.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------88------------------------------------
Əli bin Sabit əl-Cəzəri (Bədiüzzaman Cəzəri
(1136-ci ildə doğulmuşdur, 1206-ci ildə dünyasını
dəyişmişdir). Qərb mənbələrinin dövrünün zirvəsinə
qalxmış müsəlman mühəndisi kimi tərif etdiyi Cəzəri
Şərqi Anadoluda Diyarbəkir Artuklu sarayında 32 il baş
mühəndis olmuşdur. Burada elmi fəaliyyətlər göstərən
Cəzəri, eyni zamanda, xəbərləşmə, nəzarət, müvazinət
qurma və nizamlama elmi olan kibernetika elminin ilk
banisidir. Zaman ərzində təkmilləşərək kompüterlərin
ortaya çıxmasına imkan yaradan bu elm sahəsi
insanlarda və cihazlarda məlumat mübadiləsi, nəzarəti
və müvazinətin vəziyyətini tədqiq edir. Cəzərinin çox
saylı icad etdikləri bu gün də heyrətamiz keyfiyyətlərə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------89------------------------------------
malikdir. Cəzərini qərb mənbələrində dövrünün zirvəsini
fəth edən “müsəlman mühəndis” adlandırılır.
Cəzəri su saatları, avtomatik nəzarət qurğuları,
fəvvarələr, qan toplama qabları, şifrəli qıfıllar və
robotlar kimi praktik və estetik bir çox qurğuların
dizaynını verən və bunların necə həyata keçiriləcəyini
izah edən “Əl-Cami bəynə’ l-İlm və ’l-aməlin-nafi fi
sinaati’ l hiyəl” (Cihaz hazırlanmasında faydalı
məlumatlar və tətbiqlər) adlı kitabın müəllifidir. Əsərdə
yer alan bütün şəkilləri özü çəkmiş və rəngləmişdir. XX
əsrin başlanğıcından etibarən qərb dünyasında böyük
maraqla qarşılanan bu əsər 1974-cü ildə “Al Jazari’s
Book of Knowledge of Ingenious Mechanical Devices”
(Əl-Cəzərinin mahir mexaniki cihazlar haqqında
məlumat kitabı) adı altında Donald R. Rill tərəfindən
ingilis dilinə tərcümə edilmişdir. Kitabın tərcüməsinə ön
söz yazan məşhur elm tarixçisi professor Uayt Cr. bir
çox kəşfin Leonardo da Vinçi və digərlərindən çox əvvəl
Cəzəri tərəfindən edildiyini bildirir. Kibernetika
elmindən istifadə etməklə düzəltdiyi mükəmməl
cihazlara bənzər icadlara Cəzərinin vəfatından ancaq
200-500 il sonra başqa əsərlərdə rast gəlinir.
Cəzərinin dünya şöhrətli əsərində avtomatik
cihazlar, robot fillər, öz-özünə oxuyan tovuz quşları,
avtomatik saatlar, ələ su tökən robot insan və
mühəndisliklə bağlı bir çox cihazların düzəldilməsi və
işləməsi haqqında məlumatlar verilmişdir. Kitabda 50
cihazın ətraflı dizaynı çertyojları ilə birgə verilmişdir. Bu
alətlərin altısı su saatı, dördü parafinli saat, altısı uzun
lüləkli dolça, yeddisi əyləncə məqsədilə istifadə edilən
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------90------------------------------------
müxtəlif səslər çıxaran avtomat cihazlar, üçü dəstəmaz
almaq üçün istifadə edilən avtomat cihaz, dördü qan
alma qabı, aıtısı fəvvarə, dördü özü səs çıxaran cihaz,
beşi suyu yuxarı çıxaran cihaz, ikisi qıfıl, biri bucaq
ölçən, biri qayıq su saatı və Amid şəhərinin qapısıdır.
Cəzəri bu cihazlarda istifadə edilən xüsusi hissələri də
çox dəqiqliklə hazırlamışdır.
1.
Hava axını ilə işləyən avtomatlaşdırılmış musiqili
oyuncaq
2. Hidroenerjili su qaldıran maşın sxemi
3. Su gücü ilə çalışan sakya zəncirli nasos vasitəsi
4. Şamın əriməsi ilə işləyən saat
5. Avtomatlaşdırılmış masa maşını
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------91------------------------------------
6. Fil görüntülü saat
7. Təzyiq ilə işləyən əl yuma maşını
Əl-Cəzəri kəşfçi və mühəndis kimi, eyni zamanda,
istedadlı bir sənətkar idi. Kitabında kəşfləri üçün
təlimatlar vermiş və onları miniatür şəkillər istifadə
edərək canlandırmışdır.
Dostları ilə paylaş: |