Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
İNSANIN BAŞ MİSSİYASI 
Təbiət insanı çoxalabilən, lakin “sökülüb-yığıla” 
bilməyən şəkildə yaratmışdır. Bu sonuncu onun ən zəif 
yeridir. Odur ki, təbiət öz səhvini düzəltməyi İnsanın 
özünə həvalə etmiş, ona şüur verib, alət düzəltmək 
qabiliyyəti vermişdir. Alətin əsas fərqləndirici cəhəti və 
üstünlüyü onun modul prinsipində qurulanlığı, başqa 
sözlə, sökülüb-yığılanlığı, təyinatı isə gücləndirici 
olmasıdır. Ən sadə alət üç elementin – funksional 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------17------------------------------------ 
elementin, ötürücünün və birləşdiricinin inteqrasiyası olan 
ağac saplı daş baltadırsa, ən mürəkkəb alət də çoxformalı 
dünyagörüşüdür. Elm – dünyagörüşü formalarından biri 
olmaqla, həmin “alət”in ən vacib və ən aktiv elementidir. 
İnsan sivilizasiyasının inkişaf tarixi primitiv alətlərin 
(həmçinin, silahların) meydana çıxmasından ta nəhəng 
yaşayış məkanlarına – binalara, şəhərlərə, dövlətlərə və 
sairəyədək olan süni yaşayış mühitinin yaradılması və 
təkmilləşdirilməsi ilə sıx bağlıdır. 
Təbiətin dəyişdirilməsi yolu ilə süni ətraf mühitin 
formalaşdırılması prosesi bu və ya digər problemin, 
məsələn, böyük fiziki qüvvə və ya yüksək sürətlə hərəkət 
etmək tələb edilən hallarda meydana çıxan insan 
orqanizminin bioloji məhdudluqları ilə bağlı olan 
problemlərin tam və ya qismən həlli üçün nəzərdə tutulan 
obyektlərin - alətlərin, binaların, nəqliyyat vasitələrinin və 
s. yaradılmasından başlamışdır. 
Mexaniki ləvazimatları və mühəndis qurğularını insan 
öz orqanizminin mexaniki imkanlarını genişləndirmək üçün 
yaratmışdır. Əmək alətləri və silahlar insan əllərinin 
funksiyalarını genişləndirirsə, binalar, tikililər, paltar və s. 
də orqanizmin, o cümlədən, dərinin müdafiə qabiliyyətini 
artırır, skelet və əzələlərin möhkəmliyini tamamlayır, 
həmçinin süni və təbii nəqliyyat vasitələri isə orqanizmin 
yerdəyişmə funksiyasını gücləndirir, ayaqların imkanlarını 
genişləndirir. 
Yaradılmışların istifadəyə münasibliyinin artırılıb 
maksimuma çatdırılması üçün onları mümkün qədər 
hərəkətli (mobil), yüngül və erqonomik düzəltmişlər. 
Sonra həmin qurğular tədricən orqanizmə calaq edilir: 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------18------------------------------------ 
manipulyator - süni əl, skafandr - süni dəri, akvalanq – 
süni ciyər və ya qəlsəmə kimi işləməyə başlayır. 
İnsan orqanizmi nisbətən sadə modelləşdirilən və 
asan təkmilləşdirilən mexaniki funksiyalarla yanaşı, 
düşüncə və onunla bağlı olan informasiyanın qəbulu və 
ötürülməsi kimi bir sıra virtual funksiyalar da icra edir. Biz 
hamımız, təxmini də olsa, öz təbii hiss üzvlərimizin 
imkanlarını bilirik. Çox hallarda onların imkanı bizi 
narahat edən problemlərin həlli üçün kifayətedici olmur. 
Məsələn, xeyli uzaqda yerləşmiş obyektlərin səsini 
eşitmək, uzaqda və ya başqa əşyaların arxasında olan 
predmetləri görmək, elektromaqnit dalğalarının spektrinin 
bir hissəsini qəbul etmək, görünən işığın aşağı və yuxarı 
sərhədlərindən kənardakı radio dalğalarını, ultrabənövşəyi 
və infraqırmızı şüaları görmək, 20 hersdən aşağı və 20000 
hersdən yuxarı tezlikli səsləri eşitmək və s. insana 
birbaşa müyəssər olan şey deyildir. Odur ki, hiss 
üzvlərinin məhdudluqlarını aradan qaldırmaq üçün bir sıra 
süni kommunikasiya vasitələri, o cümlədən, bilavasitə və 
əyani şəkildə baş verməyən hadisələr barədə insanı 
informasiya ilə təchiz edən çoxsaylı informasiya vericiləri 
yaradılmışdır (”Техника-молодежи”, февраль, 2000 г. 
c.10-11,52.).
Qədim qayaüstü yazı və rəsmlərdən müasir super 
kompüterlərədək olan süni yaddaş qurğuları və digər 
müasir kommunikasiya vasitələri məkan və zamanca 
bizdən çox-çox uzaqlardakı obyekt və hadisələri görməyə 
imkan verir.
Öz təbii hiss üzvlərinin gücləndirilməsi vasitələrini 
yaradan İnsan əvvəllər ona məlum olmayan bir çox elə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------19------------------------------------ 
şeylər və hadisələr aşkar etmişdir ki, bunlar onu hətta 
mövcudluğu yuxusuna da girməyən tamamilə yeni 
informasiya növlərini qəbul edən cihazlar hazırlamağa 
sövq etmişdir. Həmin cihazlar müasir Yer şəraitində və 
Kosmosda yaşamaq üçün zəruri olan, lakin təbiətin 
yaratmadığı əlavə hiss üzvlərinin yaradılması prosesinin 
təməlini qoymuşdur. 
İnsanın zehni işini gücləndirən, beynin düşünmək 
qabiliyyətini genişləndirən, lakin hələ beyni tamamilə əvəz 
edə bilməyən mexaniki, elektromexaniki və elektron 
hesablayıcı maşınların, o cümlədən, müasir kompüterlərin 
yaradılması «informasiya gücləndiriciləri»nin inkişafında 
xüsusi istiqamət təşkil edir. Elektron-hesablayıcı maşınlar 
və ya kompüterlər ”fəal informasiya gücləndiricisi” olub, 
mənbədən gələn informasiyanı birbaşa bizə ötürməzdən 
əvvəl onun üzərində lazımi hesabi və məntiqi əməllər icra 
edib, münasib formaya salır.
Kompüterlər universal informasiya emaledicisidir. 
Onları universal edən çoxsaylı ”rəqəmləşdirici” giriş 
qurğularının mövcudluğudur ki, bunlar da müxtəlif təbiətli 
informasiyanı 2-lik koda çevirib kompüterə daxil etmək 
üçündür. Sonra isə mərkəzi prosessor həmin 2-lik kodlar 
üzərində istənilən hesab-məntiq əməllərini icra edir. Emal 
nəticələri çıxış qurğularına ötürülür. Çıxış qurğuları 2-lik 
kodları sonrakı istifadəyə münasib formaya salmaq 
üçündür. Məsələn, səsi kompüterə daxil edib, onun 
qrafikini almaq olar. Beləliklə, 2-lik rəqəmlər kompüterdə 
ümumi ekvivalent rolu oynayır. Bu cəhətdən həmin 
rəqəmlər pula bənzəyir. Çünki pul da iqtisadiyyatda 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------20------------------------------------ 
ümumi ekvivalentdir. Hər şey pula, pul hər şeyə mübadilə 
olunabiləndir. 
İlk hesablayıcı maşınlar, o cümlədən, EHM-lər, sonra 
isə ilk fərdi kompüterlər tək-tək, bir-biri ilə uyuşmayan 
nüsxələrdə hazırlandığından, Bəşəriyyəti narahat edən 
problemlərin həllində lazımi nəticə almaq mümkün olmadı 
və tezliklə ayrı-ayrı kompüterləri birləşdirib şəbəkə halına 
salmaq zərurəti bütün kəskinliyi ilə bu sahənin 
mütəxəssisləri qarşısında dayandı. Əvvəlcə ayrı-ayrı 
ölkələr miqyasında lokal şəbəkələr və sonra qlobal 
şəbəkələr, sonra isə, beynəlxalq kompüter cəmiyyəti - 
qlobal informasiya şəbəkəsi – İnternet yaradıldı.
Lakin İnterneti sadəcə olaraq planetar kompüter 
şəbəkəsi kimi dərk etmək yanlışdır. Çünki, o, mahiyyətcə, 
daha geniş məna kəsb edir. Belə ki, İnternet ayrı-ayrı 
fərdlər və ya onların məhdud qrupları arasındakı 
informasiya mübadiləsi üsulundan imtina etməyə imkan 
verən Ümumdünya miqyaslı süni şüurun yaradılmasında 
ilk addımdır. Bu yolda növbəti addımlar kommunikasiya 
vasitələrinin miniatürləşdirilməsindən ibarət olmalıdır ki, 
bu da son yekunda miniatür kompüterlər inteqrasiyası 
yaratmağa gətirib çıxarmalıdır. Bu sonuncu isə insan 
beyinin vahid informasiya-analitik əlavəsi kimi fəaliyyət 
göstərməlidir ki, olduqca müxtəlif növ informasiyanı 
mövcud texniki səviyyənin imkan verdiyi məsafədən 
operativ qaydada qəbul edib, ötürmək mümkün olsun. Bu 
işin ilk mərhələsi hiss üzvlərinin münasib texniki 
elementlərlə ”silahlandırılması” istiqamətində getməlidir. 
Məsələn, insan gözü miniatür kompüterlə təchiz edilmiş 
intellektual optik linzalarla gücləndiriləcəkdir. Belə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------21------------------------------------ 
linzaların prototipləri cürbəcür televizor-gözlüklər və 
”virtual gerçəkliklər” şlemləri şəklində artıq mövcuddur. 
Elmi məntiq təsdiq edir ki, texniki elementlərin insan 
orqanizminin dərinliklərinə doğru irəliləməsi davam 
etməlidir. Məsələn, intellektual linzalardan birbaşa görmə 
əsəb tellərinin uclarına siqnal ötürən mikroprosessorlar 
tətbiqinə keçiləcək, eşitmə və digər hiss üzvləri də 
tədricən analoji qaydada ”texnikiləşdiriləcəkdir”.
Bu təkmilləşdirmələrin nəticəsində elektromaqnit 
dalğaları və digər texniki reallaşdırmalar vasitəsilə 
informasiyanın qəbulu və ötürülməsi imkanlarını 
gerçəkləşdirən ”elektron-telepatiya” qabiliyyətinə malik 
insan-kiborq (Kiborq – kibernetik orqanizm) meydana 
çıxacaqdır ki, bu da faktiki olaraq qlobal şüurun 
hüceyrələrindən biri kimi fəaliyyət göstərəcək və beləliklə, 
insan anatomiyasının texnogen dəyişilməsi onun şüur 
daşıyıcısı kimi nadir üstünlüyünü heçə endirəcəkdir. 
Göründüyü kimi, şüur təbii və obyektiv olaraq bioloji 
materialda meydana çıxdığından, bu materialın 
məhdudluqları hüdudsuz Kainat gerçəkliklərinin dərkinə 
əməlli-başlı əngəl törətməkdədir. Odur ki, İnsanın ən 
vacib vəzifəsi şüuru hər cür məhdudluqlardan xilas 
etməkdir. Bunun üçün müxtəlif təbiətli, çeşidli və təyinatlı 
gücləndiricilərdən istifadə etməyə keçilməz ehtiyac vardır. 
Bunların bir qismi insanın mexaniki-fiziki imkanlarını, digər 
qismi isə hissi-zehni imkanlarını genişləndirməyə 
yönəlmişdir. Bu sonuncuların tərkibində isə, İnsan üçün 
kompüter xüsusi yeri olan “informasiya gücləndiricisi”dir.
Şüurun əsas xüsusiyyəti materiyadan törəmə 
olmasıdır. Çünki o, gerçəkliyin əksetdiricisidir. K.Marks 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------22------------------------------------ 
göstərir ki, şüur “insanın başına köçürülüb orada yeni 
şəklə salınmış maddi varlıqdan başqa bir şey deyildir” [75, 
s.21].
Şüurun əsas xassələrindən biri də onun insan 
beyninin xassəsi olmasıdır. Bu o deməkdir ki, şüur heç də 
materiyanın bütün təzahürlərinə xas deyildir, ancaq insan 
beyninin məhsuludur [71, s.152]. Lakin bu o demək deyil 
ki, şüur yalnız insan beynində mövcud ola bilər. İnsan öz 
şüurunun köməyi ilə şüuru alətə keçirə bilər və o, buna 
hökmən nail olacaq. Çünki, ən geniş mənada, İnsanın baş 
missiyası məhz misli-bərabəri olmayan və “sökülüb-
yığılan” ölümsüz şüur yaratmaqdan ibarətdir. Məhz bu 
funksiyanı reallaşdırdıqdan sonra İnsan özünün əsl insani 
əbədi mövcudluğunu təmin edəcəkdir.
Şüurun əsas xüsusiyyətlərindən biri onun inikasın 
müxtəlif səviyyələri və növləri ilə səciyyələnməsidir. Bu isə 
şüur “materialının” mahiyyətcə informasiyadan başqa bir 
şey olmadığını göstərir. Məhz bu səbəbdəndir ki, süni 
şüur yaratmaq imkanı tamamilə realdır. İnsan şüurunu 
heyvani şüurla eyniləşdirmək mümkün və düzgün 
olmadığı kimi, alət şüurunu da insan şüuru ilə 
eyniləşdirmək mümkün və düzgün deyildir. Alət şüuru 
insan şüurundan daha yüksək şüur olmalıdır. Əks halda 
buna cəhd etməyin mənası yoxdur. 
Şüurun varlığa nisbətən ikinci, törəmə olsa da, 
varlığa fəal, dəyişdirici təsir etmək imkanına malik olması 
da onun əsas xüsusiyyətlərindəndir. “İnsanın şüuru 
obyektiv dünyanı nəinki əks etdirir, həm də onu yaradır” 
[71, s.156]. Lakin insan şüuru yalnız Yer və onun yaxın 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------23------------------------------------ 
ətrafını fəal mənimsəyə bilir. Halbuki, alət şüuru 
bütövlükdə Kainatı mənimsəmək üçündür. 
Şüur 
Yerdə 
insanın 
meydana 
çıxmasının 
məhsuludur. Lakin bu heç də o demək deyil ki, şüurun 
formalaşmasında yalnız İnsan və yalnız Yer əsasdır. Şüur 
– bütövlükdə Kainatın yetirməsidir. 
Şüur nitqlə, dillə və təfəkkürlə qarşılıqlı əlaqədədir 
[71, s.162]. Dil, sözlər, nitq – fikrin, şüurun maddi 
forması, reallaşması vasitəsidir, maddiləşməsidir. Dil 
“fikrin bilavasitə gerçəkliyidir” (K.Marks), insanlar arasında 
ünsiyyət vasitəsidir. Dil təfəkkürlə sıx bağlıdır. Lakin dil 
təfəkkürə nisbətən daha geniş fəlsəfi mahiyyət daşıyır. 
Çünki, dünyada elə şey yoxdur ki, onun dili olmasın [89]. 
Şüurun psixo-fizioloji və maddi əsaslarını insan 
beyni, xüsusilə mərkəzi əsəb sistemi və baş beyin 
qabığında gedən fizioloji proseslər və qaunauyğunluqlar 
təşkil edir. Lakin bizim fikrimizcə, şüur bu proseslərin 
birbaşa məhsulu deyil, həmin proseslərin məntiqinin 
nəticəsi kimi meydana çıxır. Başqa sözlə, şüuru törədən 
və qoruyub ikişaf etdirən fizioloji proseslərin üzərində 
meydana çıxan məntiq prosesidir. Məhz buna görə də 
get-gedə daha mürəkkəb məntiqi məsələləri reallaşdıran 
proqramlar tərtib etmək yolu ilə müasir kompüterləri daha 
mürəkkəb zehni işlərin icrasına cəlb etmək imkanı 
yaranmışdır. 
İ.P.Pavlova (1849-1936) görə canlı orqanizmlərin 
hamısı üçün ümumi inikas qabiliyyəti xasdır: onlar ümumi 
fizioloji əsaslarla xarici təsirə cavab verir, qıcıqlanma 
vasitəsilə ona əks münasibət bildirirlər. Xarici təsirə belə 
ümumi cavabvermənin əsasında birinci siqnal sistemi 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------24------------------------------------ 
durur. Lakin inikasın yüksək səviyyəsində, insan orqanizmi 
xarici təsirə cavabı ikinci siqnal sistemi – sözlər, danışıq 
vasitəsilə verir. Bu cür inikas şüurludur, zəkaya malikdir 
[71, s.163]. Belə çıxır ki, şüurun əsas elementi dildir. 
Dildirsə, onda dili olanların hamısı şüurlu ola bilər. 
Belədirsə, özünəməxsus dili olan kompüterin 
şüurlanmasına şübhə yeri varmı? 
İvan Petroviç Pavlov, rus alimi, təbabət və 
fiziologiya elmləri sahələrində ilk Nobel mükafatı almış 
rus alimi, fizioloq, rus fiziologiya elminin yaradıcısı.
Yer üzündə bütün maddi və mənəvi mədəniyyətin, 
ictimai formaların yaradıcısı və müəyyənedicisi insandır. 
İnsan – əmək vasitəsilə insanabənzər məxluqlardan 
ayrılaraq, kobud daş alətlərdən başlamış müasir kosmik 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------25------------------------------------ 
aparatların yaradılmasınadək uzun və mürəkkəb bir yol 
keçmişdir. Onun formalaşmasında bioloji, psixoloji və 
sosial amillərin vəhdəti mühüm əhəmiyyətə malik 
olmuşdur [71, s.167]. Bizim fikrimizcə, bütün bu amillər 
Kainatın (xüsusi halda təbiətin və ya təbii olanların) insan 
üçün formalaşdırdığı şəraitin təzahürləridir. Çünki, artıq 
qeyd etdiyimiz kimi, Dünyada nəyin yaranmasına şərait 
yaranırsa, yalnız o yaranır. Şərait isə başdan-başa 
təsadüfi, ehtimallı mahiyyət daşıyır. Çünki bu, özünü 
qeyri-müəyyənliyin başlanğıc şərti olan mümkün hallar 
ansamblı kimi təqdim edir. Yadda saxlamaq lazımdır ki, 
zaman özünü qətiyyən çətinliklərə salmağı sevmir. Nəyin 
yaradılması mümkündürsə, o yaradılır. Başqa sözlə, 
yaranması üçün ən cüzi əhəmiyyət daşıyan bir amilin 
başvermə ehtimalı digər cüzi əhəmiyyətli amilin başvermə 
ehtimalından son dərəcə kiçik fərqlə də olsa, aşağıdırsa, 
o, yarana bilmir. Dünyada gedən proseslər “birləşmiş 
qablar qanunu”na oxşar qaydada gedir. Odur ki, hər hansı 
prosesi kiminsə və ya nəyinsə “ayağına yazmaq” 
tamamilə əsassızdır. Yəni, İnsanı hər şeyin fövqünə 
qoymaq, hər şeyə qadir hesab etmək doğru deyildir. 
İnsan yalnız onun qarşısında qoyulan vəzifəni yerinə 
yetirir. Belə ki, müasir elmi təsəvvürlərə görə, varlıq sahə 
(enerji mühiti), plazma (od), hava (qaz), su, torpaq, bitki, 
heyvan, insan və alət kimi doqquz mərtəbədən ibarətdir. 
Sahə - enerji mühiti olmaqla materiyanın bir növüdür. 
Enerji mühiti isə, mahiyyətcə, elektrik və qravitasiya 
sahələrinin inteqrasiyasıdır [95]. Yəni, varlığın maddi əsası 
başdan-başa enerjidir. Deməli, enerji materiyanın ilk və 
əsas növüdür. Odur ki, enerji itmir, artmır, azalmır, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------26------------------------------------ 
sadəcə olaraq bir şəkildən başqa şəklə keçir. Lakin enerji 
müəyyən ölçülərə malik olduğundan, təbiidir ki, özü 
boyda tutum doldurur. Enerjisiz tutum yoxdur (“Jvirblis 
yumağı”nı yada sal). Enerji öz tutumunda təsadüfi 
paylanmış və dinamik tarazlıqdadır. Buna görə də enerji 
sıxlığının müəyyən həddində plazma (od) meydana çıxır. 
Bu isə o deməkdir ki, vahid tutumun bir hissəsini sıxlığı 
nisbətən az olan enerji, digər hissəsini isə plazma tutur. 
Plazma ilə qarşılıqlı fəaliyyətdə olan enerji ”enerji-plazma” 
assosiasiyası yaratdığından, artıq heç bir cəhətdən əvvəlki 
(plazmasız) enerji deyildir və təbii ki, tutum da əvvəlki 
tutum deyil. Yəni, enerjinin bir hissəsinin plazma şəklinə 
düşməsi köklü keyfiyyət dəyişikliyidir. Odur ki, enerji və 
plazmanın qarşılıqlı təsirindən qaz əmələ gəlir. Bu dəfə 
”enerji-plazma-qaz” assosiasiyası yaranır və enerji 
tutumunun bir hissəsini də qaz tutur və yenidən köklü 
keyfiyyət dəyişikliyi baş verir. İndi nə enerji əvvəlki 
enerjidir, nə də plazma əvvəlki plazma. Bu dəyişiklik 
enerji, plazma və qazın qarşılıqlı təsirini su əmələ 
gətirməyə yönəldir. Su öz ilkin şərtləri olan enerji, plazma 
və qazı bütün cəhətlərdən dəyişikliyə uğradır. Beləliklə, 
enerji tutumunun bir hissəsini də su zəbt edir. Yenə də 
yeni keyfiyyət şəraiti meydana çıxır və enerji, plazma, qaz 
və su bir inteqrasiya düyünü (assosiasiya) yaradaraq 
torpaq törədir. Torpaq da ”öz əcdadları” olan enerji, 
plazma, qaz və suyu dərin keyfiyyət dəyişikliyinə məruz 
qoyub, tamamilə yeni şərait meydana çıxarır ki, bu da 
bitki yaranması ilə nəticələnir. Bu dəfə bitki öz ”işini” 
görüb, heyvan törədir və bütövlükdə kainatdakı tutum 
bölgüsü yenidən dəyişir. Heyvan dünyada öz yerini 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------27------------------------------------ 
tutduqdan sonra isə öz ilkin şərtləri olan enerji, plazma, 
qaz, su, torpaq və bitki ilə qarşılıqlı fəaliyyətdə insanı 
meydana çıxarır. İnsanın dünyada peyda olması enerji, 
plazma, qaz, su, torpaq, bitki və heyvanda mühüm 
dəyişikliklər törədir. Bu dəyişiklik alət yaranmasına gətirib 
çıxarır. Alətin əsas xarakterik xüsusiyyəti, artıq qeyd 
etdiyimiz kimi, onun sökülüb-yığılan olması, başqa sözlə, 
modul prinsipində qurulmasıdır.
Elmi məntiq göstərir ki, alət də özündən əvvəlkilərlə 
inteqrasiya olunaraq düşünən alət yaratmalıdır. Müasir 
kompüterlər gələcək düşünən alətin, sökülüb-yığılan 
şüurun ibtidaisidir. Beləliklə, dünyaya gələn hər yeni 
inteqrasiya elementi əvvəlki elementləri bu və ya digər 
dərəcədə dəyişdirib, yeni şərait törədir. Odur ki, alətin 
təbiəti və insanı dəyişdirməsi obyektiv, qanunauyğun 
prosesdir. Düşünən alət də özündən əvvəlkilərin hamısını 
dəyişdirəcəkdir.
Lakin burada bir məsələyə də toxunmamaq qeyri-
mümkündür. Belə ki, plazma yaranan andan enerji ilə 
plazmanın ”yanaşı yaşaması” və ya vəhdəti və eyni 
zamanda hər ikisi üçün ortaq olan tutum uğrunda 
mübarizəsi başlanır. Bu mübarizə nəticəsində qaz əmələ 
gəlir və bu məqamdan tutum uğrunda üç element 
”didişməyə” başlayır. Yəni, hər elementə düşən tutum 
payı get-gedə azalır. Bu isə ortaq resurslardan qənaətlə 
istifadə motivi yaradır. Digər tərəfdən, dünyaya yeni 
gələn hər bir inteqrasiya elementi özündən əvvəlkilərin 
müəyyən dərəcədə keyfiyyət dəyişikliyinə bais olub, yerini 
dar eləsə də, onları məhv edib sıradan çıxarmır. Həm də 
dünyaya gələn hər yeni inteqrasiya elementi dəyişiklik 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------28------------------------------------ 
intensivliyini kəskin şəkildə artırır. Belə ki, hər addımda 
yeni keyfiyyət dəyişikliyinin meydana çıxması üçün daha 
az vaxt tələb olunur. Bu isə o deməkdir ki, düşünən alət, 
başqa sözlə, sökülüb-yığılan şüur daha intensiv 
dəyişikliklər törədib, insanın əbədi-əzəli arzularını 
görünməmiş böyük sürətlə reallaşdıracaqdır. 
Bugün tam məsuliyyətlə təsdiq etmək olar ki, 
düşünən alət, sökülüb-yığılan şüur üçün lazımi şərait və 
minimal mövcudluq mühiti yaranmaqdadır (Компьютер 
становится 
полноценным 
живым 
существом. 
«Техника-молодежи», октябрь, 1999 г. c.15). Lakin 
həm şərait, həm də minimal mövcudluq mühiti dinamik 
xarakterlidir. Odur ki, sökülüb-yığılan şüur bugün-sabahın 
yarada biləcəyi şəkildə yaranmaya da bilər. Lakin yeni 
şəraitə uyğunlaşmaq imkanları tükənmədikcə, qlobal süni 
intellekt tez-gec mümkün olan şəkildə və münasib 
biçimdə meydana çıxacaqdır.
Bundan əlavə, enerji mühiti olan sahədən düşünən 
alətə, sökülüb-yığılan şüura qədərki məntiqi mülahizələr 
heç də o demək deyildir ki, bu proses biristiqamətli, 
birbaşa, sadədən mürəkkəbə, ibtidaidən aliyə keçid 
prosesidir. Xeyr! Yuxarıda təsvir etdiyimiz prosesin hər 
mərhələsində geriyə qayıdış baş verir. Belə ki, enerji 
sıxlığı intensivliyi artaraq müəyyən həddi keçib plazma 
yaratdığı andan plazmanın sönməsi prosesi də başlanır. 
Bu prosesin qanuni nəticəsi kimi meydana çıxan qaz 
yarandığı məqamdan öz yekcinsliyini və maddəsini 
itirməyə başlayır, nəticədə qazın biri digərində yanıb suya 
çevrilir. Su da yaranan andan həm reduksiyaya məruz 
qalır, yenidən hidrogen və oksigenə parçalanır, həm də 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------29------------------------------------ 
torpağın meydana gəlməsində iştirak edərək, sərf olunur 
və s. Odur ki, bütövlükdə varlıq ümumi kütləsi dəyişməz 
olan enerjinin müxtəlif sıxlıqlarla və daimi dəyişmələrdə 
mövcud olmaq xassəsinin təzahürü kimi meydana çıxır.
Lakin fəlsəfə tarixində heç də həmişə İnsanın 
mahiyyətinə bioloji, sosial və mənəvi-psixoloji amillərin 
vəhdəti kimi baxılmamışdır. Antik fəlsəfə insanı “mikro-
kosm” adlandıraraq ona kainatın bir hissəciyi kimi 
baxmışdır. İslam, xristian və digər dini fəlsəfədə insana 
ruh və bədənin vəhdəti kimi münasibət bəsləmişlər. 
İdealist fəlsəfə bütünlükdə insana ideal, ruhi, mənəvi 
tamlıq kimi baxmışdır. Materialist fəlsəfə isə insana 
biopsixo-sosial varlıq kimi baxır, onu bəşər cəmiyyətinin 
yaratdığı ən qiymətli sərvət hesab edir [71, s.167]. 
Gördüyümüz kimi, insanın gah bu, gah da digər 
cəhəti qabardılır, ön plana çəkilir. Buna görə də insan bir 
bütöv olaraq olduğu kimi təsvir edilmir. Odur ki, İnsan 
problemi öz bitkin həllini gözləməkdədir. 
İnsan kimdir? Dünyada onun yeri və məqsədi, 
cəmiyyətdə borcu və vəzifələri nədən ibarətdir? Dünyanın 
ən böyük müdrikləri insanı gah ağıllı varlıq (“homo 
sapiens”), gah yaradıcı varlıq (“homo faber”), gah şüurlu 
fəaliyyət göstərən varlıq (“homo agens”), gah emosiyalı, 
təbəssümlü varlıq (“homo ludens”), gah da əxlaqlı varlıq 
(“homo moralis”) və s. adlandırmışlar. Yunan sofisti 
Protaqorun fikrincə, ”bütün şeylərin meyarı insandır”. 
Sokrata görə insan “xeyri dərk edən və yaradandır”. 
Demokrit hesab edir ki, “İnsana lazım olan nə varsa 
hamısını insan təbiətdə və özündə tapmalıdır”. Platona 
görə insan ruhla bədənin vəhdətidir, lakin bunlar bir-



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------30------------------------------------ 
birinə ziddir: ruh insanidir, yüksəkdir, bədən isə yalnız 
aşağı və ruha düşmən olan materiyadır. Aristotelin 
təsəvvüründə insan bu dünyaya təbiətlə vəhdətdə, onunla 
daxilən bağlı olan vücud kimi gəlir və vahid üzvi təbiətin 
inkişafı prosesində cismani-mənəvi təkamül yolu ilə 
irəliləyir. Aristotelə görə insanı ruhu, təfəkkürü, yaddaşı, 
dərk edilmiş iradəsi və incəsənətə meyli fərqləndirir. 
Aristotel insanı ictimai heyvan sayır. İnsan özünə 
cəmiyyət və dövlət yaradıb, orada yaşayır. Lamerti: “insan 
maşındır”- fikrindədir. Hobbs insanı “zəkaya malik 
heyvan” hesab edir. C.Lokkun fikrincə, insan “mənəvi və 
ictimai heyvandır”. Holbaxa (1723-1789) görə, “insan 
özünü mühafizəyə və səadətə səy edəndir”. Fransız 
materialistlərinin fikrincə, “insan yalnız 
duyğu 
məcmusudur”. Helvetsi (1715-1771) göstərir ki, “fiziki 
həssaslıq insanın özüdür, insan nədirsə, onun hamısının 
mənbəyidir”. Hegelə görə insan cəmiyyəti, bəşəriyyət əsil 
”ruh səltənətidir”. Feyerbax (1804-1872) inanır ki, insanın 
həqiqi varlığı onun məhəbbətidir, qarşılıqlı münasibətidir, 
işidir, əməlidir. Fransız materialistləri insanın həqiqi 
varlığını əsasını hissi həzz təşkil edən zövqdə görürdülər 
[71, s.175]. 
Bizim fikrimizcə, İnsan təbiətin alt sistemi olmaqla, 
təbii resursları maddi və mənəvi sərvətlərə çevirən böyük, 
mürəkkəb, dinamik, idarəediləbilən, təbiət tərəfindən 
müəyyən bir məqsədə doğru yönəldilən fiziki, bioloji, 
sosial, ehtimallı, dövri (dönərli), qeyri-xətti, mükəmməl, 
etibarlı, açıq, özü-özünü tənzimləyən, öyrədən, təşkil 
edən, təkmilləşdirən inteqrasiya edilmiş fəal bir sistemdir 
[89, s.22-23]. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------31------------------------------------ 
Protoqor
Sokrat
Demokrit 
Aristotel 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------32------------------------------------ 
Platon 
Con Lok 
İnsan elə sistemdir ki, onun icra etdiyi qlobal 
funksiya forma və məzmunca bir-birinə bənzəməyən, 
reallaşdırma mənbələri və üsulları cəhətdən bir-birindən 
fərqli olan çoxşaxəli, çoxparametrli və çoxgedişli lokal 
funksiyalar iyerarxiyası kimi mövcuddur [89, s.26]. 
İnsanın məzmunu-yaddaşının məzmunudur [89, 
s.121]. Odur ki, İnsanın heyvani həyat sürmək hüququ 
yoxdur [89, s.130]. Çünki, İnsanlıq – ağıl və şüurun 
sintezidir [89, s.32]. 
Müasir qabaqcıl fəlsəfə insanı təbiətin bir hissəsi kimi 
deyil, əksinə onu təbiətin ən yüksək məhsulu kimi, xüsusi 
biçimli bir təbii varlıq kimi hesab edir, ən yeni fəlsəfi 
konsepsiyalar insanı təkcə materiyanın bioloji hərəkət 
forması kimi deyil, həmçinin materiyanın yüksək forması 
olan ictimai materiya kimi öyrənməyi lazım bilir [71, 
s.175]. Halbuki, Jak Leb (1859-1924) sübut etmişdir ki, 
yumurta hüceyrələrinin inkişafı üzrə bütün işi kalsium, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------33------------------------------------ 
natrium və kalium ionları öz öhdələrinə götürə bilir. Yəni, 
həyatın mənbəyi sadə texnoloji xətt üzərinə keçirilə 
biləndir. 
baron Pol Anri Holbax 
Klod Adrian Helvetsi 
Odur ki, J.Leb biologiyanın Fordu adlandırılmışdır. O, 
başqalarından çox əvvəl peyğəmbərcəsinə söyləmişdir ki, 
irsiyyətin dili maddidir və hüceyrənin sirri kimya dilində 
şifrlənmişdir. ”Biz ya süni canlı materiya yaratmağa nail 
olmalıyıq, ya da bunun niyə mümkün olmadığını izah 
etməliyik. Əgər bizim mövcudluğumuz molekullar 
dünyasındakı təsadüflər oyunu üzərində qurulubsa, əgər 
biz özümüz yalnız kimyəvi qurğu və ya mexanizmiksə, 
onda etikamız necə əmələ gəlir? Cavab sadədir: 
instinktlərimiz etikamızın təməlini təşkil edir, onlar da 
bədənimizin forması kimi gerçəkdirlər. Biz ona görə yeyib, 
içib, doğub-törəmirik ki, bu cəmiyyətdə belə razılaşdırılıb, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------34------------------------------------ 
ona görə ki, biz bunu etməyə bilmirik. Bizim davranışımız 
öz tərəfimizdən proqramlaşdırılmayıb, bunun səbəbkarı 
irsiyyət aparatındadır. Biz öz hüceyrələrimizə tabeyik. Ana 
balasını metafizikcəsinə və ya dini təsəvvürlərə görə 
sevib, bəsləmir, onu analıq instinkti idarə edir. Biz ona 
görə səadət və ədalət uğrunda mübarizə edirik ki, həmin 
instinkt bizim hüceyrələrimizdə bizdən əvvəl mövcuddur. 
Bizim hüceyrələrimiz ikili həyat yaşayır: onlar öz 
ömürlərinin yalnız bir hissəsini özlərinə sərf edirlər, 
bütövlükdə orqanizm üçün isə daha çox və uzun müddət 
işləyirlər. Lazım gəldikdə onlar hətta özlərinin birgəyaşayış 
maraqları naminə qurban getməyi də bacarırlar”. J.Lebin 
bu fikrinin bir sözü də köhnəlməmişdir. Halbuki, bu fikirlər 
ikiqatlı DNK spiralının kəşfindən 41 il, ilk kompüterlərin 
meydana çıxmasından isə yarım əsr əvvəl söylənmişdir. 
Gec də olsa, artıq başa düşülmüşdür ki, İnsanın ikili 
dünyası onun hüceyrəsindən başlanır. Qoşa DNK 
zəncirinin komplementarlığı, başqa sözlə, bir-birini 
qarşılıqlı tamamlaması struktur və funksiyanın əlaqəsini 
anlamağa açar verdi. Biologiyada DNK, RNK və zülallar 
dünyası vahid xətti lüğətdə birləşdi. DNK xətti genlərdə 
reallaşmamış informasiya saxlayıcısı, RNK və zülallar 
dünyası isə hüceyrənin fəza layihəsinin tərtib edildiyi 
emalatxana kimi mənalandırıldı. (Bax: В.С.Репин

Двойная жизнь клеток. ”Независимая Газета” - 
Интернет-версии, 20 октября 1999 г.).
Lakin düşünən alət sökülüb-yığılan şüura malik 
olduğundan, o, insandan daha yüksəkdə durur və ictimai 
materiyadan virtual şüura keçidi reallaşdırmağa yönəlir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------35------------------------------------ 
İnsan, onu yaradan şəraitin elementləri olan 
müxtəlif xarakterli amillərin təbii nisbətlərinin məhsuludur. 
Onu həddən artıq biolojiləşdirmək də zərərlidir, 
sosiolojiləşdirmək də. Onun imkanlarını kiçiltmək də 
xatalıdır, şişirtmək də. Odur ki, elmi fəlsəfə insanda bioloji 
və sosialı vəhdətdə götürür, onun formalaşmasında 
ictimai əlaqə və cəhətləri əsas götürsə də, insanın ümumi, 
fərdi xüsusiyyətlərini, şəxsiyyət kimi özünəməxsusluğunu, 
hətta onda intuitiv keyfiyyətlərin olduğunu da inkar etmir 
[71, s.177]. 
İnsan fiziki və mənəvi, təbii və sosial, irsi və həyatda 
əldə edilənlərin vəhdətindən ibarət canlı sistemdir. İnsan 
həm hadisələrin təbii əlaqəsinə qoşulur, həm də bioloji 
(biofiziki, biokimyəvi, fizioloji) qanunauyğunluqlara 
tabedir; insan şüurlu psixik və şəxsiyyət səviyyəsində 
spesifik 
qanunauyğunluqları 
olan 
sosial 
varlığa 
çevrilmişdir. İnsanın fiziki, morfoloji orqanizmi kainatda 
materiyanın ən yüksək mütəşəkkil formasıdır [6, s.463]. 
Bu sonuncu hökmü, yəni insan orqanizminin kainatda 
materiyanın ən mütəşəkkil forması olmasını sübut etmək 
lazımdır. Çünki bu fikir hətta Yer kürəsində də sübut 
edilməyə ehtiyac duyur. 
İnsan bütövlükdə bioloji, sosial, psixik-mənəvi 
ölçülərin təşkil etdiyi tamlıqdır. Lakin insanı istiqamət-
ləndirən və onu ətraf mühitlə bağlayan onun 
dünyagörüşüdür, 
mənəvi 
simasıdır, 
iradəsi və 
mənəviyyatıdır [71, s.178]. Yəni, İnsanın insaniliyi ilk 
növbədə, onun mənəviyyatı, başqa sözlə, yaddaşının 
məzmunudur. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------36------------------------------------ 
Lüdviq Andreas Feyerbax 
Jak Leb 
Müasir texniki sivilizasiya şəraiti, elmi-texniki inqilab 
insanda bioloji olanı pis vəziyyətə salmış, onun təbii 
vəziyyətini pozmuş, yaşamasını təhlükə altına almışdır 
[71, s.179]. Yəni, İnsan dünyaya alət gətirməklə həm də 
öz qəbirqazıyanını yaratmışdır. Lakin insan özü də 
dünyaya gələndə özündən əvvəlkilər üçün müəyyən 
mənada, qəbirqazıyan kimi gəlmişdir. Heyvan da özündən 
əvvəlkilərin qəbiqazıyanıdır və s. Bununla belə, bu 
qəbirqazıyanlar zənciri həm də seleksiyaçıdırlar. Belə ki, 
plazma enerjinin bir hissəsini udsa da, qalanını özünə 
münasib şəkildə seçib qoruyur. Qaz isə həm enerjinin, 
həm də plazmanın bir hissəsini mənimsəyib, qalanını 
başqa şəklə salıb qoruyur və s. Beləliklə, müasir texniki 
sivilizasiyanın insanın bioloji əsaslarına son dərəcə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------37------------------------------------ 
təhlükəli təsirini qətiyyən inkar etmədən, onu da nəzərdə 
saxlamaq lazımdır ki, alət insanın məhvinə deyil, 
inkişafına xidmət etmək missiyası daşıyır.
Fəlsəfi ədəbiyyatda belə bir fikir var ki, “İnsan 
yeganə varlıqdır ki, özünün ölümünün baş verəcəyini, 
həyatının müvəqqəti olmasını dərk edir” [71, s.179]. Lakin 
bizim fikrimizcə, zamana tabe olan hər şey özünün 
keçəriliyini bu və ya digər dərəcədə “duyur” və öz 
imkanları daxilində zamanla əlbəyaxa vuruşa girir və bu 
vuruşda nə qədər davam gətirirsə, bir o qədər mövcud 
olur. Var olanın daxili quruluşu nə qədər möhkəm olursa, 
müqaviməti bir o qədər çox olur və bu səbəbdən də öz 
müvəqqətiliyini bir o qədər az “hiss” edir. Daxili quruluşca 
nisbətən zəif olan onu dağıtmağa yönələn qüvvələrə 
birbaşa müqavimət göstərə bilmədikcə, daha çox 
adaptasiya imkanlarına ümid bağlayır. Bu imkanlar da 
hüdudsuz deyildir, tez-gec tükənir. Belələri özlərinin 
ötəriliyini daha kəskin “hiss” edirlər. İnsanın öz 
müvəqqətiliyini daha dərindən duyması sübut edir ki, 
insanı özünün zəifliyi yaratmışdır. Lakin müvəqqəti 
olanların bu və ya digər formada törəmək imkanları 
olduğundan, müvəqqətilik ayrı-ayrı təşkiledicilərə daha 
çox aid olan haldır. Mütləq bütöv əbədi, ən böyük nisbi 
bütöv az qala əbədi, kifayət qədər böyük nisbi bütöv 
kifayət qədər uzun ömürlü və s. olur.
İnsan öz müvəqqətiliyini dərk etdiyindən, həyatın 
məqsədi və mənası məsələsi onu daim düşündürmüşdür. 
İnsan həyatının mənası xeyir və şər, ədalət və 
ədalətsizlik, həqiqət və yalan arasında düzgün mövqe 
tutub məqsəd seçməkdən, həmin hərəkətlərə cavab 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------38------------------------------------ 
tapmaqdan ibarətdir. İnsan çox zaman həmin suallara 
dini mövqedən cavab verməyə çalışıb. Dini təlimlərə görə 
insan həyatının mənası Allaha etiqad, əbədi olana daxili 
inam hissi aşılamaqdan ibarətdir. K.Marks insan həyatının 
mənasını cəmiyyətə bağlayır, fərdin əsas keyfiyyətini 
cəmiyyətə xidmətdə görür. L.N.Tolstoya görə insan 
həyatının mənası bəşəriyyətə xidmət etməsindədir. 
L.N.Tolstoy insanın bioloji ölümünü qəbul etməklə, bütün 
yaradıcılığı boyu insanın mənəvi ölməzliyi ideyasını 
tərənnüm etmişdir [71, s.179-180]. Bəli! Bioloji varlıq 
olaraq həm ayrı-ayrı adamlar, həm də bütövlükdə 
bəşəriyyət tez-gec ölüb gedəcəkdir. Bugün ayrı-ayrı 
adamlar bəşəriyyəti qorumaq üçün doğub-törəsələr də, 
bu üsul bioloji material üzərində yüksələn bəşəriyyətin 
əbədiliyini təmin etməyə qadir deyildir. Odur ki, insan 
həyatının əsas mənası və baş məqsədi öz bəşəri 
mənəviyyatını, başqa sözlə, insanda bioloji olmayan nə 
varsa, hamısını bütünlüklə süni şüura keçirməyə 
yönəlmişdir. Çünki yalnız sökülüb-yığıla bilən süni şüur, 
süni intellekt Kainatın bütövlükdə sahibi olub, əsl İnsani 
missiyanı əbədi davam etdirə bilər. Buna görə də bir daha 
qeyd edirik ki, insanın əbədi ölməzliyi onda insani 
olanların hamısını süni intellektə yükləməklə mümkündür. 
Müasir elmin və ictimai praktikanın inkişafı göstərir 
ki, bizi əhatə edən hadisələrin mahiyyətini, onların inkişaf 
qanunauyunluqlarını dərk etmək, təbiət və cəmiyyətin 
mütərəqqi surətdə 
yenidən 
qurulması 
uğrunda 
mübarizənin yollarını və vasitələrini müəyyən etmək yalnız 
idrak haqqında düzgün nəzəri-fəlsəfi konsepsiyaya 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------39------------------------------------ 
yiyələnməklə mümkündür [71, s.181-182]. Assosiativ 
təfəkkürə ehtiyacın aktuallığı məhz bu problemlə bağlıdır. 
Təfəkkür prosesinin alqoritmik xarakter daşıması 
onun bütünlüklə süni şəkildə reallaşması üçün ilkin 
şərtdir. Yeri gəlmişkən göstərək ki, hətta empirik 
səviyyədə də bəşəri (sintetik) idrak güclü dərketmə 
səviyyəsi nümayiş etdirə bilir. Belə ki, hələ çox qədimlərdə 
də insanlar bir sıra hadisələrin mahiyyətini əsasən düzgün 
qiymətləndirə bilmişdilər. Müasir elmin indi-indi gəlib 
çıxdığı nəticələrin bir qismini qədim oğuzlar, çinlilər, 
yunanlar... bir neçə min il bundan əvvəl söyləmişdilər. 
İndi Avropa alimlərinin adına yazılan fikirlərin demək olar 
hamısı daha qədim zamanlarda Asiya xalqlarına bəlli 
olmuşdur. Bizim fikrimizcə, bu, assosiativ təfəkkürün 
geniş imkanlarından xəbər verən çox mühüm faktdır. 
Yəni, insan hələ indiki səviyyəsinə çatmazdan çox-çox 
əvvəllərdən güclü intuisiya qabiliyyətinə malik olmuşdur. 
Onun bu qabiliyyəti ilk növbədə, onun nisbətən fiziki 
zəifliyinin kompensasiyaedicisi kimi meydana çıxmışdır. 
İnsan öz fiziki zəifliyini alətin hesabına aradan qaldırdıqca 
öz intuisiya qabiliyyətlərinin bir qismini tədricən itirmiş, 
əvəzində elmi-praktik zəkaya malik olmuşdur. Yəni, 
müdriklik 
ilk 
zamanlarda 
şamanlıq 
(cadukarlıq) 
formasında, sonra şairlik (sənətkarlıq), sonra isə həkimlik 
(alimlik) və filosofluq (münəccimlik) formasında meydana 
çıxmışdır. Lakin şamanlıqda şairlik, həkimlik və filosofluq, 
şairlikdə şamanlıq, həkimlik və filosofluq, həkimlikdə 
şamanlıq, şairlik və filosofluq, filosofluqda isə şamanlıq, 
şairlik və həkimlik olmuşdur, vardır və olacaqdır. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------40------------------------------------ 
Hissi idrak – dünyanın dərk edilməsinin əsas, 
başlanğıc və ilkin mərhələsidir [71, s.185]. Lakin bu, onun 
heç də tamamilə zəifliyi demək deyildir. Təkcə “Koroğlu” 
dastanının assosiativ təhlili sübut etmişdir ki, intuitiv 
duyumlarla Kainatın müxtəlif hadisələrini kifayət qədər 
dəqiq və səlis izah etmək imkanı vardır [89].
Hissi idrak üç əsas formada – duyğu, qavrayış və 
təsəvvür formalarında baş verir. Duyğu – xassənin 
inikasıdır [71, s.185]. Lakin dialektik materializmdən fərqli 
olaraq, bizim fikrimizcə, duyğu yalnız maddi olanın bu və 
ya digər xassəsinin inikası deyildir, o, həm də qeyri-
maddinin müəyyən cəhətinin fərdi inikasıdır. Duyğu 
obyektiv gerçəkliyin subyektiv obrazıdır [71, s.186]. Lakin 
obyektiv gerçəkliyi yalnız maddi olana müncər etmək 
naqisdir, çünki subyektdən kənardakıların hamısı (maddi 
və qeyri-maddi) obyektiv olandır. Varlıq bir duyğu 
yaradırsa, yoxluq da başqa duyğu yaradır. 
Obraz predmet və hadisənin duyğu nəticəsində əldə 
olunan ilkin, ən sadə inikas formasıdır. Duyğunun köməyi 
ilə bizim şüurumuzda predmet və hadisənin ayrı-ayrı 
xassələri və həm də təcrid olunmuş şəkildə əks olunur. 
Həmin predmetlər haqqında bütöv obraz isə hissi idrakın 
nisbətən daha yüksək və mürəkkəb forması olan qavrayış 
vasitəsilə mümkündür. Qavrayış – müşahidə nəticəsində 
əldə olunan maddi predmetin hissi bütöv obrazıdır. Lakin 
əslində, qavrayış həm də xəyali olanın obrazıdır. Hissi 
idrak prosesində həyəcan, ehtiras, qəzəb, qorxu, sevgi, 
nifrət, simpatiya, antipatiya, razılıq, sevinmək və s. 
şəklində təzahür edən emosiyaların da böyük rolu vardır. 
Emosiyalar – insan hissiyyatının kompleks və mürəkkəb 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------41------------------------------------ 
formalarıdır [71, s.186-187]. Bizim fikrimizcə, emosiyalar 
insandan əzəlidir və insan kamilləşdikcə emosiyalarının bir 
qismi öz intensivliyini az və ya çox dərəcədə itirmiş, itirir 
və itirəcəkdir. Çünki inkişafın istiqaməti “ictimai 
heyvan”dan “texniki insan”a, oradan da “insani texnika”ya 
yönəlmişdir. 
Bizim anlamımızda alət nə qədər ki, insanın yaxın 
ətrafındadır, onu “texniki insan” saymaq doğru deyildir. 
Alət insan orqanizminə nüfuz etdikcə, onun zəruri 
ünsürünə çevrildikcə, insan texnikiləşir. Bu mənada, 
“texniki insan” – təbii-bioloji və texniki elementlərin 
inteqrasiyasıdır [80]. Texniki element dedikdə, insan 
orqanizminə süni surətdə daxil edilən ixtiyari təbiətli 
funksional ünsür nəzərdə tutulur. Beləliklə, “texniki insan” 
“ictimai heyvan”ın “element bazası”nın süni elementlər 
hesabına gücləndirilməsi yolu ilə meydana çıxan daha 
genişimkanlı şüurlu məxluqdur.
İnsanın psixik-mənəvi və sosial mahiyyətinin 
texnikaya köçürülməsi isə dünyaya ”insani texnika” 
gətirir. Yəni, ”texniki insan”dan fərqli olaraq ”insani 
texnika” yükü bəşəriyyətin nail ola bildiyi qlobal mənəvi 
yükdən ibarət olan xalis texniki sistemdir. Özü də bu 
proses artıq xeyli vaxtdır ki, başlanmışdır. Belə ki, insanın 
bir sıra daxili orqanlarının və ətraf əzalarının 
protezləşdirilməsi, gen mühəndisliyinin nailiyyətlərindən 
get-gedə daha geniş və səmərəli istifadə edilməsi ”texniki 
insan”a keçidin, günü-gündən daha çox və daha 
mürəkkəb zehni işlərin, beynin daha mürəkkəb 
funksiyalarının alqoritm və proqramlarının tərtibi yolu ilə 
kompüterlərə həvalə edilməsi isə ”insani texnika”ya 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------42------------------------------------ 
keçidin başlandığını və uğurla davam etdirildiyini sübut 
edir. Lakin hələlik həm ”texniki insan”, həm də ”insani 
texnika” ibtidai inkişaf səviyyəsindədir.
Göründüyü kimi, indi artıq klassik mənada başa 
düşülən İnsan (“homo sapiens”) öz yetirmələri olan 
”texniki insan” və ”insani texnika” ilə çiyin-çiyinə 
addımlamaqdadır. Yəni, İnsan özünün ən yaxın 
əvəzedicisi kimi dünyaya gətirdiyi övladla yanaşı, həm də 
orta və uzaq əvəzediciləri olan ”texniki insan” və ”insani 
texnika”nın ”beşiyi başında dayanmışdır”.

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin