Q E Y D L Ə R:
Alan Tyurinq (ingiliscə Alan Mathison Turing) 23
iyun 1912-ci ildə anadan olmuşdur. 7 iyun 1954-cü ildə
dünyasını dəyişmişdir. İngilis riyaziyyatçısıdır, məntiq
və kriptoqraf ilə məşğul olmuş, informatikanın
inkişafına böyük tövhələr vermişdir. Britaniya
İmperiyasının Ordenli kavaleridir. London Kral Birliyinin
üzvüdür. 1936-cı ildə təklif etdiyi abstrakt “Tyurinq
Maşını” hesablama maşınını indiki zamanda istifadə
olunan ümumi təyinatlı kompüter modeli hesab etmək
olar. Bu modeldən hal-hazırda nəzəri və praktik
tədqiqatlarda geniş istifadə olunur. A.Tyurinqin əsərləri
informatikanın əsaslarını (qismən də süni intellektual
nəzəriyyəni) öyrənmək üçün ümumi qəbul edilmiş elm
xəzinəsidir. İkinci Dünya Müharibəsi zamanı A.Tyurinq
Bletxli-parkda yerləşən Dövlət “Kodlar və Şifrələr”
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------112------------------------------------
məktəbində işləyir. Məktəbin əsas məqsədi kodlanmış
və şifrələnmiş informasiyaların kodunu “qırmaq” idi.
Məktəbdə A.Tyurinq Alamaniyanın hərbi-dəniz flotunun
göndərdiyi şifrələnmiş informasiyanı kriptoanalız
aparmaqla şifrəsini qırmaq üçün yaradılmış Hut 8
qrupuna rəhbərlik edirdi. Onun tərəfindən bir neçə
“sındırma” üsulları işlənib hazırlanmışdı. Alimin verdiyi
təlimatlara əsasən hazırlanmış “Bombe-maşın” alman
ordusunda istifadə edilən ENİQMA maşınının şifrələdiyi
informasiyanı qısa bir müddət ərzində “qırırdı”.
Müharibədən sonra alim Milli fizika laboratoriyasında
işləyir. Onun layihəsi əsasında dünyada ilk yaddaşı olan
kompüter hazırlanır. A.Tyurinq riyazi biologiya ilə
maraqlanır. Morfoqenizin kimyəvi əsasları barədə
məqalə çap etdirir. 1950-ci ildə kompüterin süni
intellektini qiymətləndirmək üçün yararlı olan empiriq
Tyurinq testini təklif edir. 1954-cü ildə A.Tyurinq özünü
sianid turşusu ilə zəhərləyir. Hal-hazırda İngiltərədə
Alan Tyurinq adına mükafat təsis edilmişdir. Bu
mükafat informatika sahəsində ən nüfuzlu mükafat
hesab olunur.
Rene Dekart (fransızca Rene Descartes: 31 mart
1596–ci il, Laz şəhəri, 11 fevral 1650-ci il, Stokholm),
fransız fəlsəfəçisi, riyaziyyatçı, fizik, mexanik, fizioloq,
analitik həndəsənin və müasir cəbrin simvollarının
yaradıcısı, fəlsəfədə radikal şübhələr üsullarının müəllifi,
fizikada mexanisizmin və çarçı refleksologiyanın
müəllifidir. Dekart qədim, amma kasıblaşmış de Kart
zadəgan ailəsində anadan olmuşdur. Uşaqlıq illərində
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------113------------------------------------
hər şeylə maraqlanması ilə qardaşlarından seçilmişdir.
İlkin təhsilini yezuit (yezuit-mürtəce katolik ruhaniləri
cəmiyyətinin üzvü, katolik rahibi) kollecində almışdır.
Kollecdə Maren Marsen ilə tanış olur (M.Marsen
sonralar Fransanın elmi həyatının koordinatoru seçilir).
Marsen ilə tanışlığı onda o zamankı fəlsəfəyə skeptik
(hər şeydən şübhələnən adam, hər şeyə şübhə ilə
baxan adam) münasibəti yaradır. Bu fəlsəfi axından
yararlanan Dekart özünə məxsus metodu - həyata
keçirilən təcrübələri deduktiv (riyazi) mühakimə edə
biləcək dərk etmə metodunu formalaşdırır. 1621-ci ildə
Dekart kolleci bitirdikdən sonra Puatyedə qanunlarla
maraqlanır, sonra isə Parisə köçür və orada riyazi
tədqiqatlarla məşğul olur. 1617-ci ildə hərbi qulluğa
daxil olur və əvvəlcə Hollandiyada baş vermiş
inqilabda, sonra isə Almaniyada baş vermiş inqilabda
və nəhayət Praqa uğrunda aparılan 30 illik müharibədə
iştirak edir. Hollandiyada olarkən o, görkəmli fizik və
naturfəlsəfəçi İsaak Bekman ilə tanış olur. Bu tanışlıq
ona bir alim kimi yetişməsində hiss ediləcək istiqamət
verir. Dekart bir neçə il Parisdə yaşayır və yaşadığı
müddətdə elmi işlərlə məşğul olur. Bu ərəfədə o, heç
kimin fikir yetirmədiyi elm sahəsi olan
virtual sürət
prinsipini ixtira edir. Sonralar o yenə də dövlətlər
arasında aparılan müharibə iştirakçısı olur. Fransada
olarkən kilsə onu yezuitizmlə məşğul olduğu üçün küfr
adlandırır və o, məcburiyət qarşısında qalaraq
Hollandiyaya köçür. Hollandiyada etibarlı dostu
Mersenin köməyilə Avropanın bir çox görkəmli alimləri
ilə yazışır. Dekart müxtəlif elm sahələrinə yiyələnmişdir,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------114------------------------------------
o cümlədən təbabət və meteorologiya elmlərini
dərindən öyrənir.
Rene Dekart Qotfrid Vilhelm Leybnis
1634-cü ildə alim özünün ilk proqram kitabını –
“Mir” (Le Monde - Dünya) – kitabını tamamlayır. Kitab
iki hissədən: “Kainat haqqında traktakt” və “İnsan
haqqında traktakt” - ibarət idi. Bu ərəfədə artıq kilsə
xadimləri tərəfindən inkvizisiya (düşmənləri ilə vəhşi və
amansız üsullarla mübarizə etmək üçün katolik kilsənin
XIII əsrin əvvəlində təşkil etdiyi məhkəmə-polis
təşkilatı, işkəncə, əzab vermə) həyata keçirilirdi. Kilsə
xadimləri Q.Qalileyi daima incidir və təhqir edirdilər.
Buna görə də Dekart öz əsərini sonralar dostu
Mersenin köməyilə çap etdirir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------115------------------------------------
Qotfrid Vilhelm Leybnis (almanca Gottfried
Wilhelm von Leibniz) alman flosofu, məntiqçisi,
riyaziyyatçısı, mexaniki, fiziki, hüquqşünası, diplomatı,
yaradıcısı və dilçisi. Berlin Elmlər Akademiyasının
yaradıçısı
və
ilk
prezidenti.
Fransız
Elmlər
Akademiyasının üzvü. Leybnisin elmi nəaliyyətlərinə:
riyazi analizi, differensial və inteqral hesablamaları,
riyazi məntiqi, 0 və 1-dən istifadə etməklə ikilik say
sistemini, kinetik enerjini, enerjinin saxlanma
qanununu və s. göstərmək olar. Alim alman klassik
fəlsəfəsinin
sələfidir,
monadologiya
(İdealist
fəlsəfəsində monadalar nəzəriyyəsi) adlanan fəlsəfi
sistemin yaradıcısıdır.
Norbert Viner F.Rozenblatt
Amerika riyaziyyatçısı Norbert Viner 26 noyabr
1894-cü ildə Missuri ştatının Kolumbiya şəhərində
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------116------------------------------------
anadan olmuşdur. Atası Leo Viner Rusiyanın Belostok
şəhərindəndir, Qarvard universitetində “Slavyan dili və
ədəbiyyatı” kafedrasına rəhbərlik etmişdir. N. Viner
1964-cü ildə dünyasını dəyişmişdir. Alim yazdığı
“Kibernetika” funtamental əsərində bu sahəni əsaslı
şəkildə şərh etmişdir. N.Viner riyazi analiz, ehtimal
nəzəriyyəsi, hesablama texnikası və elektrik şəbəkəsi
haqqında elmi əsərlər yazmışdır. İkinci Dünya
Müharibəsi zamanı hava hücumlarından müdafiə
sistemləri ilə məşğul olmuşdur. Sonrakı illərdə
kibernetika (texnikada, canlı orqanizmdə və insan
cəmiyyətində informasiyanın təhlili və əlaqəsi, idarə
olunması və s.) elmi ilə məşğul olmuşdir.
Frenk Rozenblatt (Frank Rosenblatt: 1928-1971)
psixologiya və süni intellektin neyrofiziologiyası sahə-
sində məşhur amerika alimidir. Rusiya İmperiyasının
Ukrayınada yerləşən Xmelinski vilayətindən Amerikaya
miqrasiya olunmuş sosioloq və iqtisadşı F.F.Rozenblatın
ailəsində üçüncü övladdır. Prinston universitetini
bitirdikdən sonra 1958-1969-ci illərdə Kornelı
universitetində elmi araşdırmalar ilə məşğul olur, “Mark
1” hesablama maşınını ixtira edir. “Mark 1” ilk
neyrokompüter hesab edilir və neyron şəbəkəsi olan
perseptron
üzərində qurulmuşdur. Alim bu sahə ilə
məşğul olmaqla “əməyin düzgün təşkil edilməsi üçün
hesablama maşınlarından və ya insan dərrakəsindən
istifadə
etməklə
informasiyanın
işlənməsinin
funtamental qanunları”nı araşdırır, yüksək səviyyəyə
qaldırmaq məsələləri ilə daima məşğul olur, bu barədə
həmişə düşünür. 1962-ci ildə “Neyrodinamikanın
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------117------------------------------------
prinsipləri. Perseptronlar və beyin mexanizmi
nəzəriyyəsi” adlı kitabı çap etdirir.
IEEE 2014-cü ildə bu sahə ilə məşğul olan alimləri
mükafatlandırmaq üçün “Frank Rozenblatt” adına
mükafatını təsis edir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------118------------------------------------
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------119------------------------------------
Dostları ilə paylaş: |