.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------131------------------------------------
BİLİKLƏRİN TƏQDİM EDİLMƏSİ
Hesablayıcı texnikanın yaradılması və istifadə
edilməsi ənənəvvi olaraq
proqram və veril ən kimi iki
anlayışla bağlı olmuşdur. Həm də proqram veriləni emal
etmək üçün nəzərdə tutulmuşdur.
İlk vaxtlarda proqramçı proqram tərtib edir və lazımi
verilənləri maşına özü daxil edirdi. Sonra böyük dəyişiklik
baş verdi. Belə ki, verilənləri proqramlardan ayırdılar.
Müxtəlif strukturlu (relyasiyalı, yəni cədvəlli, iyerarxik,
şəbəkə) verilənlər bazaları (VB) və verilənlər bazalarını
idarəetmə sistemləri (VBİS) meydana çıxdı. Verilənləri
proqramlardan ayırmaq üçün proqramlaşdırma dillərində
olan verilənlərin təsviri vasitələrindən istifadə edildi.
FORTRAN və ALQOL kimi dillər nisbətən sadə verilən
strukturlarını EHM yaddaşında təsvir etməkdən ötrü olan
təsvir vasitələrinə malikdir.
KOBOL, PL/1 və PASKAL dillərində daha mürəkkəb
strukturların - verilənlərin iyerarxik strukturlarının təsviri
üçün vasitələr vardır.
PASKAL dilində, həmçinin istifadəçinin özü
tərəfindən verilənlər strukturu yaratmaq üçün də vasitələr
vardır.
Paralel olaraq, bəlkə bir qədər gecikməklə, EHM-in
xarici yaddaşında verilənlərin təsvir edilməsi sahəsində
aparılan tədqiqat işləri inkişaf etdirilirdi. Burada
informasiya massivi (fayl) fundamental anlayış kimi
işlədilirdi. Bu anlayış, yəni, fayl sistemin işlədiyi müxtəlif
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------132------------------------------------
obyektlərə aid verilənlərin bütün zəruri strukturlaşdırılmış
yazılarını müvafiq ad altında saxlamağa imkan verir. Bu
baxımdan, fayla obyektin informasiya modeli kimi baxmaq
olar.
Verilənlərin EHM-in xarici yaddaşında təqdimatı
aşağıdakı mərələlərdən keçmişdir:
•
Verilən yazılarının fayllarda formalaşdırılması
üsulları, faylların işlədilməsi və onlara müraciətin
təşkili istifadəçilərin konkret proqramlarında
tamamilə təyin edilmişdi;
•
Faylların idarə edilməsi və onlara müraciətin təşkili
EHM-in əməliyyat sisteminə həvalə olundu;
•
V
erilənlər bazaları
və inkişaf etmiş
verilənlər bazalarını
idarəetmə
sistemlərinin
yaradılması,
tətbiqi
məsələlərin həlli üçün nəzərdə tutulan böyük
v
erilənlər bazaları
ilə işləmək imkanı yarandı.
Verilənlərin yaradılması, saxlanması, müraciətin
təşkili həm məntiqi, həm də fiziki səviyyədə bütövlükdə
hər bir proqramın tərtibçisi və istifadəçisinin işi idi.
Proqramın verilənləri ilə iş və xüsusilə də onların
digər proqramlarda istifadə edilməsi olduqca böyük
zəhmət tələb edən, amma az səmərə verən iş idi.
İkinci mərələdə EHM-in xarici yaddaşındakı
verilənlərlə işi (əsasən fiziki səviyyədə) əməliyyat sistemi
(ƏS) öz üzərinə götürdü.
Lakin inteqrasiya edilmiş verilənlərlə iş yalnız üçüncü
mərhələdə gerçəkləşə bildi. Çünki yalnız bu mərhələdə
mürəkkəb strukturlu verilənlər bazalarını səmərəli təşkil
etmək mümkün oldu və verilənlər bazalarını idarəetmə
sistemləri çərçivəsində verilənlər üçün güclü emaledici
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------133------------------------------------
vasitələr meydana çıxdı. Bunun nəticəsində verilənlərin
tətbiqi proqramlardan asılılığı tamamilə aradan qaldırıldı
və verilənləri yaradan, dəstəkləyən və istifadə edən
proqramları texnoloji cəhətdən bir-birindən ayırmaq
mümkün oldu. Nəticədə verilənə görə proqramı tələb
etmək imkanı yarandı, halbuki əvvəllər proqrama görə
verilən tələb olunurdu.
Nəhayət, verilənlər bazalarını idarəetmə sistem-
lərinin tərkibində hər bir proqram kompleksində ayrıca
aralıq riyazi təminat qatı yaradan vasitələr nəzərdə
tutuldu ki, bunlar da veriləni istifadə edən tətbiqi
proqramları və müvafiq proqramçıları verilən axtarışından,
verilənin yerləşdirilməsindən və verilənlərin idarə edilməsi
ilə bağlı olan digər əməliyyatlardan azad etdi. Yəni bu
halda verilənlərin idarə edilməsi daha səmərəli təşkil edilə
bildi. Sözü edən riyazi təminat qatı qismən verilənlər
bazalarını
idarəetmə
sistemlərinin
sistem
proqramlarından, qismən də istifadəçinin verilənlər
bazalarını idarəetmə sistemlərinə qoşduğu verilənlərin
təsviri (VTD) və verilənlərin manipulyasiyası dili (VMD)
vasitələrindən ibarət
oldu. Bu dillər
ənənəvi
proqramlaşdırma dillərini verilənlərin iri qruplarını
təşkiletmə vasitələri ilə tamamladılar.
Bundan sonra yeni mərhələ başladı. Bu mərhələdə
kollektiv istifadə edilən paylanmış verilənlər bazaları
yaradıldı.
Süni intellekt sistemlərinin meydana çıxması “biliklər
bazası” adlanan yeni anlayış gətirdi. Ənənəvi “verilənlər
və verilənlər bazası” anlayışı ilə “biliklər və biliklər bazası”
anlayışını müqayisə etdikdə, xeyli oxşarlıqlar olduğunu
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------134------------------------------------
yəqin etmək mümkün olsa da, müəyyən fərqlər də
görünməkdədir. Şübhəsizdir ki, verilənlər verilənlər
bazalarının strukturu, predmet oblastı və onun strukturu
barədə müəyyən bilikləri əks etdirir. Lakin verilənlə bilik
arasında ciddi əlamət fərqləri də vardır.
Bilikləri fərqləndirən əlamətlər bunlardır:
•
Daxili şərhedilənlik;
•
Strukturluluq;
•
Əlaqəlilik;
•
Aktivlik.
Strukturlaşdırılmış verilənlərə diqqət yetirdikdə,
biliklərə aid edilən bəzi əlamətlərin verilənlərə də xas
olduğu aydın olur. Məsələn, şərhedilənlik relyasiyalı
verilənlər bazalarında cədvəl sütunlarının adı münasibət
atributlarıdır ki, bunların da adları sətirlərdə göstərilir.
İkinci əlamət – strukturluluq – mürəkkəb obyektlərin
daha sadə obyektlərə bölünməsi (dekompozisiya) və
onların arasındakı əlaqələri “hissə-tam”, “sinif-altsinif”,
“cins-növ” və s. münasibətləri ilə təsvir etməyə xidmət
edir. Bu münasibətlərə iyerarxik və şəbəkə verilənlər
bazalarında rast gəlinir.
Üçüncü əlamət - əlaqəlilik – iyerarxik və şəbəkə
verilənlər bazalarında praktiki olaraq rast gəlinmir.
Bizim biliklərimiz yalnız strukturların məzmunu ilə
əlaqəli deyildir. Onlar həm də faktlara, proseslərə,
hadisələrə aid qanunauyğunluqları və səbəb-nəticə
münasibətlərini əks etdirir.
O ki, qaldı, dördüncü əlamətə - aktivlik – EHM
istifadə edildikcə yeni biliklər yaransa da, verilənlər EHM
yaddaşında passiv surətdə saxlanmaqda davam edir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------135------------------------------------
İnsana dərketmə aktivliyi xasdır, yəni insan biliyyi
aktivdir. Bu, biliyi veriləndən prinsipial surətdə
fərqləndirir. Məsələn, bilikdə ziddiyyət aşkar edildikdə, bu,
həmin ziddiyyətin aradan qaldırılması üçün səbəbə çevrilir
və nəticədə yeni bilik meydana çıxır. Biliklərin
natamamlığı da aktivliyi stimullaşdırır. Yəni biliklərdəki
çatışmazlıqların aradan qaldırılması zərurəti aktivliyə
səbəb olur.
Verilənlər və verilənlərin strukturu predmet
oblastının xüsusiyyətlərini heç də həmişə tam, bitkin əks
etdirmir.
Hal-hazırda biliklərin təqdim edilməsi üçün 4 dil
(model) tətbiq edilir ki, bunlar da aşağıdakılardan
ibarətdir:
•
Semantik şəbəkələr dili (modeli);
•
Freymlər sistemi;
•
Məntiqi dillər (modellər);
•
Produksion sistemlər.
Dostları ilə paylaş: |