Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
 
 
 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------50------------------------------------ 
Q E Y D L Ə R: 
Şərq dünyasının ən məşhur musiqiçi və 
musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn 
Yusif ibn Faxir Urməvi Azərbaycanın qədim mədəniyyət 
mərkəzi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur. 
İbtidai təhsilini öz vətənində almış, musiqi 
savadının əlifbasını və udda çalmağı da burada 
öyrənmişdir. 
Sonradan Ərəb Xilafətinin paytaxtına, 
bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi 
olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən 
yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də 
təhsilini davam etdirmişdir. O, burada fəlsəfənin, 
məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin 
əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə 
davam edən Səfiəddin xəttatlıqda da böyük uğur 
qazanır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində 
deyil, xəttat kimi şöhrət tapır və Abbasilər sülaləsinin 
son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət 
olunur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan 
sənətkar bir müddətdən sonra saray kitabxanasının 
rəhbəri və baş xəttatı təyin olunur. Kitabların üzünü 
köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi 
təhsilini davam etdirməkdən yayındırmır, əksinə zəngin 
kitab xəzinəsində o, öz biliyini artırır, eləcə də saraydakı 
qəbullar zamanı ud çalması ilə hamının rəğbətini 
qazanır. 
Səfiəddin özünü həm də istedadlı pedoqoq kimi 
tanıtmışdı. Bütün Şərq aləmində ünlü sənətçilər kimi ad 
çıxarmış bir çox musiqişünaslar onun şagirdləri 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------51------------------------------------ 
olmuşlar.
Səfiəddin iki yeni musiqi aləti yaratmışdı - "Nüzhə" 
və "Müğni". Nüzhə müasir arfa (çəng) və kanona 
bənzəyirdi.



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------52------------------------------------ 
 1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xanın 
sərkərdəlik etdiyi monqol qoşunları Bağdadı tutur. 
Xəlifəni ailəsi ilə birlikdə edam edirlər və bununla da 600 
illik ərəb xilafətinə son qoyulur. Xəlifənin yaxın adamları 
axtarılırdı və Səfiəddinin də adı bunların sırasında idi. 
Hülakü xanın vəziri Şəms əd-Din Cüveyni (tanınmış 
tarixçi Əlaəddin Cüveyninin qardaşı) Səfiəddini öz 
himayəsi altına alır. Oğlanları Bəhaəddinlə Şərəfəddinin 
tərbiyəsini ona həvalə edir.
Səfiəddin ömrünün son illərini yoxsulluq içində 
keçirir və 1294 -cü ildə Bağdaddakı 
borclular 
həbsxanasında dünyasını dəyişir. 
Səfiəddin hələ Bağdadda sarayda ikən 1252-ci ildə 
"Kitab-əl Ədvar" adı ilə məşhur olan musiqi risaləsini 
tamamlayır. Kitab ərəb dilində yazılmış və on beş 
fəsildən ibarət idi. Maraqlıdır ki, bu əsərdə qaldırılan 
musiqi nəzəriyyəsi məsələləri bu gün də aktuallığını 
itirməyib.
 Avropanın iki məşhur musiqişünası R. Erlanju və 
C. Fermer bir -birlərindən xəbərsiz olaraq Urməvinin bir 
rübai üzərindəki not yazısını müasir not yazısına köçürə 
bilmişlər. Yeddi yüz ildən bəri susan melodiyalar 
yenidən səslənmişdir. 
Artıq VII-VIII əsrdir ki, Şərqin və Qərbin bir sıra 
alimləri böyük musiqişünas Səfiəddin Urməvinin "Kitab 
əl Ədvar", eləcə də "Şərəfiyyə" risaləsində verilən çox 
qiymətli, alimin özünün böyük təvazökarlıqla qeyd etdiyi 
"bir sıra şeylərə vaqif olurlar" və Urməvinin ölməz 
ənənələrini davam etdirirlər. 
Urməvinin risalələri orta əsrin qaranlıqlarını 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------53------------------------------------ 
yararaq, unikal elmi əsərlər kimi bu gün də yaşayır və 
dünyanın bir sıra şəhərlərinin kitabxanalarında: (Nyu-
York, 
Paris, Berlin, 
Vyana, Qahirə, İstanbul, Sankt-
Peterburq, Tehran, Bakı və s.) qiymətli əlyazmalar kimi 
saxlanılır. 
Yeddi əsr sonra, yəni XX əsrin ortalarında məşhur 
Azərbaycan bəstəkarı, milli operanın yaradıcısı Üzeyir 
bəy Hacıbəyli özünün "Azərbaycan xalq musiqisinin 
əsasları" kitabında yazırdı: "Yaxın Şərq xalqları 
musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri 
dunyada məşhur olan iki nəfər Azərbaycan alimi, 
nəzəriyyəçi, musiqişünas tutur: Səfiəddin Ədbülmömin 
ibn Yusif əl Urməvi (XIII əsr) və Əbdülqadir Marağai 
(XIV əsr)". 
 
Əbülhəsən 
Bəhmənyar 
Azərbaycani (farsca ﻥﺎﺑﺯﺮﻣ 
ﻦﺑ 
ﺭﺎﻴﻨﻤﻬﺑ 
ﻦﺴﺤﻟﺍﻮﺑﺍ ) 
Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, 
Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın 
şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə 
bir qayda olaraq "əl-Azərbaycani" olaraq xatırlanır və 
Azərbaycandan olması vurğulanır. Şagirdi Zəhirəddin 
əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə 
qeyd edir. Bəzi mənbələr onun əvvəllər zərdüştü 
olduğunu, daha sonra islamı qəbul etdiyini qeyd 
edirlər. Bəhmənyar 
Azərbaycani 
əksər 
şərq 
peripatetikləri 
kimi 
öz 
əsərlərini ərəb 
dilində 
yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq 
fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik 
olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------54------------------------------------ 
məktəbini yaratmışdır.
Bəhmənyar parlaq istedadı və 
çalışqanlığı ilə İbn Sinanın dərin rəğbətini qazanmışdır. 
Müəllim sonralar öz şagirdi haqqında iftixarla 
yazırdı: "O mənə oğuldan artıq istəklidir. Mən ona 
təlim–tərbiyyə vermiş və bu səviyyəyə gətirib 
çıxarmışam".
 
Bəhmənyar əl-Azərbaycani 
"Təhsil" əsəri Bəhmənyarın yaradıcılığında xüsusi 
yer tutur. Filosof bu əsəri dayısı Əbu Mənsur Bəhram 
ibn Xürşid ibn İzədyara ithaf etmişdir. Onun ərəb 
dilində orijinalının müxtəlif illərdə köçürülmüş əlyazma 
nüsxələri Rampur, Tehran, İstanbul, Vatikan, Qahirə,
London və Beyrut şəhərlərinin kitabxanalarının əlyazma 
fondlarında saxlanılmaqdadır. "Təhsil" ilk dəfə 1971–ci 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------55------------------------------------ 
ildə Tehranda nəşr edilmişdir. Bəhmənyar İbn Sina ilə 
apardığı mübahisələr nəticəsində yazdığı bu əsərin 
quruluşuna görə "Bilik kitabı", mənalarının əhatəsi 
sarıdan öz müəlliminin bütün əsərlərinə müvafiq 
gəldiyini müqəddimədə qeyd edir. Təhsil əsəri "Məntiq" 
("əl–Məntiq"), "Metafikizika" ("Elm ma bəd ət – təbiə") 
və "Əyani mövcud şeylərin halları" ("Əhval əyan əl – 
maucudat") olmaqla üç kitabdan ibarətdir. Bunlar Şərq 
peripatetizminin əsasən nəzəri hissəsini fadə edir. 
Müəllif 
"Təhsil"
əsərində 
Aristoteldən 
başqa Empedoklun, Evklidin, Sokratın, Platonun və 
antik dövrün digər nəhəng alimlərnin adlarını çəkmiş, 
onlardan iqtibaslar gətirmişdir. O, mühüm fəlsəfi 
problemlərin qoyuluşunda və həllində İbn Sinanın 
əsərlərindən, 
ümumiyyətlə 
fikirlərindən 
geniş 
bəhrələnərək müəlliminin yolunu ardıcıl davam 
etdirmişdir. 
"Təhsil" orta əsrlərdə məntiq, metafizika və 
təbiyyəti öyrənmək üçün mühüm mənbələrdən biri 
olmuşdur. 
Görkəmli 
ərəb 
filosofu Əbdüllətif 
Bağdadi (1163 – 1231) peripatetizmə dair başqa 
əsərlərə yanaşı bu kitabdan təhsil aldığını xüsusi qeyd 
etmişdir. 
 
Aristotel (yunanca  
Ἀριστοτέλης 
deyilir)
bəzən Ərəstun kimi tanınır (bizim eradan əvvəl 384-cü 
ildə anadan olmuşdur, 322-ci ildə dünyasını 
dəyişmişdir). Qədim yunan  filosofudur. Aristo-
tel fəlsəfə, məntiq, psixologiya, fizika, biologi-
ya, tarix, etika,  estetika  və  siyasət  kimi fundamental 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------56------------------------------------ 
məsələləri də tədqiq etmişdir. Staqiratda anadan 
olmuşdur (buna görə də onu çox zaman "Staqirit" 
çağırırdılar). Məşhur filosof Platonun Akademiyasının 
tələbəsi, Makedoniyalı 
İsgəndərin 
tərbiyəçisi və 
Afinada Likey fəlsəfə məktəbinin təsisçisi olub. Bəzi 
əfsanələrə görə İsgəndərin ölümündə onun rolu var 
(Əfsanəyə görə İsgəndərin atası, Makedoniya çarı Fillip 
Aristotelin ailəsini o uşaq olarkən qırmışdır. Aristotel 
bununla İsgəndərdən ailəsinin intiqamını almışdır). 
Hələ Platondan təhsil alarkən Aristotel onun 
varlıqlara münasibətində ideyaların ilkin olması 
nəzəriyyəsini tənqid edirdi (Bununla əlaqədar 
Aristotelin belə bir deyimi var - "Platon mənim 
dostumdur, amma həqiqət daha vacibdir"). Ərəstun 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------57------------------------------------ 
göstərirdi ki, belə yanaşma dünyanı anlatmır, ancaq 
cismlərin izahatı lazım gələn kəmiyyəti göstərir. Böyük 
filosof hesab edirdi ki, mahiyyəti olduğu "varlıqdan" 
ayırmaq olmaz: əgər varlıqlar duyğulu dərk edilən 
aləmdə varlarsa, onda mahiyyət ideal axirət aləmində 
qala bilməz. 
Aristotel maddi aləmin obyektiv varlığını qəbul 
edir və hisslərə, anlayışlara və təsəvvürlərə real 
şeylərin törəmələri kimi baxırdı. Aristotel varlığın 
mahiyyətini varlığın özündə axtarırdı. Lakin maddədə o 
yalnız passiv başlanğıc görürdü. Onun fikrincə bu 
başlanğıc xüsusi aktiv başlanğıca - "formaya" tabe idi 
və bütün "formaların forması"nın ən yüksəyi Allahdır. 
Aristotelin materializm və idealizm arasındakı 
tərəddüdləri onun dialektika ilə metafizika arasındakı 
tərəddüdləri ilə müşahidə edilirdi. O, təbiətdə və 
cəmiyyətdə hərəkəti qəbul edir, hərəkətin müxtəlif 
növlərinin (meydana gəlmə, məhv olunma, inkişafı, 
azalma, keyfiyyətcə dəyişmə və fəzada dəyişmə) 
mövcud olmasına işarə edirdi. Ziddiyyətlərin qarşılıqlı 
əlaqəsini, keyfiyyətli dəyişikliklərin kəmiyyətlərdən 
asılılığını görür, mümkünlüyün həqiqətə çevrilməsini 
tədqiq edirdi. Bununla bərabər hərəkətin mənbəyini - 
"birinci mühərriki"n Allah olduğunu göstərirdi. 
Aristotelə görə İlahi varlıq maddədən kənarda qalır və 
özü hərəkətsiz qalaraq bütün dünyanı faydalı hərəkətə 
gətirir. Aristotel Allahı bütün varlıqların inkişafının 
sonuncu səbəbi, ən yüksək məqsədi sayır və bunu 
"entelehiya" adlandırırdı. Ümumi ilə təkin arasında olan 
nisbəti məsələsinə isə Aristotel toxunmurdu. Formal 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------58------------------------------------ 
məntiqin inkişafında, xüsusilə “Nəticələr nəzəriyyəsi”nin 
(“Sillogizm”) işlənməsində onun böyük xidməti vardır. 
Kosmologiya sahəsində Aristotel Geosentrizm nəzəriy-
yəsinin tərəfdarı idi. Onun kosmoloji fikirlərini 
sonradan Ptolomey inkişaf etdirmişdir. Sonralar bu 
nəzəriyyə Xristian kilsəsi tərəfindən ehkamlaşdırılmışdır. 
Aristotel öz tədqiqatlarında Biologiyaya da yer 
ayırmışdır. O, 500-dən artıq heyvan növünü təsvir edib 
onların təsnifatına cəhd göstərmişdir. Aristotelə görə 
həyatın maddəsi vücud, forması isə ruhdur. Öz 
sistematikasında o, heyvanları 3 qrupa bölmüşdür: 
insan, bitki və heyvan. 
Aristotel 
estetikanın 
tarixində 
incəsənətə 
gerçəkliyi əks etdirən sahə kimi yanaşmışdır. Bu sahədə 
o öz müəlliminin - Platonun əsərini ("İdeyalar ideyası" 
əsərini) tənqid etmişdir. Onun fikrincə bu ideya həqiqi 
həyatla əlaqəsizdir və etika məsələləri insanların ictimai 
vəziyyətləri ilə sıx əlaqədə baxılmalıdır. 
O, hesab edirdi ki, səxavət yalnız azad insana aid 
bir xüsusiyyətdir. Qullar heç zaman səxavətli ola 
bilməzlər, onlar pozğundurlar. Aristotel qulu ağasının 
"danışan alət"i simasında görürdü. Buna görədə 
Aristotelin ictimai-siyasi və fəlsəfi görüşləri onun "ən 
mükəmməl sistem" saydığı Quldarlığın möhkəmlənmə-
sinə yönəlmişdi. 
Ərəstun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin 
sonrakı inkişafına çox ciddi təsir göstərmişdir. Onun 
təlimi iki istiqamətdə: mistik idealizm və digər 
tərəfdən materialist fəlsəfi fikrin inkişafı üçün mənəvi 
qida mənbəyi 
olmuşdur. 
Aristotelin Qərb 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------59------------------------------------ 
fəlsəfəsinin inkişafı ilə yanaşı Şərq və Azərbaycan 
fəlsəfəsinin inkişafına də çox ciddi təsiri olmuşdur. 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin