Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------7------------------------------------ 
 
TƏBİİ İNTELLEKTUAL SİSTEM - 
İNSAN VƏ ONUN BAŞ MİSSİYASI 
 
 
İNSANIN FƏLSƏFİ-ASSOSİATİV MAHİYYƏTİ
İnsanın onu əhatə edən dünyaya münasibəti ilə 
əlaqədar qarşıya çıxan, ciddi həyati əhəmiyyət kəsb edən 
dünyagörüşü xarakterli suallara cavab tapmaq işi 
fəlsəfənin problemi olsa da, biz belə hesab edirik ki, bu, 
həm də hər bir elm sahəsinin baş hədəfidir. Odur ki, 
assosiativ duyum və dərketmə elementləri ilə zəngin olan 
kibernetikanın, o sıradan, informatikanın da cavab 
verəcəyi ən vacib suallardan biri və bəlkə də birincisi 
İnsan problemidir. Bu problemin mərkəzində isə 
dünyagörüşü dayanır.
Elmi, fəlsəfi, ümumbəşəri, milli, sosial-sinfi, siyasi, 
mənəvi, dini, ateist, estetik və i.a. çalarları olan və 
mifoloji, dini, elmi və fəlsəfi növlərə bölünən dünyagörüşü 
– mürəkkəb, yekcins olmayan, çoxcəhətli və ziddiyyətli 
sosial-mənəvi və emosional-psixoloji fenomen olmaqla, 
insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə 
və cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və 
mövqeyi haqqında ümumiləşmiş görüşlər, ideallar, 
baxışlar, inam və prinsiplər sistemidir.
Mifoloji dünyagörüşünün mayasını qan yaddaşının 
birbaşa nəticəsi olan assosiativ duyum təşkil etdiyindən, 
qədim insanalara, o cümlədən, hindlilərə və oğuzlara görə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------8------------------------------------ 
kainat göy və yerin evlənməsindən əmələ gəlmişdir. 
Çinlilər isə, elə hesab etmişlər ki, dünyada ”qayda-qanun 
yaradan” iki ruh vardır: kişi ruhu göyü, qadın ruhu yeri 
idarə edir [71, s.33]. Kişi ruhu dinamika, qadın ruhu 
statika, kişi ruhu quruluş, qadın ruhu təşkilat 
(təşkilolunma), kişi ruhu sahə, qadın ruhu cisim kimi 
götürülərsə, həmin izahın müəllifləri nədə səhv etmişlər 
ki?
Antik filosoflar kosmosa mütləq, əbədi vahid tam 
kimi baxırdılar və bütün mövcudatın maddi başlanğıcını
”qeyri-müəyyən maddə” hesab edirdilər [71, s.37]. Müasir 
elm sübut edir ki, Kainatın başlanğıcında qeyri-müəyyən 
dinamik tarazlıq mühiti var ki, bu da mahiyyətcə təsadüfi 
paylanmada mövcud olan enerjidən ibarətdir [95]. 
Anaksimandr, Demokrit və Epikur təşkilolunmanı 
sezmişdilərsə, Platon və Aristotel də quruluşu sezmişdi. 
Məhz bunun məntiqi nəticəsi idi ki, XI əsrdə yaşamış 
böyük Azərbaycan filosofu Bəhmənyar indi ”inteqrasiya” 
anlayışına yüklənən mənaya çox yaxın olan fikirlər 
söyləmişdir. Belə ki, o, səbəb və nəticənin vəhdətdə, eyni 
zaman daxilində mövcudluğu ideyasını, varlığın 
mövcudluğunun əsas şərtinin hərəkət, məkan və zaman 
vəhdətinin, onların bir-birindən ayrılmazlığının olmasını 
irəli sürmüşdür. XIII əsr Azərbaycan filosofu S.Urməvi 
göstərir ki, ”Başçılar ilə rəiyyət üzvi vəhdət halında 
olmazsa, cəmiyyət yaşaya bilməz. Onların nisbəti başın 
bədənə nisbəti kimidir”. Bu fikir indi kibernetikada 
”idarəedicinin idarəolunana mütənasibliyi” və ”zəruri 
müxtəliflik” qanunlarında öz əksini tapmışdır. S.Urməvinin 
başçılar, vəzifəli şəxslər ”rəiyyətə xidmət etməlidirlər” [71, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------9------------------------------------ 
s.56-61] tezisi ilə kibernetik sistemlərdə idarəedici və 
idarəolunanın qarşılıqlı bir-birinin bütövlüyünü qorumağa 
borclu olması zərurəti arasında sıx bağlılıq vardır. 
Anaksimandr
Demokrit
 
Epikur 
Aristotel 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------10------------------------------------ 
Platon
 
Səfiəddin Urməvi 
Göründüyü kimi, bir sıra ideyalar öz elmi sübutunu 
uzun müddət gözləməli olmuşdur. Bunun bir sıra 
səbəbləri vardır və bizim fikrimizcə, həmin səbəblərdən 
biri də ənənəvi elmi metodologiyada ”hər bir kateqoriya 
digər kateqoriyalardan heç birinin əhatə etmədiyi xüsusi 
məzmunu ifadə edir” [71, s.131] -tezisinin rəhbər 
tutulmasıdır. Bu, qətiyyən doğru deyil, çünki, hər bir 
kateqoriyada digər kateqoriyalar barədə hökmən minimal 
informasiya vardır. Həmin informasiya olmazsa, dünyanın 
vahid mənzərəsini təsəvvür etmək qeyri-mümkündür. 
Belə ki, bütün anlayış və kateqoriyalar sistemi qapalı, yəni 
inteqrasiya edilmiş bir zəncir təşkil edir. Zəncirin ümumi 
uzunluğu isə onu təşkil edən həlqələrin uzunluqları 
cəmindən həmişə qısadır.
Bu cəhətdən ən maraqlısı varlıq kateqoriyasıdır. 
Çünki, Hegel (1770-1831) göstərir ki, ”əgər biz dünyanı 
nəzərdən keçirərkən yalnız ”o mövcuddur”- deyib, artıq 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------11------------------------------------ 
heç nə əlavə etmiriksə, onda biz bütün müəyyən olanı 
nəzərdən qaçırır və deməli, mütləq dolğunluq əvəzinə, 
mütləq boşluq əldə edirik” [37, с.222]. Yəni, varlıq 
mövcud olan hər şeyi, o cümlədən, yoxluğun özünü də 
əhatə edir. Varlığın mahiyyətinin ən dərin qatında qeyri-
müəyyənlik dayanır. Bu, Birçil kürə anlayışını daxil 
etməklə, Kainatın başdan-başa enerji kürəsi olması və bu 
enerjinin təsadüfi və dinamik paylanmada mövcud olması 
ideyasını irəli sürməyə imkan vermişdir [90]. 
Georq Vilhelm Fridrix Heqel (almanca
Georg 
Wilhelm Friedrich Hegel
) alman flosofu, alman klassik 
fəlsəfəsinin yaradıcılarından biri. 
Assosiativ təfəkkür prizmasından böyük prinsipial 
əhəmiyyəti olan kateqoriyalar sırasında ilk yerlərdən biri 
məkan və zamana aiddir. Müasir qabaqcıl fəlsəfəyə görə, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------12------------------------------------ 
məkan – maddi cisimlərin və hadisələrin müəyyən yer 
tutumuna malik olmasını, cisimlər arasında xüsusi surətdə 
yerləşməsini ifadə edir. Zaman isə cisim və hadisələrin 
müəyyən ardıcıllıq və sürəkliklə davam etməsini, dövrlər, 
mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir. Lakin 
informasiyanın saxlandığı yaddaş da məkandır. Virtual 
yaddaşın mövcudluğu isə göstərir ki, məkanın başqa 
xassələri də vardır. Bu baxımdan, kod da, informasiya 
daşıyıcısı (yaddaş) olmaqla, məkan xassəsi nümayiş 
etdirir. Kod - məkan mövqeyindədirsə, informasiya da 
zaman mövqeyindədir. Məhz bu baxımdan əks-əlaqələr 
kompleksi məkan-zaman şəbəkəsi yaradır. Koddakı bolluq 
xassəsinə əsaslanmaqla, hökm etmək olar ki, məkanın 
doluluq dərəcəsi vardır. Bu mənada, “birçil-sıfırçıl kürələr” 
assosiasiyası mütləq böyük, dolu, virtual məkan, “sıfırçıl-
sıfırçıl kürələr” assosiasiyası isə mütləq kiçik, boş, virtual 
məkandır. Real assosiasiyaların ən böyüyü Kainat – nöqtə 
assosiasiyası, ən kiçiyi isə iki nöqtə arasındakı 
assosiasiyadır. Birçil kürəsiz sıfırçıl kürənin qeyri-
mümkünlüyü sıfırçılın birçildən, yoxluğun varlıqdan 
törəmə olmasını göstərir. Çünki, sıfırçıl – birçilin, yoxluq 
isə varlığın tamamlayıcısı və sərhədləridir.
Assosiasiya – iki element arasındakı hər cür əlaqə və 
münasibətlər məcmusu olduğundan, bu münasibətlərin 
yaratdığı məkan virtualdır. Bu isə o deməkdir ki, nəqliyyat 
və rabitə də virtual məkandır. Odur ki, assosiativ 
idarəetmə yalnız virtual məkanda baş verən prosesdir. 
Yəni, virtual idarəetmə assosiativ idarəetmənin gerçək-
ləşən xüsusi halıdır.



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------13------------------------------------ 
Materialist fəlsəfəyə 
görə, məkan-zaman 
obyektivdir, insan şüurundan asılı deyildir. Lakin şüur da 
məkan-zaman xaricində deyildir və buna görə də məkan 
və zamanın yalnız maddi olana aid edilməsi düzgün deyil. 
Çünki məkan və zaman tamamilə və bilavasitə 
informasiyaya da aiddir. Bununla belə, informasiyanın 
miqdarı ləğv edilən qeyri-müəyyənliklə ölçüldüyündən, 
məkan və zamanın qeyri-müəyyənliklə mahiyyət 
bağlılığının şahidi oluruq. 
Müasir elmi təsəvvürdə zamanın yalnız bir ölçüsü 
vardır: cisimlər zamanca ancaq keçmişdən gələcəyə doğru 
bir istiqamətdə hərəkət edə bilərlər. Halbuki fikir də 
məkan və zaman xaricində olan şey deyildir. Deməli, fikrin 
keçmişə yönəlməsi məkan və zamanın virtuallıq nümayiş 
etdirəbilən olmasından xəbər verir. Bundan əlavə, mütləq 
məkan bolluğu və mütləq zaman bolluğu sıfra bərabər 
olduğundan, məkan və zaman bolluğu məkan və zaman 
boşluğu kimi nəzərə gəlir. Bu baxımdan, şüur özünü bir 
tərəfdən - virtual məkan, digər tərəfdən də virtual zaman 
kimi təqdim edir. 
Ənənəvi təsəvvürə görə zaman qayıtmazdır, keçmişi 
qaytarmaq mümkün deyildir, zaman ancaq irəliyə hərəkət 
edir. Lakin zamanın irəliyə hərəkəti nə deməkdir? Axı 
A.Eynşteynə (1879-1955) görə, zaman anlayışı ölçmə 
prosesindən (saatlardan) kənarda məzmunsuzdur; hər 
hansı prosesin ölçmə əməliyyatından kənarda öz-
özlüyündə heç bir müddəti yoxdur və nisbilik nəzəriyyəsi 
vaxtın ölçülməsi nəticələrinin ölçmə üsulundan asılı 
olmaması haqqındakı klassik konsepsiyanın kökündən 
yanlış olduğunu sübut etmişdir [71, s.148-149].



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------14------------------------------------ 
Albert Eynşteyn (almanca 
Albert Einstein) 
nəzəriyyəçi fizik, müasir fizika nəzəriyyəsinin 
yaradıcılarından biri, Nobel mükafatı laureatı, siyasi 
xadim, humanist insan, 20-dən çox aparıcı 
universitetlərin fəxri doktoru, çoxlu sayda Elmlər 
Akademiyasının üzvü.
Bizim anlamımızda, zaman bir fəlsəfi kateqoriya 
olaraq mənsəbindən mənbəyinə doğru can atan çay 
yatağına bənzəyir. Yəni, zaman bir tərəfdən formadır - 
tərsinə də olsa, axar su dolu çay yatağıdır, digər tərəfdən 
isə prosesi - axını ifadə edir. Zamanın birinci aspekti 
fəlsəfi, ikinci aspekti isə fiziki mahiyyət daşıyır. Bununla 
yanaşı, informasiyanın antipodu olan qeyri-müəyyənlik 
problem mühiti olaraq, həm də gerçəklik məkanı kimi çıxış 
etdiyindən, qeyri-müəyyənliyin məkan xassəsinin olduğu 
da aydınlaşır. Bu da bir daha göstərir ki, informasiyanın 
zaman xassəsi mövcuddur. Digər tərəfdən isə, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------15------------------------------------ 
informasiya mahiyyətcə, inkar edilən qeyri-müəyyənlikdir. 
Deməli, zaman - inkar edilən məkandır. Bu məntiqlə 
məkan da – inkar edilən zamandır. Yəni, zaman məkanın, 
məkan isə zamanın törəməsidir. 
Zaman – kanaldır (Canalis - latınca, boru, nov 
deməkdir [7, s.244]). Çünki kanal onda baş verən 
dəyişikliyin məzmununa laqeyddir. Bütün dəyişikliklər, 
yəni hər cür hərəkət bu kanalda baş verir. Lakin kanal 
olaraq zamanın əsas xüsusiyyəti odur ki, bu kanaldakıların 
hərəkəti yalnız geriyə sürüşmədən ibarətdir. Bu baxımdan 
bütövlükdə Kainat mahiyyətcə həm də zamandır. Kainat 
məhz zaman olduğu üçün məkandır.
Zaman kanal olmaq etibarı ilə çoxnaqillidir. Burada 
naqillərarası assosiativ keçidlər, dizyunktiv düyünlər və 
radial şaxələnmələr mövcuddur. Odur ki, zaman ən 
müxtəlif hərəkətlərin baş verməsini mümkün edə bilir. 
Kanal həm də mahiyyətcə təsir ötürücüsüdür. Deməli, 
zaman həm də təsir ötürücüsüdür. Ötürücüdürsə, zaman 
dildir. Dildirsə, zaman informasiya ötürücüsüdür. 
İnformasiya ötürücüsüdürsə, zaman qeyri-müəyyənlik 
daşıyıcısıdır. Daşıyıcıdırsa, zamanın məkan olmaq xassəsi 
vardır. Odur ki, gerçəklik tədricən, ardıcıl, ziddiyyətli dərk 
edilir.
Beləliklə, fəlsəfi mənada, zamanın sürəti ilə 
zamandakıların sürətini eyniləşdirmək və ya qarışıq 
salmaq yolverilməzdir.
Mövcud təsəvvürlərə görə, İnsan nə yaratmışdırsa, 
hamısı onun şüurlu fəaliyyətinin məhsuludur və bu 
səbəbdən də ta qədimlərdən şüur ilahiləşdirilib, 
mütləqləşdirilib. Şüura “ruh”, “mənəvi varlıq”, bədəndən 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------16------------------------------------ 
kənarda mövcud olan “gözəgörünməz qüvvə” kimi baxan 
ibtidai insan ona sitayiş etmişdir [71, s.150]. Fəlsəfi 
ədəbiyyatda şüura materiyanın - insan beyninin xassəsi, 
gerçəkliyin ancaq insana məxsus məqsədli inikası kimi 
baxılır. Lakin artıq heç kimə sirr deyil ki, süni intellekt 
yaratmaq mümkündür. Bu, şüurun tədricən insandan 
alətə keçidi demək deyilmi? Axı şüur həm də davranışın 
keyfiyyət göstəricisidir! Bu halda yüksək davranış 
nümunəsi nümayiş etdirə biləcək texnikaya şüursuz 
demək nə dərəcədə məqbul sayıla bilər?
Bizim fikrimizcə, şüur fenomeni insan beyninin bir 
informasiya sistemi olmaqla kəmiyyət dəyişmələrinin 
keyfiyyət dəyişməsinə keçməsi hadisəsinin birbaşa 
məhsuludur. Çünki informasiya sistemində toplanan 
informasiyanın miqdarı müəyyən həddi keçdikdə 
informasiya sistemi tamamilə yeni keyfiyyətlər nümayiş 
etdirmək qabiliyyəti qazana bilir. Belə ki, yaddaş yalnız 
müəyyən tezaurus səviyyəsinə çatdıqda yaradıcılıq imkanı 
yaranır [89, s.120].

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin