Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
 
FREYM MODELLƏRİ (DİLLƏRİ) 
 
Semantik şəbəkələr, obyektlər və anlayışlar 
arasındakı münasibətləri əks etdirən vasitələrin zənginliyi 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------139------------------------------------ 
ilə bağlı olaraq, geniş imkanlara malik olsalar da, bəzi 
nöqsanlardan da azad deyildirlər. 
Həddən artıq sərbəst struktur və müxtəlif təpə və 
əlaqə tipləri informasiya emalı prosedurlarını tamamilə 
cürbəcür edir ki, bu da EHM-in proqram təminatını 
olduqca mürəkkəbləşdirir. Bu səbəbdən semantik 
şəbkələrin xüsusi tipləi: sintaqmatik zəncirlər, ssenarilər, 
freymlər və s. meydana çıxmışdır. 
Freymli təqdimatın mərkəzi anlayışı “freym”dir və bu 
“çərçivə” anlamına gəlir. Bu, onunla bağlıdır ki, istənilən 
predmet, obyekt haqqında təqdimat, situasiya barədə 
stereotip insan təsəvvüründə həmişə müəyyən xassə və 
xarakteristikalarla çərçivələnir ki, bunların da hər biri 
müəyyən freym slotunda (Slot – yuva (yaddaş yuvası)) 
yerləşir. 
Formal olaraq freym dedikdə, adətən aşağıdakı 
struktur nəzərdə tutulur: 
]
,
,
...,
,
,
,
,
[
2
2
1
1
>
<
>
<
>
<
k
k
g
v
g
v
g
v
f
Burada: 
f — freymin adı; i
, g
i
>cütü — i-ci slot, 
burada 
v
i
— slotun adı və 
g
i
— slotun qiymətidir. 
Freymləri bəzən 2 qrupa bölürlər: təsviredici 
freymlər və roloynayan freymlər. Məsələn, təsviredici 
freymlərə: [<
meyvələr>, <şanı üzümü, 20 ton>, alma, 10 ton>, ], roloynayan 
freymlərə isə: [<
daşımalı>, <50 ton>, Biləcəridən>, , nəqliyyatı ilə>, 
misal göstərilə bilər. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------140------------------------------------ 
Göründüyü kimi, roloynayan freymlərdə slotların adı 
qismində sual sözləri, slotların qiyməti qismində isə 
cavablar durur. 
Əgər gətirdiyimiz misallarda və freym üçün verilən 
ümumi ifadədə slotların qiymətlərini götürüb, yalnız slot 
adlarını saxlasaq, müxtəlif mənbələrdə freym prototipi, 
sadəcə freym, inrensional freym adlandırılan konstruksiya 
alarıq. Konkret qiymətli slotları olan freymlər freym-
nümunələr və ya freym-nüsxələr adlanır. 
Freymlər iç-içəlik xassəlidir. Bu o deməkdir ki, əhatə 
edilən içəridəki slotun adı onu əhatə edən qıraqdakı 
slotun qiyməti kimi çıxış edə biləndir. İç-içəlik xassəsi həm 
də digər freymlərə iqtibas etmək imkanı yaradır. Bu, 
freym dilinin strukturluluq tələbini ödədiyini və biliklərin 
əlaqəliliyini təmin edən dil olduğunu göstərir. Həm 
freymin, həm də slotun ada malik olması o deməkdir ki, 
freymdə saxlanan biliklər iqtibas olunabiləndir və bu, 
biliklərin daxilən şərhedilənliyini göstərir. Bu və ya digər 
prosedurun icraya çağrılmas əmrlərinin slotlarda 
yerləşdirilməsi imkanı proqramları mövcud biliklərə əsasən 
aktivləşdirməyi mümkün edir.
Beləliklə, freym dili biliklərin şərhedilənlik, 
strukturluluq, əlaqəlilik və aktivlik kimi dörd əsas 
əlamətini təmin edir. Fundamental elmlərdə freym 
dillərindən istifadə edilməsi daha ciddi anlayışlar aparatı 
yaratmağa və freym formalizmləri ilə adi riyazi modelləri 
kompleksləşdirməyə imkan verir. Təsviri elmlər üçün isə 
freymlər azsaylı formallaşdırma üsullarından biri olub, 
anlayışlar aparatı yaratmağı mümkün edir.
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------141------------------------------------ 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin