Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6


  Ekspert sistemlərinin qurulması texnologiyası........... 231  Ədəbiyyat………………………………………………………… 239



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
229 
Ekspert sistemlərinin qurulması texnologiyası........... 231 
Ədəbiyyat………………………………………………………… 239 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------5------------------------------------ 
 
GİRİŞ
 
 
Bizim anlamımızda, İnsanın baş missiyası düşünən 
alət yaratmaqla, bütövlükdə Kainatın dərkinə nail 
olmaqdan ibarət olduğundan, süni intellekt, intellektual 
sistemlər və texnologiyalar sahəsində bu günədək 
aparılan çoxcəhətli elmi-tədqiqatlar az qala sonsuzluğa 
qovuşan uzun yolun ilk addımlarıdır.
Süni intellekt, bir elmi istiqamət olaraq, müxtəlif elm 
sahələrinin inteqrasiyasına əyani nümunədir. 
Süni intellekt – riyaziyyat və məntiq sahəsində əldə 
edilmiş nailiyyətlər nəticəsində və bəşəriyyətin canlı və 
cansız təbiət barədə topladığı biliklər əsasında 
formalaşmış sərbəst elmi tədqiqat sahəsidir. 
Bir qərarlaşmış elmi biliklər sahəsi olaraq süni 
intellekt XX əsrin ortalarında formalaşsa da, bu sahədə ilk 
cəhdlərin həm çox qədimlərdə, həm də orta əsrlərdə 
edildiyi məlumdur.
Praktiki olaraq, əzəl-başdan bu yeni biliklər sahəsi ilə 
məşğul olan alimlər təfəkkürün konstruktiv təyini və 
modelləşdirilməsi üçün xüsusi məsələlərdən çıxış etməyi 
və bu məsələlərin həllindən ötrü bir mexanizm kimi “süni 
intellekt” anlayışından istifadə etməyi məqsəduyğun 
saymışlar.
Beləliklə, müasir anlamda, süni intellekt – müxtəlif 
mürəkkəb tətbiqi məsələlərin həlli üçün insan düşüncəsinə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------6------------------------------------ 
və ya canlı və cansız təbiətdə gedən proseslərə analoji 
prinsip və yanaşmalardan istifadə edilməklə işlənib 
hazırlanmış metodlar və instrumentlər məcmusudur. 
Buna baxmayaraq, hal-hazırda süni intellektə 
hamının qəbul edə biləcəyi vahid tərif verilməmişdir. 
Burada qeyri-adi heç nə yoxdur. Çünki təbii intellektin – 
insan təfəkkürünün də universal tərifi yoxdur.
Bu günədək süni intellekt sahəsində aparılan 
tədqiqatlar müxtəlif, məsələn, biliklərin təqdimatı, 
mühakimələrin modelləşdirilməsi, biliklərin əldə edilməsi, 
maşınlı öyrənmə və avtomatik fərziyyələr törədilməsi
verilənlərin intellektual təhlili və obraz informasiyasının 
emalı, qərar qəbulunun dəstəklənməsi, proseslərin və 
sistemlərin idarə edilməsi, dinamik intellektual sistemlər, 
planlaşdırma və s. istiqamətlərdə getmişdir. 
Nisbətən daha fəal inkişaf etdirilən yanaşmalar və 
süni intellekt metodları aşağıdakılardan ibarətdir: 

Süni neyron şəbəkələri;

Təkamül hesablamaları; 

Qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar 
nəzəriyyəsi; 

Ekspert sistemləri; 

Hüceyrəvi avtomatlar; 

Çoxagentli sistemlər. 
Məsələn, diferensial təkamül metodu çoxölçülü 
optimallaşdırma məsələlərinin həlli üçün nəzərdə tutulmuş 
təkamül modelləşdirməsi metodlarından biridir. 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin