.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------101------------------------------------
İNTELLEKTUAL SİSTEM:
MAHİYYƏTİ VƏ TƏSNİFATI
İntellektual sistem dedikdə, nüvəsi biliklər bazası
(BB) və ya predmet oblastının modeli olan, təbii dilə yaxın
yüksək dil səviyyəsində təsvir olunan sistem nəzərdə
tutulur. Bu sistem intellektual texnologiyalar əsasında
fəailyyət göstərir. İntellektual texnologiyalar biliklərin
emalı paradiqmasına söykənir.
Təbii dilə yaxın olan yüksək dil səviyyəsi
biliklərin
təqdimolunma dili (BTD) adlandırılr.
İntellektual sistemlər ən çox informasiyanın məntiqi
emalının hesablamadan üstün olduğu çətin məsələlərin
həlli üçün tətbiq olunur.
Hal-hazırda iqtisadiyyatın ayrı-ayrı sahələrində
avtomatlaşdırılmış informasiya sistemlərinin hazırlanması
və tətbiqi üzrə böyük təcrübə toplanmışdır. Bu təcrübə
belə sistemlərin biliklərə əsaslanan intellektuallığını
artırmaqla tətbiq sahəsinin səmərəliliyini artırmağa imkan
verir.
Təbii dilin və neyron hesablayıcı sistemlərin emal
sistemləri olan intellektual sistemlər və onun bir hissəsi
olan ekspert sistemlərin məhsuldarlığı zaman keçdikcə
yüksəlir və çətin məsələlərin həlli asanlaşır.
İntellektual sistemlərin tətbiqinin iqtisadiyyat və
biznesdə perspektiv sahələri aşağıdakılardır:
•
İstehsalın idarə edilməsi;
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------102------------------------------------
•
İstehsal
və
firmadaxili
planlaşdırma
və
proqnozlaşdırma;
•
Marketinq və satışın idarə edilməsi;
•
Maliyyə menecmenti;
•
Risk-menecment;
•
Bank sahəsi;
•
Ticarət;
•
Fond birjası.
İntellektual sistemlər daha çox marketinqdə,
bazarın seqmentləşdirilməsi və marketinq proqramlarının
istehsalında, neyron şəbəkələr valyuta bazarlarında səhm
kotirovkalarının proqnozlaşdırılmasında, ekspert sistemlər
isə firma üçün işçi heyətin seçilməsi və strateji qərarların
qəbul edilməsində tətbiq edilir.
İntellektual sistemlər müxtəlif əlamətlərə görə
təsnifləşdirilir:
Qurğuya görə intellektual sistemlər neyron
şəbəkələr və ekspert sistemlərə bölünür. Neyron
şəbəkələrin və ekspert sistemlərin qurulması müxtəlifdir.
Tətbiq olunma sahəsinə görə intellektual
sistemlər iqtisadi məsələlərin həllinə yönələn, marketinq
tədqiqatları üçün hazırlanan və hüquqşünaslıqda
qərarların qəbul edilməsi üçün nəzərdə tutulan sistemlərə
bölünür.
Məsələlərin həllinə görə intellektual sistemlər
məsləhət verən, test edən, diaqnostika edən və s.
sistemlərə bölünür.
Hal-hazırda intellektual sistemlər, faktiki olaraq az
qala, bütün sahələrdə istifadə olunur. Hələ 1989-cu ildə
ABŞ-da süni intellektin proqram və aparat vasitələrinin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------103------------------------------------
satışından əldə olunan illik gəlir 870 milyon dollar, 1990-cı
ildə isə bu rəqəm 1,1 milyard dollar təşkil etmişdir.
Sonralar gəlirin 30%-lik artımı daha da artan templərlə
dəyişmişdir.
İntellektual sistemlərin ən çox yayılan növü ekspert
sistemlərdir.
Müasir ekspert sistemlər daha aşağı təcrübəyə malik
mütəxəssislərin konkret tədqiqat sahəsinə aid məsələlərin
həllində
köməklik
edən
mürəkkəb
proqram
kompleksləridir. İntellektual sistemlərin inkişaf edən
sahəsi olan ekspert sistemlər ənənəvi riyazi model
metodları ilə həll olunmayan elm və texnikanın müxtəlif
sahələrində informasiyanın emalı üçün nəzərdə tutulub.
Bu sahələrdə informasiyanın məntiqi emalı və ekspertlərin
təcrübəsi vacibdir.
Ekspert sistemlərin tətbiqini vacib edən bir neçə şərt
vardır:
•
Başqa işçilərə kömək üçün mütəxəssis çatışmazlığı;
•
Kiçik məsələlərin həlli mütəxəssislərin çoxsaylı
kollektivini tələb edir ki, bu mütəxəssislər də lazımi
qədər biliklərə malik deyillər;
•
Məhsuldarlığın aşağı düşməsi bir neçə şərtdən asılı
ola bilər ki, bu da adi mütəxəssis tərəfindən
ayrılmış vaxtda başa düşülə bilməz;
•
Ən yaxşı və ən pis icraçıların məsələləri həll
etmələri arasındakı fərqin böyüklüyü;
•
Qoyulan məsələlərin həllinin öhdəsindən daha da
yaxşı gələn rəqiblərin mövcudluğu.
Hal-hazırda ekspert sistemlərin olmadığı, ən
azından buna cəhd olunmayan sahə yoxdur. Hələ 1987-ci
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------104------------------------------------
ildə
“Intelligent
Technologies”
(ABŞ)
jurnalının
istifadəçilərdən götürdüyü sorğusuna görə aşağıdakı
nəticələr alınmışdır:
•
25 % istifadəçilər ekspert sistemlərdən istifadə
edir;
•
25 % istifadəçilər yaxın 2-3 ildə ekspert sistemlərin
tətbiqini planlaşdırır;
•
50 % istifadəçilər istifadənin səmərəli olduğuna
görə tədqiqatların aparılmasını üstün tuturlar.
Ekspert və intellektual sistemlərin digər proqram
vasitələrindən fərqi biliklərin predmet oblastının
mütəxəssisi tərəfindən başa düşülən, ona əlavə və
dəyişikliklər edilə bilən formada saxlanılan biliklər
bazasının olmasıdır.
Dostları ilə paylaş: |