.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------105------------------------------------
İNTELLEKTUAL SİSTEMLƏRİN
İNKİŞAFINDA SÜNİ İNTELLEKTİN
ROLU
Süni intellekt, bir elm kimi, təxminən yarım əsrə
yaxındır ki, mövcuddur. Bu elmin əsas problemi
kompüterin köməyi ilə insan kimi davranmağı, mühakimə
yürütməyi, qeyri-müəyyən və qeyri-dəqiq mühitdə qərar
qəbul etməyi bacaran maşının yaradılmasıdır. Süni
intellekt termini ilk dəfə 1956-cı ilin yayında Stenford
Universitetində (ABŞ) keçirilən seminarda Con Makkarti
(John McCarthy) tərəfindən işlədilmişdir. O, bu termini
1950-ci ildə Alan Tyurinq (Alan Turing) tərəfindən verilmiş
kompüter intellekti (
computer intelligence) anlayışı
əsasında irəli sürmüşdür.
Süni intellektin əhatə dairəsinə elə sahələr aid edilir
ki, orada dəqiq modellər, həll alqoritmi və metodlar
yoxdur.
Süni intellektin metodları iki xarakrerik xüsusiyyətə
əsaslanıb:
1.Simvol şəkilli (hərf, söz, ifadə, işarə, şəkil)
informasiyadan istifadə;
2.Simvol məntiqindən istifadə ilə axtarış.
Bütün ənənəvi süni intellekt sistemləri Hard
Computing (“Sərt” - dəqiq hesablama) texnologiyasına
əsaslanıb ki, bu da onların imkanlarını kifayət qədər
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------106------------------------------------
məhdudlaşdırıb. “Computing” – hərfi mənada, ingilscə,
hesablamaq deməkdir.
Ənənəvi süni intellekt, yuxarıda qeyd edilən
xüsusiyyətlərinə görə, qeyri-müəyyənlik və qeyri-dəqiqliyi
nəzərə alan ədədi üsulları müəyyən dərəcədə qəbul etmir.
Göstərilən cəhətlərinə görə ənənəvi süni intellekt
sistemlərinin maşın intellektinin səviyyəsi – MİQ (Machine
Intelligence Quotient –
Maşın İntellekti Qabiliyyəti) heç də
yüksək deyil. Buna görə də intellektual sistemin Maşın
İntellekti Qabiliyyətinin yüksəldilməsi məsələsi ortaya
çıxdı. Burada qeyri-səlis məntiq, neyron şəbəkələri,
təkamül hesablama və s. kimi yeni ədədi metodlardan
ayrılıqda və xüsusilə də, birgə istifadəni nəzərdə tutan
hesablama intellekti əsas metodologiya kimi çıxış edir.
Belə ki, o ənənəvi süni intellekt metodları və
ümumiyyətlə, digər metodlarla həlli mümkün olmayan
gerçək aləmin bir çox vacib problemlərini həll etməyə
imkan verir.
Ənənəvi hesablamadan (HC -
Hard Computing)
fərqli olaraq SC (
Soft Computing - “Yumşaq” (çevik)
kompütinq) son istifadəçi üçün səmərəliliyi, məhsuldarlığı
itirmədən qismən gerçək, qeyri-müəyyənlik, qeyri-dəqiqlik
şəraitində hesablamalar aparmağa imkan verir.
Mürəkkəb məsələlərin həlli üçün insan zəkasına
uyğun bir sistemin yaradılması qədim zamanlardan
insanları düşündürmüşdür. İlk dəfə bu, R.Lulliy (1235-
1315) tərəfindən müxtəlif mürəkkəb məsələlərin həlli
üçün bir maşının yaradılması kimi irəli sürmüşdür.
XVIII əsrdə Q.Leybnis (1646-1716) və R.Dekart
(1596-1650) bir-birilərindən asılı olmayaraq bütün
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------107------------------------------------
elmlərin universal təsnifat dilinin yaradılması fikrini irəli
sürmüşlər. Bu fikirlər süni intellektin yaradılmasının nəzəri
əsaslarını təşkil etmişdir.
Süni intellektin bir elm kimi inkişafı EHM-in
yaradılmasından sonra mümkün olmuşdur. Elə həmin
vaxtlarda Norbert Viner (1894-1964) yeni bir elmin,
kibernetika elminin əsasını qoydu. Süni intellektin bir elm
kimi qəbulundan sonra o iki istiqamətdə –
neyrokibernetika
və
“qara
qutu”
kibernetikası
istiqamətlərində inkişaf etməyə başladı. Hal-hazırda isə bu
iki istiqamətin yenidən birləşdirilməsi meyli müşahidə
olunur.
Neyrokibernetikanın əsas ideyasını belə təsvir etmək
olar: “Yeganə düşünə bilən obyekt insan beynidir”. Buna
görə də “düşünən” qurğu hər hansı yolla olursa-olsun
insan beyninin quruluşuna bənzər olmalıdır.
Beləliklə, neyrokibernetika beyinin quruluşuna oxşar
aparatın yaradılmasına yönəldildi. Fizioloqlar tərəfindən
çoxdan təsbit olunmuşdur ki, insan beyninin əsasını çoxlu
miqdarda öz aralarında və əsəb hüceyrələri ilə qarşılıqlı
bağlı olan
neyronlar təşkil edir. Buna görə də
neyrokibernetikanın səyləri neyronlara analoji olan
sistemin yaradılmasına yönəldi. Belə sistemlərə
neyron
şəbəkə və ya neyroşəbəkə adı verildi. Birinci neyron
şəbəkələr keçən əsrin 50-ci illərinin sonunda amerika
alimləri
F.Rozenblatt
və
Makkiqyuk
tərəfindən
hazırlanmışdır. Bu, insan gözünü modelləşdirən və onu
beyinlə əlaqələndirən sistemin yaradılmasına bir cəhd idi.
Onlar tərəfindən yaradılan qurğuya
perseptron adı
verildi. Bu qurğu əlifbanın hərflərini fərqləndirə bilir, lakin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------108------------------------------------
hərflərin yazılmasına çox həssas idi. Məsələn, bu qurğu
üçün
А, А və А hərfləri ayrı-ayrı məna kəsb edirdi. 70-80-
ci illərdə süni intellektin bu istiqamətdə işləri getdikcə
azalmağa başladı. Çünki ilkin nəticələr təsəlliverici deyildi.
Müəlliflər bu uğursuzluğu kiçik yaddaş və o vaxtkı
kompüterlərin sürətinin aşağı olması ilə izah edirdilər.
Lakin 80-ci illərin ortalarında Yaponiyada V nəsil
kompüterlərin yaradılması üzərində aparılan işlər zamanı
yeni bir nəsil, VI nəsil kompüterlər – neyrokompüterlər
meydana gəldi. Bu zamanadək yaddaş məhdudluğu və
kompüterlərin sürət problemləri praktiki olaraq aradan
qalxmışdı.
Transpüterlər – çoxlu miqdarda prosessoru
olan paralel kompüterlər yarandı. Transpüterdən insan
beyninin quruluşunda olan neyrokompüterə bir addım
qalmışdı. Neyrokompüterlərin əsas tətbiq sahəsi surətin,
simanın təyin edilməsidir.
1963-1970-ci illərdə məsələlərin həlli üçün
riyazi
məntiq metodlarından istifadə etməyə başladılar və 1971-
1972-ci illərdə Fransanın Lumini (Marsel şəhəri)
Universitetində Alen Kolmeroe
(Alain Colmerauer) və
Filipp Rassel (Philippe Roussel) tərəfindən
Prolog dili
yaradıldı. Bundan sonra bu dili bir çox kollektivlər inkişaf
etdirdi ki, burada da Edinburq Universitetindən olan
qrupu xüsusi qeyd etmək lazımdır. Bu dilin adı “məntiqi
terminlərdə proqramlaşdırma” (Programmation en
Logique) söz birləşməsindən yaranıb.
Süni intellektin təcrübi tətbiqində ən böyük addım
70-ci illərin ortalarında təfəkkürün universal axtarış
alqoritminin əvəzinə konkret mütəxəssis-ekspert biliyinin
modelləşdirilməsi ideyası gəldi. ABŞ-da ilk dəfə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------109------------------------------------
kommersiya sistemləri – biliklərə əsaslanan
ekspert
sistemlər yarandı. Beləliklə, süni intellekt məsələlərinin
həllinə yeni,
biliklərin təqdim olunması yanaşması yarandı.
Tibb və kimya üçün yaradılmış MYCIN və DENDRAL artıq
klassik ekspert sistemlər sayılır.
İntellektual texnologiyaların inkişafı üçün bir neçə
qlobal proqram – ESPRIT (European strategic programme
of research and development in information technology –
Avropada
informasiya
texnologiyalarının
strateji
tədqiqatları və inkişafı üzrə proqram), DARPA (The
Defense Advanced Research Projects Agency of USA –
ABŞ-ın müdafiə sahəsində perspektiv tədqiqatlar
proqramının idarə edilməsi) və yaponların V nəsil maşın
layihəsi yaradıldı.
Alan Kolmeroe
Filipp Rassel
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------110------------------------------------
Artıq keçən əsrin 80-ci illərinin ortalarından
başlayaraq süni intellektin kommersiyalaşdırılması prosesi
gedir. Bu sahəyə illik kapital yatırımları ildən-ilə artır,
sənaye ekspert sistemləri yaranır və özü öyrənən
sistemlərə maraq artır.
Süni intellekt indiyə qədər iki istiqamətdə öyrənilib:
Soft Computing və Hard Computing
Bizim danışdığımız intellektual sistemlər müasir
dünyada bu iki istiqamətin sintezi kimi inkişaf etməkdədir.
Lakin bu yeni istiqamətdə çalışılır ki, ağırlıq birinciyə (Soft
Computing) verilsin.
Bütün bunlara baxmayaraq ikinci istiqamət bizim
üçün daha çox maraq kəsb edir. Bura istehsal, proseslərin
idarə edilməsi, marketinqin idarə edilməsi, maliyyə
menecmenti, bank sferası, fond birjası kimi sahələrdə
istifadə olunan tətbiqi intellektual sistemlər və ekspert
sistemləri daxildir.
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki,
intellektual sistemlər süni intellektin bir hissəsi olaraq
onunla paralel inkişaf edib və etməkdədir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------111------------------------------------
Dostları ilə paylaş: |