SÜNİ İNTELLEKT - YENİ
İNFORMASİYA TEXNOLOGİYASININ
ƏSASIDIR
Əvvəlcə
mövcud
informasiya
texnologiyasını
nəzərdən keçirək.
Hər şeydən əvvəl, bu, külli miqdarda kağız istehlak
edən kağız texnologiyasıdır. EHM-in ənənəvi qaydada
istifadə edilməsi kağız istehlakı baxımından vəziyyəti
dəyişdirmir. Əksinə, daha yüksək keyfiyyətli kağıza tələb
bir qədər də artmışdır. Adi (köhnə) informasiya
texnologiyası üzrə istifadə edilən EHM-lər son
istifadəçilərlə
bir
sıra
vasitəçi mütəxəssislər:
riyaziyyatçılar, proqramçılar, məsələ qoyuluşu ilə məşğul
olanlar vasitəsi ilə əlaqə yaradır. Müxtəlif sahələrə aid
biliklər kağız daşıyıcılarında mətn formasında qeyd edilmiş
olur.
Hal-hazırda biliklər necə istifadə edilir?
Bilik mənbələri olan ədəbiyyatdan problem öyrənilir.
Sonra problemin maiyyəti dərk edilir, sonra riyazi model
tərtib edilir, sonra alqoritm tərtib edilir, sonra proqram
yazılır, sonra məsələ EHM-də həll edilir. EHM-dən istifadə
etməklə qərarlaşmış bu informasiya texnologiyasında
sintaksis xarakterli modellər hakim mövqeyə malikdir.
Məsələn, diferensial tənliklər sistemi şəkilndə verilmiş
riyazi modellər tamamilə müxtəlif təbiətli obyektlərdə
gedən prosesləri təsvir edə bilir. Bu cür universallıq xətti
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------120------------------------------------
və qeyri-xətti proqramlaşdırma üzrə optimallaşdırma
modellərində də gözlənilir.
Əgər riyazi modellər şərhsiz təqdim edilərsə, hansı
konkret obyektin və ya hansı konkret prosesin təsvir
edildiyini demək mümkün olmaz. Yalnız ümumi fikir kimi
onu demək olar ki, hansı sinif obyektlərlə bu model
müqayisə edilə biləndir. Modelin semantikası (məzmunu)
bu və ya digər obyekt və ya prosesi modelləşdirən
(düsturlaşdıran, formal şəklə salan) mütəxəssisdən başqa
heç kimə məlum deyildir. Qeyd etmək vacibdir ki, formal-
riyazi modellərin semantikası, yəni konkret obyekt və ya
proses haqqında konkret bilikləri aşkara çıxaran şərhlər
(izahlar) EHM-dən kənarda yerləşir.
Yeni
informasiya
texnologiyasının
yaranması
professor D.A.Pospelovun işləyib hazırladığı və ilk
vaxtlarda situasion idarəetmə nəzəriyyəsində, sonra isə
süni intellekt nəzəriyyəsində uğurla tətbiq edilən məntiqi-
linqvistik modellərlə bağlıdır. Çünki bu modellər idarəetmə
obyekti və onda gedən proseslər barədə olan konkret
məzmunlu bilikləri formallaşdırmağa, daha doğrusu, riyazi
modellərlə yanaşı, məntiqi-linqvistik modelləri də EHM-ə
daxil etməyə imkan verir. Məntiqi-linqvistik modellər –
semantik şəbəkələr, freymlər, produksion sistemlər –
bəzən bir anlayış halında birləşdirilərək ”süni intellekt
sistemlərində proqram-aparat vasitələri” adlandırılır.
Biliklər bazası məhz məntiqi-linqvistik modellərə əsaslanır.
Beləliklə, yeni informasiya texnologiyasını köhnə
texnologiyadan prinsipcə fərqləndirən xüsusiyyətlər
aşağıdakılardır:
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------121------------------------------------
•
Xüsusi formalizmlərin (məntiqi-linqvistik
modellərin) köməyi ilə deklarativ (rəsmi, təntənəli)
və prosedur biliklər elektron formada təqdim edilir
və EHM-in köməyi ilə məsələ həlli daha səmərəli
gedir;
•
Məntiqi-linqvistik modelləşdirmə formallaşdırılması
çətin və ya qeyri-mümkün olan bilik sahələri və
fəaliyyət sferaları (təbabət, biologiya, geologiya,
çevik robotlaşdırılmış istehsalın idarə edilməsi,
dispetçer idarəetməsi və s.) hesabına EHM tətbiqini
olduqca genişləndirdi;
•
Bununla da mütəxəssislərin bilavasitə (vasitəçi
xidmətinə ehtiyac duymadan) EHM-ə müraciət
etməsi təmin olunur və süni intellektin proqram-
aparat vasitələri hesabına yaranan intellektual
interfeysin köməyi ilə istifadəçi öz məsələsini EHM-
də dialoq rejimində həll edə bilir;
•
Bu halda EHM-lə qarşılıqlı fəaliyyət istifadəçinin
peşə dilində, işgüzar dildə baş verir.
Süni intellektin sadalanan vasitələri ilə təchiz edilmiş
və şəbəkəyə qoşulmuş EHM artıq ağır yüklü kağız
texnologiyası ilə deyil, irimiqyaslı məsələ və problemləri
həll edən kollektivdaxili prosesi yeni informasiya-təşkilati
texnologiya ilə təsvir edir.
Beləliklə, bir vaxt akademik V.M.Qluşkovun (1923-
1982) son kitabında göstərildiyi kimi, kağızsız
informatikaya keçid baş verir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------122------------------------------------
D.A.Pospelov
V.M.Qluşkov
Viktor Mixayılovic Qluşkov - sovet riyaziyyatçısı,
kibernetik. SSRİ Elmlər Akademiyasının akademiki,
çoxlu sayda xarici ölkələrin akademiki və elmi birliklərin
üzvü. Sosialist Əmıyi Qəhrəmanı, cəbr, kibernetika və
hesablama texnikasi sahəsində elmi əsərlərin müəllifi.
Alimin rəhbərliyi ilə 1966-cı ildə mühəndis
hesablamaları üçün yararlı olan fərdi EHM “Mir-1”
yaradılmışdır.
Dmitri Aleksandroviç Pospelov, professor, texnika
elmləri doktoru, mürəkkəb sistemlərin yeni metodlarla
idarə
edilməsi
sahəsində
mütəxəssis.
Yeni
arxitekturaya malik EHM-in və süni intellektin
yaradılması sahələri ilə məşğul olmuşdur. 1989-cu ildə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------123------------------------------------
yaradılmış süni intellekt assosiasiyasının prezidenti
seçilmişdir. 1991-ci ildə qeyri-səlis sistemlərin
assosiasiyasının sədri, 1994-cü ildə isə “Təbabətdə
kompüter sistemləri və informasiya texnologiyaları”
assosiasiyasinin prezidenti seçilmişdir.
Hal-hazırda yeni informasiya texnologiyası prinsipləri
ilə fəaliyyət göstərən süni intellekt sistemi aşağıdakılara
bölünür:
-intellektual informasiya-axtarış sistemləri (sual-
cavab sistemləri). Bu sistemlərdə proqramçı olmayan son
istifadəçilər verilənlər və biliklər bazaları ilə təbii dilə çox
yaxın olan peşə dilində işləyir;
-hesablama-məntiq sistemləri. Bunlar proqramçı və
tətbiqi riyaziyyat mütəxəssisi olmayan son istifadəçilərə öz
məsələlərini EHM-lə dialoq rejimində mürəkkəb riyazi
metodlardan və müvafiq tətbiqi proqramlardan istifadə
etməklə həll edirlər;
-ekspert sistemləri. Bu sistemlər biliklərin ekspert
təsviri formasında təqdim edildiyi, lakin həm də dəqiq
elmlərə xas olan riyazi modellərdən istifadənin çətin və
bəzən mümkün olmadığı sahələrin də səmərəli
kompüterləşdirilməsinin həyata keçirilməsinə imkan verir.
Məhz ekspert sistemlərinin sayəsində süni intellekt
elmdə, istehsalın layihələşdirilməsi və idarə edilməsi
sahəsində strateji əhəmiyyət qazanmışdır.
Hibrid ekspert sistem adlandırılan sistemlər daha
mühüm əhəmiyyət daşımağa başlamışdır. Bu sistemlər
ənənəvi ekspert sistemlə hesablama-məntiq sisteminin
birləşdirilməsi yolu ilə yaradılır. Başqa sözlə, hibrid
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------124------------------------------------
ekspert sistemlərdə məntiqi-linqvistik modellər riyazi
modellərlə birlikdə istifadə edilir.
Yeni informasiya texnologiyasının daha bir vacib
xüsusiyyəti bu və ya digər predmet oblastına aid olan
məsələlərə münasibətdə proqram sistemlərinin adaptiv
(uyğunlaşan) və çevik (rejimdən-rejimə keçə bilən)
olmasıdır. Bu isə o deməkdir ki, həll edilən məsələnin və
ya tanınan situasiyanın hansı model, hansı alqoritm və
hansı proqramlar sistemi vasitəsilə gerçəkləşdiyini
əvvəlcədən söyləmək mümkün deyildir. Məsələn, tibbi
diaqnoz qoyulması üçün ekspert sistemindən istifadə
edilərkən əvvəlcədən söyləmək mümkün deyil ki, ekspert
sistemin hasil edəcəyi məhsul (nəticə) hansı alqoritm üzrə
alınacaqdır. Bu xüsusiyyət eyni ilə bütün intellektual
tətbiqi proqram paketlərinə də xasdır.
Bəhs edilən süni intellekt sistemlərinin hamısı
biliklərə yönəldilmiş sistemlər olduğundan, süni intellekt
sistemlərinin və yeni informasiya texnologiyalarının
gələcək tərəqqisi aşağıdakı üç əsas nəzəri problemin
inkişaf etdirilməsini nəzərdə tutur:
-biliklərin təqdimatı. Bu, süni intellektin mərkəzi
problemidir;
-kompüter linqvistikası. Bu, EHM-lə təbii dildə
ünsiyyət yaratmağı və xarici dillərdən avtomatik
tərcüməni təmin edir;
-kompüter məntiqi. Bu, ekspert sistemin inkişafı
üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bunun məqsədi
insan düşüncəsinin, mühakimələrinin modelləşdirilməsi və
proqramlaşdırmanı sənətdən elmə çevirməkdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------125------------------------------------
Dostları ilə paylaş: |