış, folklorçuluqda 
istifadə olunan müqayisəli-tipoloji metodun yaradıcısıdır, 
müasir mətn nəzəriyyəsinin banilərindən biridir. Müasir 
strukturçular onu öz sələfləri hesab edirlər. Alimin ən 
məşhur elmi işi “Morfologiya nağılları” əsərədir. Propp 
narrativin struktur-tipoloji öyrənilməsinin əsasını 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------164------------------------------------ 
qoymuşdur (narrativ ingiliscə və fransızça narrative 
sözündəndir, oxucuya və ya dinləyiciyə sozlər və ya 
rollar ardıcıllığı ilə təqdim edilən, bir-biri ilə qarşılıqlı 
əlaqəsi olan hadisələrin izah olunması anlamını verir). 
Proppun araşdırdığı elmi işlər mifoloji, folklor, bədii 
mətnlərin struktur baxımdan inkişafına böyük təsir 
göstərmişdir. Alimin diqqəti çəkən digər elmi işi 
“Rusların 
aqrar 
bayramları” 
monoqrafiyqasıdır. 
Monoqrafiyada slavyanların çoxlu sayda bayramlarının 
və etqadlarının xarakteri araşdırılmış, tutarlı səviyyədə 
oxucuya təqdim olunmuşdur.
Mətnlərin təhlili və avtomatik tərcümə zamanı, 
ümumi halda, ayrı-ayrı cümlələrin morfologiyasının, 
sintaksisinin, 
semantikasının 
və 
praqmatikasının 
formallaşdırılması problemlərini həll etmək lazım gəlir. 
Morfologiya və sintaksisin formallaşdırılmasının kifayət 
qədər ciddi səviyyədə olduğunu söyləmək mümkündür. O 
ki, qaldı, semantikaya, yalnız səthi-semantik təhlil barədə 
danışmaq olar. Praqmatika isə ən zəif formallaşdırılmış 
komponentdir. Buna baxmayaraq, əldə edilmiş formal-
laşdırma səviyyəsində olan dil modeli imkan verir ki, 
cümlənin mənasını kompüter “anlasın”, kifayət qədər 
yüksək keyfiyyətli avtomatik söz tərcüməsi etmək və 
səmərəli sual-cavab sistemləri yaratmaq mümkün olsun. 
Dil modelinin sonrakı təkmilləşdirilməsi cümlələrin 
məna dərinliyinin üzə çıxarılması, ayrı-ayrı cümlələrin 
təhlilindən mətnlərin təhlilinə keçilməsi, nəinki təkcə sual-
cavab və 
avtomatik tərcümə 
sistemlərinin 
təkmilləşdirilməsi üçün, həm də əsas etibarı ilə, mətnlərin 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------165------------------------------------ 
prosedur tamamlanması üçün lazımdır. Bu problemlərin 
həlli isə linqvistikada inkişaf etmiş məntiqi nəticəçıxarma 
sistemlərinin yaradılması yolu ilə mümkündür ki, bu da 
linqvist (dilçi) və məntiq mütəxəssislərinin sıx 
əməkdaşlığını tələb edir.

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin