Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------60------------------------------------ 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------61------------------------------------ 
 
SÜNİ İNTELLEKT: MƏNŞƏYİ, 
İNKİŞAFI, MƏQSƏDİ, VƏZİFƏLƏRİ 
 
 
Süni intellekt dedikdə, insan məntiqi ilə işləyən 
texniki sistemlərin yaradılması sahəsində aparılan elmi 
araşdırmalar sistemi nəzərdə tutulur. Süni intellekt 
informatika, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, 
optimallaşdırma, məntiq nəzəriyyəsi və bir sıra başqa 
sahələrə 
əsaslanan tədqiqat sahəsi olmaqla, 
informatikanın xüsusi bölməsidir. Süni intellekt insan kimi 
düşünən və insan kimi qərar qəbul edə bilən texniki qurğu 
yaratmaq məqsədi daşıyır. 
İntellktə malik olan maşınlar və digər qurğular 
barədə yazılı məlumatlar hələ qədim yunan miflərində rast 
gəlinir. Heron, Əl-Cəzəri, Volfqanq von Kempelen, Cabir 
ibn Həyyan, Parasels və başqa ixtiraçılar intellektə malik 
avtomatlaşdırılmış maşınlar yaratmışlar. 
Süni intellekt düşüncəsinin əsasını təşkil edən 
sillogizm - nəticələr nəzəriyyəsinin əsasını Aristotel 
qoymuşdur. 1275-ci ildə 
Raymond
Liull ”Ars Maqna” adlı 
məntiq aparatı yaratmışdır. Bu aparat xristianlıq barədə 
verilən suala insan müdaxiləsi olmadan avtomatik olaraq 
cavab verə bilirdi. 
Müasir anlamda, süni intellekt ifadəsi ilk dəfə 1956-
cı ildə Con Makkarti tərəfindən işlədilmiş və süni intellekt 
”maşınları intellektual etmək elmi və mühəndisliyi” kimi 
təyin edilmişdir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------62------------------------------------ 
Raymond Lulliy 
(latınca Raymundus 
Lillius, rus dilində 
isə Raymond Lulliy, 
Raymon Lulliy, Ray-
mon Lull, Ramon 
Lyul) 1235-ci ildə 
Palma-de-Malorkada 
anadan olmuşdur, 
1315-ci ildə Palma- 
de-Malorkada 
dünyasını dəyişmiş-
dir. Raymond Lulliy 
katalan missioneri (missioner - 
xristianlığı yaymaq üçün xristian olmayan xalqlar 
arasına göndərilən təbliğatçı), şair, fəlsəfəçi və teoloq, 
Orta əsr yahudi icmasının düşünən nüfuzlu şəxsidir. 
Lulliy Avropa ərəbşünası və kombinasiya ilə məşğul 
olan şəxslərdən biri sayılırdı. 
Katalan (Valensi) dili roman dillərinin hindavropa 
ailəsinə daxildir və oksitano-roman altqruppuna aiddir. 
11 milyon insan bu dildə danışır. Katalan torpağına 
İspaniya (Katalan avtonom birliyi, Valensiya, Balear 
adaları), Fransa (Şərqi Pirenei departamenti), Andorre 
və İtaliya (Sardiniya adasındakı Alqero şəhəri) daxildir.
Ümumiyyətlə, müasir süni intellektin yaranması 
1943-1956-cı illərə təsadüf edir. Belə ki, bu illərdə, daha 
doğrusu, 1943-cü ildə Makkalok (1898-1969) və Pits 
(1923-1969) ”Sinir fəaliyyətinə xas fikrin məntiqi 
hesablanması”, 1950-ci ildə Tyurinq ”Hesablama maşını 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------63------------------------------------ 
və intellekt” və K.Şennon (1916-2001) ”Şahmat oyunu 
üçün kompüterin proqramlaşdırılması” adlı əsərlərlə çıxış 
etmişlər. 
Süni intellektin inkişafının 
birinci mərhələsi 1956-
1960-cı illərin sonuna qədər olan dövrü əhatə edir. Bu 
illərdə Makkarti ”LISP – süni intellektin proqramlaşdırma 
dili”, A.Nyuell (1927-1992) və H.A.Saymon (1916-2001) 
”Məsələlərin universal həlledicisi (GPS)” (1961), Kullian 
”Biliklərin təqdim olunması üçün semantik şəbəkələr” 
(1966) və Minski “Biliklərin təqdim olunması (freym) üçün 
quruluş” (1975) adlı tədqiqat işlərini elmi ictimaiyyətin 
müzakirəsinə təqdim etmişlər. 
Allen Nyuell
Herbert Saymon
Allen Nyuell (ingiliscə Allen Newell) koqnitiv 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------64------------------------------------ 
psixologiya (insan psixikasının idrak prosesi) və süni 
intellekt sahəsində 
amerika alimidir. 
IPL 
proqramlaşdırma dilinin yaradılmasında, həmçinin 
Herbert Saymon ilə müştərək olaraq 
Logic Theory 
Machine (1956) və  General Problem Solver (1957) 
proqramlaşdırma
dillərinin yaradılmasında iştirak 
etmişdir. 1957-ci ildə H.Saymon ilə birlikdə “Süni 
intellekt və 
insanın 
dərketmə 
mexanizminin 
psixologiyası” sahəsində apadıqları elmi işlərə görə Alan 
Tyurinq adına mükafata layiq görülmüşdür.
Herbert Aleksander Saymon (ingiliscə Herbert A. 
Simon) sosial, siyasi və iqtisad elmləri sahəsində 
görkəmli amereika alimidir. Hyuell-Saymon hipotezinin 
yaradıcılarından biridir.
1960-cı illərin ortalarından sonunadək sözügedən 
inkişafın 
ikinci mərhələsi sayılan ”Qeyri-səlis çoxluqlar 
və qeyri-səlis məntiq” ideyaları meydana çıxdı. Belə ki, 
1965-ci ildə Lütfi Zadənin ”Qeyri-səlis çoxluqlar” və 1969-
cu ildə ”Qeyri-səlis alqoritmlər” adlı elmi işləri və 1977-ci 
ildə Mamdani tərəfindən hazırlanmış ”Qeyri-səlis məntiqin 
linqvistik sintezin köməyi ilə təqribi müakimələrdə tətbiqi” 
mövzusunda elmi əsəri çap edildi. 
Üçüncü mərhələ - süni neyron şəbəkələrin 
yaranması (1965-ci il və sonra) – C.C.Hopfildin (1933-
1982) ”Neyron şəbəkələr” (1982), T.K.Koxonenin ”Özü 
düzələn topoloji xəritələr” (1982), D.Rumelhart (1942-
2011) və D.K.Makklellandın (1917-1998) “Verilənlərin 
paralel email” (1986) adlı əsərləri ilə gerçəkləşmiş oldu. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------65------------------------------------ 
Ekspert sistemlərin yaranması və inkişafı (1970-ci 
illərin əvvəli – 1980-ci illərin ortaları) süni intellektin 
inkişafının 
dördüncü mərhələsi Feygenbaum, Buhanan 
və başqaları (Stenford universiteti): ”DENDRAL ekspert 
sistemi”, Feygenbaum, Şortlif: ”MYCIN ekspert sistemi”, 
Stenford araşdırmalar mərkəzi: ”PROSPECTOR ekspert 
sistemi”, Kolmeroe, Kovalski və başqaları (Fransa): 
”Məntiqi proqramlaşdırma dili PROLOG” kimi tədqiqat 
işləri ilə formalaşdı. 
Beşinci mərhələ - Təkamül hesablamalar (1970-ci 
illər və sonra) - Rehenberq: ”Təkamül strategiyalar – 
bioloji informasiya prinsipi ilə texniki sistemlərin optimal-
laşdırılması”(1973), Holland: ”Təbii və süni sistemlərə 
adaptasiya” (1975), Koza: ”Genetik proqramlaşdırma: 
Təbii seçim vasitələri ilə kompüter proqramlaşdırması” 
(1992) və Fogel: “Təkamül hesablama – maşın 
intellektində yeni fəlsəfə istiqaməti” (1995) kimi 
tədqiqatlarla xarakterizə olunur. 
Altıncı mərhələ - Sözün köməyi ilə hesablama 
(1980-ci illərin sonu və sonra) - Neyqoç: ”Ekspert və 
qeyri-səlis sistemlər” (1985), Kosko: ”Neyron şəbəkələr və 
qeyri-səlis sistemlər” (1992), Kosko: ”Qeyri-səlis təfəkkür” 
(1993), Yaqer və L.Zadə: ”qeyri-səlis çoxluqlar, neyron 
şəbəkələr və “yumşaq hesablamalar” (Soft computing)” 
(1994), Kosko: ”Qeyri-səlis mühəndislik” (1996) və Lütfi 
Zadə: “Sözlərin köməyi ilə hesablamalar” (1996) kimi 
ciddi elmi tədqiqatlarla gerçəkləşmişdir. 
Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların 
həyata keçirilməsində süni intellektin rolu böyükdür.



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------66------------------------------------ 
Süni intellekt çox yüksək səviyyədə ixtisaslaşmış 
sahədir, onun çoxlu sayda sahələri vardır.
Çox zaman süni intellektin bir sahəsi digər sahəsi ilə 
qarşılıqlı əlaqədə olmur. Onun bəzi sahələri isə o 
dərəcədə inkişafa nail olmuşdur ki, onlar artıq ayrıca bir 
ixtisas kimi fəaliyyət göstərirlər.
İnsan intellektindən daha güclü bir intellektin 
yaradılması süni intellektin əsas məqsədlərindəndir. 
Süni intellektin nəyə aid edilməsi sualına birmənalı 
cavab yoxdur. Odur ki, süni intellekt haqqında kitab yazan 
hər bir müəllif, o elmin nailiyyətlərini nəzərə alaraq, süni 
intellektə tərif verir. 
Fəlsəfə insanın intellektinin obrazı və statusu 
haqqında məsələni həll etmir. 
Nyuell-Saymon fərziyyəsi, 
yaxud 
Tyurinq testi kimi bir sıra fərziyyələr irəli sürülmüş 
olsa da, kompüterin "ağıllı maşın" səviyyəsinə gədər 
inkişaf edə biləcəyi barədə hələlik konkret sübut yoxdur. 
Bununla belə, 
ən məşhur 
süni 
intellekt 
sistemlərindən biri - insanın danışığını dərk edən və çox 
saylı alqoritmlər sayəsində ehtimallı axtarış aparmaq kimi 
bacarığa malik 
IBM şirkətinin qabaqcıl inkişaf sistemi 
olan 
Watson, ABŞ-ın ”Jeopardy!” oyununda iştirak etmiş 
və iki oyunun ikisində də qələbə çalmışdır. Bundan əlavə, 
illik 
RoboCup turnirində 
futbolun sadələşdirilmiş 
formasında robotların mübarizə apara bilməsi imkanları 
nümayiş etdirilmişdir. 
Süni intellektə aid elmi tədqiqat işləri hesablayıcı 
texnikanın sənaye istifadəsi ilə başlanmış və ilk gündən iki 
istiqamətdə aparılmışdır.



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------67------------------------------------ 
Birinci istiqamət beyin fəaliyyətinin, onun 
psixofizioloji xassələrinin modelləşdirilməsi ilə EHM və 
digər xüsusi texniki qurğuların köməyi ilə süni intellekt və 
ya süni ağıl hasil etmək ümidi ilə edilən cəhdlər idi ki, bu 
da 
bionika istiqaməti adlandırıla bilər.
Süni intellekt üzrə tədqiqatların ikinci istiqaməti 
praqmatik istiqamətdir. Bu istiqamət insan beyninin 
psuxofizioloji fəaliyyətini tədqiq etməyi bir kənara qoyur. 
Burada EHM-ə alət kimi baxılır. Belə ki, məsələn, musiqi 
aləti pis və ya yaxşı köklənmiş ola bilər, yaxud verilmiş 
mövzuda yazılmış əsər pis və ya yaxşı ola bilər, ya da 
həmin alətdə ifaçılıq pis və ya yaxşı ola bilər.
Bu istiqamətdə son 10 illiklərdə həm nəzəri, həm də 
tətbiqi xarakterli vacib nəticələr əldə edilmişdir. Praqmatik 
istiqamətdə aparılan tədqiqatlarda ”süni intellekt” termini 
tamamilə metaforik mənada anlaşılır və tədqiqatçılar elə 
proqramlar üzərində işləyirlər ki, EHM vasitələri insanın 
idraki fəaliyyətinin nəticələri olan prosesləri gerçəkləşdirə 
bilsin.
Təəssüf ki, olduqca tez-tez hesablayıcı texnikaya 
yönəlik antropomorfizm ifadələri işlədilir. Belə ki, tez-tez 
”maşın qərar qəbul etdi”, ”maşın plan tərtib etdi”, ”maşın 
situasiyanı və ya obrazı tanıyır”, ”maşınlar insan üçün 
stress yaradan şəraitdə və ya ciddi vaxt çatışmazlığı 
şəraitində mürəkkəb təşkilati-texniki prosesləri idarə edir”, 
”maşın şahmat oynayır, musiqi əsəri bəstələyir” və s. kimi 
ifadələrlə rastlaşırıq. Bundan əlavə, ”ağıllı maşın”, 
”düşünən maşın” kimi ifadələr də işlədilir ki, bu 
ifadələrdəki ”ağıllı” və ”düşünən” sözləri hərfi anlamda 
tamamilə boş, mənasızdır.



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------68------------------------------------ 
Əslində isə nə baş verir? 
Nümunə üçün şahmatı seçək.
Şahmatçı situasiyanı qiymətləndirib gediş seçərkən 
presedentə (presedent; misal (keçmişdə olmuş və sonra 
olan eyni tipli hadisələr üçün), keçmiş təcrübəyə, 
bacarığa, intuisiyaya (duyuma), gümana, rəqibin 
gələcəkdə edə biləcəyi gedişlərin variantlarını nəzərə 
almağa, yoxsa tamamilə başqa şeyə, nəyə əsaslanır? Bir 
sözlə, biz şahmatçının fikirləşmə prosesi barədə olduqca 
az bilirik. 
Lakin biz dəqiq bilirik ki, EHM-də nə baş verir. Maşın 
şahmat ”oynayarkən” baş verənlərin təfəkkürə heç bir 
dəxli yoxdur. Çünki EHM üçün hansı gedişi necə seçmək 
barədə təlimat-proqramı insan tərtib etmişdir. Odur ki, 
əslində, şahmatı nə maşın, nə də proqram oynayır. 
Şahmatı oynayan həmin proqramı yazmış olan insandır. 
Məhz o, EHM-in imkanlarından istifadə edərək şahmat 
sahəsində topladığı bilikləri maşın proqramlarına 
çevirmişdir. Maşın oyunun gedişində yaranmış vəziyyətə 
uyğun olaraq lazımi məqamda lazımi proqramı işə buraxır. 
Bu baxımdan, proqramların şahmat turniri, əslində, 
şahmat proqramları yazmış riyaziyyatçı-proqramçılar 
arasındakı yarışdan başqa bir şey deyildir.
Beləliklə, EHM-in qurulması və istifadəsi sahəsində 
hansı problemi nəzərdən keçirsək, görürük ki, hər şeyin 
arxasında insan dayanır. 
Süni intellektin gələcək inkişafından danışarkən 
xüsusi olaraq qeyd edilməlidir ki, bu gün artıq bəşəriyyəti 
daha çox invariant idarəetmə sistemlərinin nəzəriyyəsi və 
tətbiqi, süni intellekt üsullarının, ekspert sistemlərin 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------69------------------------------------ 
yaradılması, 
idarəetmə 
proseslərinin 
intellektuallaşdırılması, qeyri-səlis məntiq, qeyri-səlis 
neyron sistemlər və s. daha çox düşündürür. Real 
həyatda qərar qəbuletmə və idarəetmə məsələlərini həll 
edərkən mövcud qeyri-müəyyənlik nəzərə alınmalıdır.
1960-cı illərə qədər idarəetmə və qərar qəbuletmə 
nəzəriyyələri tam müəyyənlik şəraiti üçün yaranmışdı. 
Lakin real həyat məsələlərində həmişə bu və ya digər 
dərəcədə informasıya çatışmazlığı mövcud olur. Bu və ya 
digər dinamik sistemə həyəcanlandırıcı təsir edən amillər 
barədə informasiya azdırsa, elə idarəetmə qanunu 
tapmaq lazımdır ki, idarə olunan sistem həmin təsirlərdən 
asılı olmasın, başqa sözlə, sistem invariant olsun.
Mütəxəssislərin fikrincə artıq klassik idrak, klassik 
elmi üsullar öz əvvəlki qüdrətini itirib. Onların fikrincə, bir 
dildən başqa dilə tərcümə problemi, persepsiya əsasında 
ətraf mühitin qavranılması problemi, canlıların sərbəstlik 
dərəcəsinə və çevikliyinə malik olan robotların 
yaradılması, lazımi adekvatlığa malik olan iqtisadi 
modellərin yaradılması və s. klassik elm, o cümlədən, 
klassik riyaziyyat tərəfindən həllini tapa bilməzdi. Çünki 
klassik riyaziyyat deterministik riyaziyyatdır. Qeyri-
müəyyənliyi nəzərə ala bilmir. Yeni elmi və fəlsəfi 
yanaşma tələb olunur. Bu isə, mahiyyətcə, hesablama 
intellekti yanaşmasıdır. Hesablama intellekti süni intellekt 
və onun daha inkişaf etmiş formasıdır. Süni intellekt (ing. 
Artificial intellegence) - informatikanın hesablama 
sistemələri və digər süni qurğuların köməyi ilə fikir və 
hadisələrin təminat imkanlarını öyrənən şöbəsidir. Süni 
intellekt dedikdə insanın proqramlaşdırılmış şəkildə, süni 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------70------------------------------------ 
yollarla yaratdığı və digər köməkçi vasitələrlə üzə çıxan 
qeyri-ənənəvi intellekt, tamamilə yeni bir idrak 
kateqoriyası başa düşülür. Məsələn, insan robot yaradır 
və onun bəşər övladına adekvatlığından bəhs edir. Robot 
insana çay gətirirsə və yaxud bir neçə sualın cavabını 
verirsə bu hələ süni intellekt deyil, bu sadəcə həmin 
robotun proqramlaşdırılmadan irəli gələn funksiyalarıdır. 
Süni intellektə malik robotsa insanın əsəbi olduğunu 
görüb artıq hərəkətlərə, yersiz davranışa yol verməyən 
robotdur ki, bu da hələ mövcud deyildir.
Son illər dünya ölkələrində olduğu kimi, 
Azərbaycanda da, soft kompütinq, hesablama intellekti 
məsələlərinə diqqət artırılıb, bu sahədə sanballı elmi 
tədqiqtlar meydana gəlib. Professor Lütfi Zadə və Rafiq 
Əliyev bu sahənin öncülləri kimi qəbul edilir. R.Əliyevin 
invariantlıq nəzəriyyəsi sahəsindəki işləri neft emalı, 
neftkimya sənayesində, intellektual robotlar 
istiqamətindəki işləri metallurgiya və əlvan metallar 
sənayesində, 
banisi 
olduğu 
böyük 
sistemlərdə 
koordinasiya nəzəriyyəsi müxtəlif iqtisadi və istehsal 
sistemlərinin qurulmasında, süni intellekt, hesablama 
intellekti, soft kompütinq sahəsində aldığı elmi nəticələr 
neftçıxarma, neftemalı, təbabət, təhsil, konfliktologiya, 
biznes, iqtisadiyyat sahələrində, ALİ-1, ALİ-2, ALİ-3 
məntiqləri isə kosmik obyektlərdə tətbiq olunub. 
Coğrafiya baxımından bu tətbiqlər Azərbaycan, Rusiya, 
Özbəkistan, Ukrayna, Almaniya, İran, Türkiyə, Bolqarıstan 
və s. ölkələri əhatə edib. ALİ-1, ALİ-2, ALİ-3 məntiqlərinin 
yeniliyi ondadır ki, onlar qeyri-müəyyənlik şəraitində insan 
təfəkkürünü, nəticə çıxartmaq mexanizmini başqa 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------71------------------------------------ 
məntiqlərə nisbətən daha dəqiq və dürüst yazır (Aristotel 
məntiqi ikili (binar) məntiqdir, qeyri-müəyyənliyi, 
ümumiyyətlə, nəzərə almır). 
1996 və 1999-cu illərdə Rusiyanın strateji təyinatlı 
raket 
qoşunları 
hərbi 
akademiyasının 
alimləri 
eksperimental yolla bu üç məntiqin başqa məntiqlərdən 
üstünlüyünü isbat etmiş və bu üç məntiq strateji səma 
obyektlərinin idarə olunmasında və diaqnostikasında 
istifadə olunmuşdur. Alimin sonrakı elmi işləri postmodern 
hesablama və informasiya texnologiyalarının sinerjisinə 
(qovuşmasına) əsaslanan və əsası dövrümüzün ən böyük 
elm dühası olan professor Lütfi Zadə tərəfindən qoyulan 
soft komputinq və ədəd əvəzinə, sözlə hesablama
nəzəriyyələrinin və texnologiyalarının yaranmasına və 
inkişafına həsr olunub.
Artıq bir neçə ildir ki, “Zadə irsi və süni intellekt” 
Assosiasiyası fəaliyyət göstərir. Bu assosiasiya indi əsasən 
iki istiqamətdə iş aparır. 
Birincisi, qeyri-səlis məntiq, soft kompütinq, 
hesablama intellekti, sözlə və persepsiya ilə hesablama 
sahəsində hər il beynəlxalq konfranslar və simpoziumlar 
təşkil edir. Bu günədək Almaniya, İran, Türkiyə, İtaliya, 
İspaniya və başqa ölkələrdə 10-dan çox belə konfranslar 
təşkil olunub. 
İkincisi, Azərbaycanda assosiasiyanın daimi elmi 
seminarları keçirilir ki, bu seminarlarda dünyanın, o 
cümlədən Azərbaycanın sanballı alimləri aldıqları orijinal 
elmi nəticələrlə çıxış edirlər. 
Məlum olduğu kimi, süni intellektin ən bariz 
nümunəsi olan 5-ci nəsil kompüterlər qeyri-səlis məntiqə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------72------------------------------------ 
əsaslanır. Qeyri-səlis məntiq R.Əliyev tərəfindən obrazlı 
şəkildə belə izah olunur: Aristotel məntiqi ilə mühakimə 
yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə 
qavrayır, Zadə məntiqi isə dünyanı bütün çalarları ilə 
qavramağa imkan verir. Çünki Aristotel məntiqi ikili 
məntiqdir, Zadə məntiqi çoxmənalı (kəsilməz qiymətli) 
məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da 
yalan ola bilər. Zadəyə görə, hər bir müddəanın doğruluq 
dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir 
arasında) kəsilməz qiymətlər alır. Zadə məntiqində real 
həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu 
məntiqdə tolerantlıq daha çoxdur. Aristotel məntiqinə 
görə, bir adam ya dostdur, ya düşmən. Zadə məntiqinə 
görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda 
münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost 
və s.). Formal məntiqi dildə desək, Zadəyə görə, 0 ilə 1 
arasında çoxlu rəqəmlər vardır.
Albert Eynşteyn fizikada inqilab etdi, klassik 
mexanika ilə kvant mexanikasının sərhədini göstərdi.
Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) 
yaratdı.
Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən 
qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat 
və başqa qeyri-səlis elmlər yarandı. Bu gün qeyri-səlis 
məntiq sahəsində 50-dən çox elmi jurnal nəşr olunur, hər 
il 100-dən artıq beynəlxalq konfrans və simpoziumlar 
keçirilir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------73------------------------------------ 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin