.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------97------------------------------------
Devid Rumelhart
D.K. Makklelland
Devid Rumelhart (ingiliscə
David Everett
Rumelhart) amerika alimidir,
insan düşüncəsinin
öyrənilməsi sahəsinə hiss ediləcək tövhələr vermiş,
koqnitiv
elmin
inkişaf
istiqamətinin
müəyyən
edilməsində yaxından iştirak etmişdir (XX əsrin 1970-ci
illəri). D.Rumelhartın elmi araşdırmaları
süni intellekt,
riyazı psixologiya, paralel
hesablama proseslərinin
tədqiqi ilə bağlıdır. Alimin araşdırdığı semantik neyron
şəbəkələri elm sahəsi elm
aləmində böyük rezonansa
səbəb oldu. Müxtəlif universitetlərdə (Kaliforniya
Universitetinin
psixologiya
fakultəsi,
Stenford
universiteti və s.) tədris ilə məşğul olmuşdur. ABŞ-ın
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------98------------------------------------
Milli Elmlər Akedemiyasına üzv seçilmişdir (1991-ci il).
Pik xəstəliyi simptomunu hiss edən alim 1988-ci ildə
elmi işlərini dayandırır. 68 yaşında dünyasını
dəyişmişdir.
Devid Klarens Makklelland (ingiliscə David Clarence
McClelland) amerika psioxoloqu, Təlabat nəzəriyyəsinin
müəllifi, apperseptiv (appersepsiya - ilkin təsəvvürlərə
və ya təcrübəyə əsaslanan qavrayış)
mövzulara aid
testlərin yeni üsulla qiymətləndirilməsinin yaradıcısı,
psixologiya elmi üzrə professordur.
Makklelland
Harvard, Boston universitetlərində tədris ilə məşğul
olmuşdur. Alimin bir neçə kitabı çap edilib.
Onlardan
“Nailiyyətin sübutları” (ingiliscə The Achievement
Motive) və “Nailiyyətin mühiti” (The Achieving Society)
kitablarını nümunə kimi göstərmək olar. Makklelland
1958-ci ildə Quqqenhaym adlı mükafata layiq görülür.
1963-cü ildə D.Makklelland McBer şirkətini təsis edir.
Şirkətin əsas məqsədi personalın seçilməsini və
öyrədilməsini həyata keçirmək, məsləhətlər vermək idi.
1963-cu ildə Milli Təhsil Assosiasiyası (ingiliscə National
Education Association) alimin verdiyi təklifləri qəbul edir
və təhsilin keyfiyyətinin artıqılması üçün universitetlərdə
istifadə edir.
Dostları ilə paylaş: