Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6


İNFORMATİKA VƏ SÜNİ İNTELLEKT



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
İNFORMATİKA VƏ SÜNİ İNTELLEKT 
 
Artıq qeyd edildiyi kimi, süni intellekt, həlli üçün 
dörd əsas istiqamət üzrə tədqiqat aparılan kompleks elmi-
texniki problemdir. Bugün elmi-texniki tərəqqi sayəsində 
EHM-dən istifadənin mövcud texnologiyasından yeni 
informasiya texnologiyasına və müvafiq olaraq verilənlərin 
emalı sənayesindən intellektual sistemlər sənayesinə 
keçid baş verir. 
Süni intellekt problemləri üçün sözügedən elmi 
istiqamətlər barədə bir qədər ətraflı dayanmağa ehtiyac 
vardır. 
İnsan fəaliyyətinin müxtəlif sferalarına, o cümlədən, 
idarəetmə sistemlərinə, yeni texniki sistemlərin 
layihələşdirilməsinə və qurulmasına hesablayıcı texnika və 
robotların kütləvi şəkildə tətbiqi süni intellekt üzrə 
tədqiqatları ön plana keçirərək, əslində, intellektual 
sistemlər sənayesinin bərqərar olmasına gətirib 
çıxarmışdır. Bu prosesin sürətlənməsində 5-ci nəsil EHM 
yaradılmasına dair Yaponiya proqramının (1979-cu il) və 
1983-cü ildə ABŞ-da strateji kompüter proqramının qəbul 
edilməsi mühüm rol oynamışdır. Müvafiq proqramlar 
İngiltərə, Fransa, Almaniya və digər Qərbi Avropa ölkələri 
tərəfindən də qəbul edilmişdir. 
”Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) üzvü olan 
ölkələrin 2000-ci ilə kompleks elmi-texniki tərəqqisi 
proqramında” ilk prioritet istiqamət olan ”Xalq 
Təsərrüfatının elektronlaşdırılması”nda süni intellekt 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------126------------------------------------ 
prinsiplərindən istifadə edilməklə saniyədə 10 milyard 
əməliyyat icra edən yeni nəsil super-EHM yaradılması ön 
planda dururdu. Bu proqramda xüsusilə mürəkkəb elmi 
məsələlərin həllində, iqtisadiyyatın idarə edilməsində, 
verilənlər bazalarının yaradılmasında istifadə edilən 
maşınla insan arasında mükəmməl ünsiyyət vasitələrinin 
yaradılması məqsəd olaraq təyin edilmişdi.
Süni intellekt sahəsində görülən işlərin inkişafını 
aşağıdakı məlumatlar əyani olaraq göstərir. Belə ki, 1985-
ci ildə ABŞ, Qərbi Avropa və Yaponiya bu iş üçün 350 
milyon dollar xərcləmişdi. 1990-cı ildə isə süni intellekt 
sahəsinə 19 milyard dollar xərclənmişdi ki, bunun da 12 
milyardı ABŞ-ın, 5 milyardı Yaponiyanın, 2 milyardı Qərbi 
Avroa ölkələrinin payına düşmüşdü. Göründüyü kimi, süni 
intellektin inkişafına vəsait qoyuluşunun artım tempi 
iqtisadiyyatın heç bir sahəsində müşahidə edilməmişdir.
Süni intellektə həsr edilmiş çoxsaylı nəşrlər və 
keçirilmiş irimiqyaslı konfranslar mühüm əhəmiyyət 
daşımışdır. 
Süni intellekt sahəsi üzrə kadr hazırlığı da qabaqcıl 
ölkələrin diqqət mərkəzində olmuşdur. 
Süni intellekt sahəsində 
aparılan 
tədqiqat 
istiqamətləri aşağıdakılardır: 
Birinci istiqamət - EHM-də yaradıcılıq proseslərinin 
ayrı-ayrı funksiyalarının (məsələn, oyun məsələlərinin 
(şahmat, dama, domino və s) həlli, teoremlərin avtomatik 
isbatı, proqramların avtomatik sintezi, musiqi əsərlərinin 
təhlili və sintezi və s.) modelləşdirilməsi;
İkinci istiqamət - EHM-in xarici (xarici, o mənada ki, 
intellektual sistemlər ilk mərhələdə mövcud arxitekturalı 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------127------------------------------------ 
EHM-lər, o cümlədən, fərdi EHM-lər üçün əlavə qurğu 
şəklində quraşdırılırdı) intellektuallaşdırılması: kompleks 
dialoq interfeysinə aid fundamental və tətbiqi tədqiqatlar; 
Üçüncü istiqamət 

EHM-in daxili 
intellektuallaşdırılması: süni intellekt prinsipləri ilə 
qurulmuş və səmərəli intellektual sistemlər qurmaq üçün 
nəzərdə tutulan yeni arxitekturalı hesablayıcı maşınlar; 
Dördüncü istiqamət - robotların məqsədyönlü 
davranışı (insan tərəfindən qoyulmuş məqsədlərə çatmaq 
üzrə əməliyyatları sərbəst şəkildə icra etməyə qabil olan 
intellektual robotların yaradılması); 
Beşinci istiqamət - yerdə, havada və suda fəaliyyət 
göstərmək üçün nəzərdə tutulan sərbəst işləyən nəqliyyat 
vasitələri (Adətən beşinci istiqamət xüsusi olaraq 
ayrılmır).
Birinci istiqamət digər istiqamətlərdən əvvəl 
inkişaf etdiyindən ”süni intellekt” termini də bu 
istiqamətdə yaranmışdır. 
İkinci istiqamət hal-hazırda daha coşqun inkişaf 
edir və praktiki olaraq süni intellektin daha vacib inkişaf 
istiqamətidir. Süni intellekt, sözün həqiqi mənasında, 
avtomatlaşdırılmış 
planlaşdırma 
sistemlərinin, 
avtomatlaşdırılmış idarəetmə sistemlərinin, avtomatik 
layihələşdirmə sistemlərinin, elmi tədqiqat sistemlərinin və 
istehsalın 
operativ 
idarə 
edilməsi sistemlərinin 
səmərəliliyini kəskin şəkildə yüksəltmişdir. Səmərəliliyin 
bu cür kəskin artımı son istifadəçinin işinin süni intellekt 
sayəsində intensivləşməsi ilə bağlıdır.
Predmet oblastı mütəxəssisi təbii dilin bir bölməsi 
olan öz peşə dili hüdudlarından kənara çıxmamaqla:



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------128------------------------------------ 

Öz iş yerindən verilənlər (biliklər) bazalarına 
müraciət edib lazımi sənəd və ya faktoqrafik 
informasiyanı əldə etmək, lazım gəldikdə, 
kitabxana şəbəkəsinə və ya paylanmış verilənlər 
bazaları şəbəkəsinə çıxmaq imkanı qazanır; 

Riyazi modellərinin mürəkkəbliyindən 
asılı 
olmayaraq layihələşdirmə, 
planlaşdırma 
və 
idarəetmə məsələlərinin həlli və hesablama 
prosesinin bütün mərhələlərini dialoq rejimində 
nəzarətdə saxlamaq imkanına malik olur; 

Predmet oblastı barədə EHM-də toplanmış 
biliklərdən istifadə edərək mürəkkəb sistemlərdəki 
prosesləri tanımaq və diaqnostikasını aparmaq, 
qərar qəbul etmək, fəaliyyət planları tərtib etmək, 
fərziyyələr irəli sürüb yoxlamaq, müşahidə nəticələ-
rindəki qanunauyğunluqları aşkara çıxarmaq, 
məntiqi nəticə çıxarmaq imkanı əldə edir. 
Birinci imkan intellektual informasiya-axtarış 
sistemləri ilə gerçəkləşdirilir.
İkinci imkan intellektual tətbiqi proqram paketləri və 
bunların sonrakı inkişafının nəticəsi kimi meydana çıxan 
və planlaşdırma, layihələşdirmə, diaqnoz və sair məsələ-
lərinin paylanmış kollektiv həlli üçün nəzərdə tutulan 
hesablama-məntiq sistemləri ilə reallaşdırılır. 
Üçüncü imkan çətin formallaşdırılan biliklər 
sahəsində intensiv şəkildə yayılan ekspert sistemləri ilə 
reallaşdırılır. Ənənəvi ekspert sistemlərlə hesablama-
məntiq sistemlərinin inteqrasiyası olan hibrid ekspert 
sistemlər daha vacib əhəmiyyət daşıyır. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------129------------------------------------ 
Üçüncü istiqamət yeni nəsil EHM yaratmaq 
probleminin həllinə yönəldilmişdir. Çünki süni intellekt 
məsələləri üçün yeni arxitekturalı EHM və informasiyanın 
simvol emalı üzrə yeni metodlar yaratmaq tələb olunur. 
Hətta ədədi informasiya emalına yönəldilmiş ənənəvi 
arxitekturalı EHM-in də hesablayıcı resurslarının cəmi 10-
12%-i ədədi informasiya emalına, 90%-ə qədəri isə 
əməliyyat sistemlərində, translyatorlarda, yaddaşa 
müraciət hallarında, virtual maşınlarda multiproqram 
rejiminin təşkilində simvol emalına sərf olunur. Bununla 
əlaqədar olaraq süni intellekt məsələləri üçün ənənəvi 
arxitekturalı EHM-lər, hətta ədədi verilənlərin paralel 
işlənməsinə imkan verən EHM-lər də kifayət qədər 
səmərəli deyildir. Bundan əlavə, daxili intellektuallaşdırma 
vasitələrindən biri də bir sıra proqramların aparat 
cəhətdən dəstəklənməsidir. Bu isə verilənlər bazası 
maşınları və biliklər bazası maşınları, linqvistik 
prosessorlar və s. yaranmasına gətirib çıxarmışdır. 
Dördüncü istiqamət intellektual robotların 
yaradılmasına yönəldilmişdir. Bu isə həm ixtisaslaşdırılmış 
EHM-lərin, həm də mexaniki və energetik sistemlərin: 
sensorların, mühərriklərin və s. tam bir kompleksinin 
yaradılmasını tələb edən elmi-texniki problemdir. Bütün 
süni intellekt sistemləri kimi, intellektual robotlar da 
biliklərə istinad edir. Xarici mühit barədəki biliklər 
robotların bort EHM-inə çoxsaylı görmə, eşitmə, 
radiolokasiya, taktil və s. sensorlarından daxil olur. 
Robotların bort EHM-ini nəhəng informasiya axınlarından 
azad etmək üçün həmin informasiyanı əvvəlcədən 
intellektual sensorlarda emal etmək olar. Bu cür 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------130------------------------------------ 
intellektual sensorlara nümunə kimi müxtəlif şəkil emalı 
sistemləri göstərilə bilər. Robotun bort EHM-inə daxil olan 
biliklər situativ olduğundan, onların emalı real vaxt 
rejimində həyata keçirilməsini tələb edir. Buna görə də 
avtonom (sərbəst) nəqliyyat vasitələri üçün nəzərdə 
tutulan bort EHM-in əsasən informasiyanın simvol emalı 
üçün məsuldarlığı saniyədə 10 milyard əməliyyat 
olmalıdır. 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin