Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6


NANOTEXNOLOGİYA: ”İNSANI TEXNİKA”



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

NANOTEXNOLOGİYA: ”İNSANI TEXNİKA” 
ÜZRƏ AXTARIŞLAR VƏ PERSPEKTİVLƏR 
”Kseroks” firmasının əməkdaşı E.Berlin uzunluğu 1 
sm, diametri 1 mm və zəncirotu toxumuna bənzər açılmış 
çətri olan iynə-miniatür cihaz layihələşdirir. Cihazın içində 
müxtəlif informasiya vericiləri, enerji mənbəyi, 
mikroprosessor və radiostansiya yerləşdirmək nəzərdə 
tutulur. Çətir həm antenna, həm də paraşüt funksiyasını 
yerinə yetirəcək. Təyyarədən havaya buraxılan bu ”iynə” 
buludcuğazı saniyədə 3 sm-ə yaxın sürətlə yerə enəcək-
dir. Bu münvalla 600 metr yüksəklikdən yerə çatana 
qədər 5 saatdan çox vaxt sərf olunacaq. Həmin müddətdə 
informasiya vericiləri atmosferin tərkibini təhlil edəcək və 
bu süni buludcuğazın komponentləri olan iynələr öz 
aralarında informasiya mübadiləsi edərək verilmiş 
məqamda atmosferin vəziyyəti barədə ümumi rəy 
yaradacaq, sonra isə alınan nəticəni idarəetmə mərkəzinə 
ötürəcəkdir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------43------------------------------------ 
E.Berlin təsdiq edir ki, bu mikrocihazı qurmaq üçün 
lazım olan bütün detallar artıq mövcuddur. Onları yığıb 
”şüurlu toz” yaratmaq yaxın 5 il ərzində mümkün 
olacaqdır. ”Şüurlu toz”u hazırlamaq üçün hal-hazırda 
mövcud olan mükəmməl mikroelektronika metodları 
kifayətedicidir.
Bundan əlavə, elektrostatik qüvvələrlə olduqca xırda 
detalları yığan bütöv avtomat xətlər hazırlanmaqdadır. 
Amerika mühəndisləri həmin metodlarla təyyarə qanadları 
üçün aktiv səth düzəltmək fikrindədirlər. Artıq həqiqi 
təyyarədən 7 dəfə kiçik olan eleronsuz, yəni, qanadlarında 
hərəkət edən hissə olmayan aviamodel düzəldilmişdir ki, 
bu da 0,8 saniyəyə 180
0
dönə bilir. İş burasındadır ki, 
həmin aviamodelin qanadlarının səthinin bir hissəsi 
miniatür pulcuqlarla örtülmüşdür. İdarəedici siqnallara 
cavab olaraq ölçüsü 1 kv. mm. olan həmin pulcuqlar 
”pırpız”lana və ya ”yata” bilir ki, bu da qanadı kəsən hava 
axınını dəyişir. Nəticədə heyranedici manevr qabiliyyəti 
yaranır. Bu modeli düzəldən Kaliforniya universitetinin 
mütəxəssisləri gələcəkdə qanadın səthini içi maye ilə 
doldurulmuş milyonlarla plastik ”qovcuqlar”la örtməyə 
üstünlük verirlər. Maye qızdırıldıqda ”qovcuq” şişir, 
soyudulduqda isə qovucuqlar ”soğulub” yox olur. Bu 
variantda alınan nəticə miniatür eleronlarla əldə edilən 
nəticə ilə eynidir. ”Qovcuq”lardan əlavə, hava axınları 
burulğanlarının dəyişməsinə cavab olaraq qanadın 
”çopuru”nu avtomatik idarə etmək üçün qanadın səthində 
miniatür informasiya vericiləri də quraşdırılacaqdır. 
Amerika və Yaponiya mühəndisləri hal-hazırda 
”kirpikcik”lərin köməyi ilə ancaq mikroskopla görünə bilən 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------44------------------------------------ 
birhüceyrəli orqanizm olan infuzoriyanın hərəkət üsulunu 
modelləşdirməyə çalışırlar. Mikrosxem istehsalında tətbiq 
edilən mikrolitoqrafiya metodlarından istifadə edərək 
silisium lövhəsi üzərində dörd ”kirpikcik”dən ibarət qrup 
yaradıb, onları bu və ya digər elektrik yükü ilə yükləyib, 
”pırpızlamaq” və ya ”yatırtmaq” istəyirlər. Arası 1 mm-dən 
az olan həmin ”dördlükləri” idarə etməklə lövhəni 
yeritmək, yaxud lövhəni arxası üstə çevirib üstünə yüngül 
predmet qoymaqla, onu ”kirpikciklərlə” hərəkət etdirmək 
olar. Hər iki halda hərəkət sürəti saniyədə 0,2 mm, 
yerdəyişmə dəqiqliyi isə bir neçə mikron (
m və ya 
mm [8, s.557]) təşkil edir. Bu qurğu dəqiq mexanikada 
külli miqdarda tətbiq sahəsi tapacaq, biologiyada isə ayrı-
ayrı hüceyrələri çeşidləmək (yerlərini dəyişmək) üçün 
istifadə edilə bilər.
Lakin alim və mühəndislərin fikri mikrotexnikadan 
daha xırda texnikaya - nanotexnikaya, ayrı-ayrı molekullar 
və hətta atomlar səviyyəsində işləyən maşınlara 
yönəlmişdir. Nanotexnologiya – 100 nanometrə (
mm) 
yaxın miqyasda material və strukturlar istehsalıdır. 
Texnikanın hələ mövcud olmayan bu sahəsini amerikan 
fiziki Erik Dreksler artıq 20 ildir təbliğ edir. O, Riçard 
Feynman (1818-1988) və Con fon Neymanın ideyalarını 
birləşdirmişdir. Belə ki, R.Feynman 1959-cu ildə demişdi 
ki, insanlar indi bolt və qaykalarla necə işləyirlərsə, vaxt 
gələcəkdir, ayrı-ayrı atomlarla da eləcə iş görəcəklər. C. 
fon Neyman isə müharibə qurtaran kimi öz-özünü təkrar 
istehsal edən maşınlar nəzəriyyəsini işləyib hazırlamışdı. 
Bu maşın (düzdür, hələ də xalis nəzəriyyə olaraq qalır) 
6
10

3
10

4
10




İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------45------------------------------------ 
özünə lazım olan detalları mövcud xammaldan istehsal 
edib özünün tam nüsxəsini yığmağa qadirdir. 
Kim Erik Dreksler 25 aprel 1955-ci ildə Amerikanın 
Kaliforniya ştatındakı Oklend şəhərində anadan 
olmuşdur. 
Məşhur 
amerika 
alimidir, 
”nanotexnologiyanın 
atası”dır. 
Nanotexnologiya 
mexasintezi və ”boz selikli qişa”
konsepsiyalarının 
(konsepsiya - hər hansı bir hadisə haqqında görüş, əsas 
fikir) müəllifidir, molekulyar nanorobotların ilk nəzəri 
yaradıcısıdır.
Ayrı-ayrı atomlarla manipulyasiya etmək yalnız 
1981-ci ildə mümkün oldu. İsveçrə alimləri Bininq və 
Rorer elektron tunel mikroskopu yaratdılar ki, bu da sonra 
Nobel mükafatına layiq görüldü. Bu qurğunun iş prinsipi 
ona əsaslanır ki, son dərəcə nazik iynə hər hansı bir 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------46------------------------------------ 
elektrik keçirici materialın üzəri ilə təxminən 1 nanometrə 
(
mm) yaxın məsafədə hərəkət edir (”Наука и жизнь” 
№ 6, 1986 г.). Əgər iynə bu və ya digər elektrik yükü ilə 
yüklənərsə, materialın səthindən ayrıca atomu çəkib 
çıxarmaq və başqa yerə qoymaq, sonra isə elektrik 
yükünün işarəsini dəyişib həmin atomu yenidən səthə 
qaytarmaq olar. 
1986-cı ildə isə atom-qüvvə mikroskopu yaradıldı. 
Bunun iş prinsipi elektrostatik qüvvələrə deyil
atomlararası cazibəni təmin edən qarşılıqlı fəaliyyət 
qüvvələrindən isifadəyə əsaslanır (“Наука и жизнь” № 9, 
1991 г.). Artıq az saylı atomlardan yığılmış 
nanotranzistorların və ya elektron dəyişdirici açarlarının ilk 
nümunələri düzəldilmişdir. 
Nəzəriyyəçilər isə daha uzaq gələcəyə baxırlar. Yaxın 
vaxtlarda nanotexnologiyadan istifadəyə əsaslanan 
istehsala – ilk növbədə, kompüterlər və digər elektronika 
məmulatları üçün nanokomponentlər buraxılışına başlana-
cağı gözlənilir.
E.Dreksler inanır ki, uzaq perspektivdə... atom-
qüvvə mikroskopunun iynəsi ilə maye qarışığında üzən 
nisbətən sadə molekullardan öz nüsxəsini yarada bilən 
DNK kimi öz-özünü istehsal edən ilk molekulyar 
nanomaşın yaradılacaqdır. Sonra isə elə nanomaşınlar 
yaradılacaq ki, onlar nəinki özünü təkrar istehsal 
edəcəkdir, həm də kənardan verilən siqnallarla idarə 
edilərək insanın istədiyini yığacaqdır. E.Dreksler bu 
maşının adını assembler (yığıcı) qoymuşdur. E.Drekslerin 
fikrincə, inkişaf eyni zamanda 2 istiqamətdə gedə bilər. 
Biri budur ki, trilyonlarla assemblerlər heç kimə lazım 
6
10




İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------47------------------------------------ 
olmayan ucuz atom və molekullardan, deyək ki, 
palçıqdan, dəniz suyundan, xəzəldən və s. ixtiyari sifarişi 
(makroskopik obyektləri): almazları, 
bifşteksləri, 
televizorları, xəz mantoları, hər cür maşın detallarını yığa-
caqlar. Özü də bəzi detalları əvvəlcədən almaz qəfəsinə 
çevirdikləri kömür atomlarından yığıb onların az qala 
əbədiliyini təmin edəcəklər.
Riçard Fillips Feynman (ingiliscə Richard Phillips 
Feynman) görkəmli amerika alimidir. Əsas nailiyyətləri 
nəzəri fizika sahəsində əldə etmişdir. Kvant 
elektrodinamikanın yaradıcılarından biridir. 1965-ci ildə 
fizika elmi sahəsində Nobel mükafatına layiq 
görülmüşdür. Bununla yanaşı çoxlu sayda mükafatlarda 
almışdır (məsələn, A,Eynşteyn adına mükafat, Nils Bor 
qızıl medalı və s.). Nəzəri fizika ilə yanaşı biologiya 
sahəsində də məşğul olmuş, bu sahəyə öz tövhələrini 
vermişdir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------48------------------------------------ 
İnkişaf həm də mikroaləmə doğru gedə bilər: 
assemblerlər mikronun cüzi hissəsi boyda 
nanosubmarinalar (sualtı qayıqcıqlar) yaradacaqdır ki, 
bunları da şprislə insan orqanizminə yeridib qan damarları 
ilə axıdaraq xolesterin topalarını ləğv etməyə, yaşla 
əlaqədar olaraq qocalmaya səbəb olan DNK 
molekullarındakı səhvləri düzəltməyə və insanı az qala 
ölümsüz etməyə yönəldiləcəkdir. Digər nanomaşınlar 
insan orqanizminin bütün künc-bucaqlarına daxil olub, 
xərçəng hüceyrələri törədən mikrobları axtarıb məhv 
edəcəkdir. E.Dreksler təbiətdə nadir rast gələn və çətin 
əldə edilən ixtiyari molekul birləşmələrinin də kütləvi 
istehsalının mümkün olacağına inanır. Yəni, bir sıra 
xammal növlərini daha dəniz dibindən çıxarmaq lazım 
gəlməyəcək, laboratoriyalarda istehsal ediləcəkdir. 
Müəyyən məqsəd üçün xüsusi tərkibdə layihələşdirilən və 
təbiətdə mövcud olmayan molekulları da istehsal etmək 
mümkün olacaqdır.
E.Dreksler 
öz 
kitablarının 
bir 
çoxunda 
nanotexnologiya mövcud olan dünyanı təsvir edir. O, 
göstərir ki, nanoyığıcıların istehsal etdikləri şeylər olduqca 
ucuz olacaqdır. Çünki, bunun üçün həmin texnoloji 
avadanlığı yalnız işə buraxmaq kifayətdir. O zaman iqtisad 
elminə ehtiyac qalmayacaq. Çünki E.Drekslerə görə, 
iqtisad elmi defisitlər və onların aradan qaldırılması 
haqqında elmdir. Heç bir şey defisit olmayacaq. Hər evdə 
mikrodalğalı soba boyda sintezator olacaq. Bir vedrə suyu 
həmin sintezatora töküb, 1 saatdan sonra kompüter, təzə 
kostyum və ya hazır xörək çıxarmaq mümkün olacaq. 
Kənd təsərrüfatı tamamilə dəyişəcəkdir. Məsələn, ”karbon 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------49------------------------------------ 
qazı üstəgəl torpağın mineral maddələri – ot – inək - süd” 
zəncirindən bütün artıq həlqələri çıxarıb havadan süd 
almaq mümkün olacaq. Çünki süd molekullarını törədən 
atomlar havada vardır. Lakin bu cəsarətli müəllif həmin 
gözəl dünyada bəzi təhlükələr də görür. Məsələn, istənilən 
adam istədiyi silahı, o cümlədən, atom bombasını istehsal 
edə bilər. Zərərli sənaye tullantılarını atomlara qədər 
parçalamaq üzrə ixtisaslaşan nanomaşınlar qrupu bu və 
ya digər səbəbdən nəzarətdən çıxa və faydalı olan hər 
şeyi palçığa və toza çevirə bilər. 
Alimlərin çoxu E.Drekslerin quraşdırmalarına qeyri-
elmi fantastika kimi baxsalar da, artıq müasir komüter 
displeylərində 
gələcək molekulyar mexanizmlərin 
çertyojları meydana çıxmaqdadır. Amerikanın 2 
maliyyəçisi isə atomu ”tutub yerini dəyişə bilən əl” və 
assembleri idarəedən qurğu yaratmaq üçün 250 min 
dollar mükafat təsis etmişdir [80]. 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin