EKSPERT SİSTEMLƏRİ
Ekspert sistemlərinin böyük sürətlə populyarlaşması
və aktuallaşması ona gətirib çıxarmışdır ki, müxtəlif insan-
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------171------------------------------------
maşın sistemləri üçün tərtib edilmiş proqramları onların
müəllifləri ekspert sistem kimi təqdim etməyə cəhd
edirlər.
Ekspert sistemi dedikdə, insan-ekspert bilikləri və
mühakimə texnikasından istifadə edən EHM proqramı
nəzərdə tutulur. Ekspert sisteminin digər insan-maşın
sistemlərindən əsas fərqləndirici xüsusiyyəti tərkibində
izahedici altsistemin olmasıdır.
İzahedici alt sistem çıxardığı nəticəni istifadəçiyə
“necə” və “nə üçün” çıxardığını izah edir. Bununla da
izahedici alt sistem istifadəçiyə çıxarılmış nəticəyə
güvənmək üçün əsas verir. İzahedici alt sistem olmazsa,
iki qəbuledilməz alternativ mümkündür:
•
EHM-in verdiyi həllə inamın inkar edilməsi;
•
EHM-in verdiyi həllin gerçək olduğunun qeyd-
şərtsiz qəbul edilməsi.
Yuxarıda göstərdik ki, tətbiqi proqram paketləri
kitabxanası
hesablama-məntiq sistemlərində
və
intellektual tətbiqi proqramlar paketlərində riyazi
modelləşdirmə və hesablayıcı eksperimentlərdə geniş
istifadə edilən proqram modulları yığımıdır. Bunlar
fundamental fizika və mexanika qanunlarına əsaslanan
modellər, həmçinin, əməliyyatların tədqiqində və
iqtisadiyyatda tətbiq edilən optimallaşdırma modelləridir.
Halbuki ekspert sistemlərində süni intellektin xüsusi
formalizmlərində qurulmuş və məntiq-linqvistik modelləri
adlanan modellərdən istifadə edilir. Bir halda ki, ekspert
sistemləri biliklərə və biliklərin manipulyasiyasına
yönəldilmişdir, deməli, modelləşdirmənin yeni növü –
“idrak fəaliyyətinin modelləşdirilməsi” yaranmışdır ki, bu
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------172------------------------------------
da, elmi tədqiqatlar da daxil olmaqla, geniş tətbiq
sahəsinə malikdir.
Elmi tədqiqatların
xarakterik
mərhələləri
aşağıdakılardan ibarətdir:
-ilkin empirik verilənlərin yığılması və emalı;
-verilənlərin, yeni faktların aşkara çıxarılması
məqsədi ilə, riyazi və nəzəri-məntiqi emalı, obyektiv
gerçəkliyin nəzəri və empirik əsaslandırılması;
-elmi faktların ümumiləşdirilməsi əsasında tədqiq
edilən proses və hadisələrin fundamental münasibətlərini
və əlaqələrini əks etdirən yeni nəzəriyyələrin yaradılması.
Elmi tədqiqatların bu günədək davam edən birinci
mərhələsi verilənlərin emalı sistemlərinin tətbiqi, verilənlər
bazaları və verilənlər bazalarını idarəetmə sistemlərindən,
həmçinin, sənədli və faktoqrafik informasiya-axtarış
sistemlərindən istifadə edilməsi hesabına kifayət qədər
tam avtomatlaşdırılmış olsa da, ikinci və üçüncü
mərhələnin avtomatlaşdırılması ilə bağlı görüləcək iş
olduqca mürəkkəbdir. Bu sahədə riyazi modelləşdirmə və
hesablayıcı eksperiment həlledici əhəmiyyət daşıyır.
Lakin bu sonuncu fikir yalnız riyazi model qurmaq
mümkün olan elmlərə aiddir.
Tibb, biologiya, geologiya, kimya və s. kimi elmlərdə
alimlərin fəaliyyəti bu mərhələlərdə avtomatlaşdırılmamış
qalır. Buna görə də idraki aktivliyin modelləşdirilməsi
məsələlərini həll edən ekspert sistemləri elmin bu
sahələrində daha çox populyarlaşmışdır.
İdraki aktivlik ona əsaslanır ki, insanların
(ekspertlərin):
1)
Bilikləri toplamaq;
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------173------------------------------------
2)
Bilikləri ümumiləşdirmək;
3)
Problemləri dərk etmək və aşkarlamaq;
4)
Problemin həlli üçün mühakimə yürütmək,
natamam informasiyadan gerçəyəbənzər nəticə
çıxarmaq;
5)
Öz davranışına haqq qazandırmaq və yürütdüyü
mühakimələri izah etmək;
6)
Başqa insanlarla qarşılıqlı fəaliyyət göstərmək və
bu yolla biliklər toplamaq;
7)
Öz biliyini yenidən qurmaq və yenidən təşkil
etmək;
8)
Davranış haqqında mühakimə yürüdərkən tətbiq
edilən qaydaların mahiyyətini anlamaq;
9)
Problemin onun (və ya onların) səlahiyyətinə aid
olub-olmamasını, bu problemi onun (və ya
onların) həll etməyə məsul olub-olmamasını təyin
etmək kimi qabiliyyətləri vardır.
Bu siyahıdan hansıları ekspert sisteminin köməyi ilə
gerçəkləşdirmək olar?
Biliklərə əsaslanan sistem olmaqla, ekspert
sistemləri bugün ilk iki xassəni (bəndi) gerçəkləşdirə bilir,
dördüncü xassə (bənd) isə dialoq rejimində məsləhətlər
vermək şəklində həyata keçirilir. Üçüncü xassə (bənd) –
insanın müstəsna hüququ olsa da, ekspert sistemi ilə
dialoq zamanı insanın bu qabiliyyəti əhəmiyyətli dərəcədə
intensivləşir. Beşinci xassə (bənd) yalnız ekspert
sistemində izahetmə və etibaretmə alt sistemlərində
gerçəkləşdirilir. Yeddinci xassə (bənd) ekspert sisteminin
layihələşdiriciləri və sonra istifadəçiləri tərəfindən
reallaşdırılır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------174------------------------------------
Ekspert sistemləri aşağıdakı funksiyaları icra edə
bilir:
•
Verilənlərin qiymətini təyin etmək məqsədi ilə
onların interpretasiyası (şərhi);
•
Texniki və bioloji sistemlərin vəziyyətinin, küysəl
(Küylə, uğultu ilə zibillənmiş, entropiyalı, pis
yazılan, pis oxunan, düzgünlüyü şübhə doğuran və
s.) verilənlərin interpretasiyası əsasında, təyini və
ya həmin vəziyyətə diaqnoz qoyulması;
•
Monitorinq sistemləri vasitəsilə yoxlama müşahidəsi
və ya müşahidə edilən obyektlərin (məsələn,
reanimasiya şöbələrinin, nüvə reaktorlarının və s.)
kritik vəziyyətlərinin verilənlərinin real vaxt
miqyasında kəsilməz müşahidə altına alınması;
•
Keçmişdəki və indiki vəziyyətlərin modelləşdirilməsi
əsasında gələcək inkişafın proqnozlaşdırılması;
•
Qoyulmuş məqsədlərə çatmaq üçün tədbirlərin və
fəaliyyətin planlaşdırılması və işlənib hazırlanması;
•
Qoyulmuş tələblərə cavab verən obyektlərin
qurulması üzrə layihələşdirmə və dəqiq icra
cədvəllərinin hazırlanması.
İdraki aktivliyin modelləşdirilməsi və ekspert
sistemləri nəzəriyyəsi baxımından, yeni informasiya
texnologiyaları daha geniş aspektdə müəyyən qədər
başqa anlam daşıyır.
Yaxın gələcəkdə ekspert sistemləri biliklərin təqdim
edilməsini, yığılmasını, istifadə edilməsini və ötürülməsini
kütləvi surətdə elektron texnologiyasına keçirəcəkdir.
Nəşriyyat materiallarında toplanmış biliklər təqdimat
baxımından, passiv mahiyyətlidir. Belə ki, daim meydana
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------175------------------------------------
çıxan problemləri həll etmək üçün kitablarda toplanmış
bilikləri tətbiq etməzdən əvvəl, onları axtarıb tapmaq,
şərh etmək lazım gəlir. Bilikərin yenilənməsi baxımından
da, kitablar passivdir. Bundan əlavə, kitablardakı biliklərin
başqa adamlara ötürülməsi prosesləri də çevik deyildir.
Əlbəttə, biliklərin elektron təqdimatı dedikdə, heç də
kitablardakı mətnlərin EHM yaddaşına sadəcə, yalnız
köçürülməsi nəzərdə tutulmur. Kitablardakı ekspert
biliklərinin EHM yaddaşına daxil edilməsindən əvvəl onlar
biliklərin təqdim edilməsi üçün yaradılmış xüsusi dillərə
tərcümə edilməli, yəni yenidən kodlaşdırılmalıdır. Bunlar
məntiq, şəbəkə və produksion tipli dillərdir. Aydındır ki,
nadir (unikal) mətnlər, zəruri olan hallarda yaddaşa
ənənəvi mətn formasında yazılacaqdır.
Mövcud olan proqramlaşdırma sistemləri də çevik
deyildir və onlarda saxlanan biliklərdə hər hansı dəyişiklik
etmək üçün yenidən proqramlaşdırma tələb olunur.
Görünür, burada proquksion sistemlər nəzəriyyəsinə
əsaslanan və qeyri-formal proqramlaşdırma adlanan
proqramlaşdırma sistemi müəyyən rol oynayır.
Ekspert sistemlərinin yaradılması adi “sifarişçi –
icraçı” sxemi üzrə getmir, çünki icraçı-layihələşdirici
texniki tapşırığa müvafiq olaraq sifarişçiyə istismara hazır
sistem təhvil verməlidir. Lakin bu mümkün olmur, ona
görə ki, konkret ekspert sistemin yüklənəcəyi biliklər
icraçıda deyil, sifarişçidədir.
İcraçı təşkilat (layihələşdirici) xüsusi instrumental
vasitələrin köməyi ilə ya “boş” ekspert sistemi, ya da
ekspert sistemlərinin bir sinfinə yönəldilmiş metasistem
yaradır. “Boş” sistemin biliklərlə doldurulması sifarişçinin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------176------------------------------------
yanında ya layihələşdirici təşkilata, ya da sifarişçi təşkilata
aid olan xüsusi mühəndislər tərəfindən həyata keçirilir.
Biliklər mühəndisi bir tərəfdən, ekspert sistemləri
nəzəriyyəsi sahəsində tam səlahiyyət sahibi, digər
tərəfdən də, predmet oblastını bilən, bu sahənin
ekspertləri ilə işləməyi bacaran olmalıdır ki, onların
biliklərini verilmiş ekspert sisteminin formalizmlərinə
çevirə bilsin. Mətnlərdəki bilikləri və ekspertlərdən
intervyü (müsahibə) almaqla əldə edilən bilikləri
formallaşdırmaq üçün xüsusi dillər hazırlanmışdır.
İnstrumental
sistemlər, mahiyyətcə, ekspert
sistemləri yaratmaq üçün istifadə edilən ekspert
sistemləridir. Bunun təbii genişlənməsi sistem və tətbiqi
proqramlaşdırma üçün nəzərdə tutulan ekspert
sistemlərinin yaradılması oldu.
Paylanmış
ekspert
sisteml əri .
Ayrı-ayrı
sistemlərdən tərtib edilən paylanmış süni intellekt
sistemləri mürəkkəb obyektlərin xassələrinin çoxcəhətli
diaqnozda tanınması zamanı ayrı-ayrı mütəxəssislərin
qarşılıqlı fəaliyyəti zəruri olan hallarda fəaliyyət planları
hazırlamaq üçün lazımdır.
Sözügedən situasiyalara nümunə olaraq ekoloji-
iqtisadi problemlər, mütəxəssis həkimlər tərəfindən
kompleks müayinə aparılması əsasında xəstəyə dəqiq
diaqnoz qoyulması problemi göstərilə bilər. Proqramçılar
kollektivi tərəfindən böyük proqram komplekslərinin
yaradılması üçün də paylanmış ekspert sistemləri mühüm
əhəmiyyətə malikdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------177------------------------------------
Hal-hazırda proqramın displeydə qrafik təqdimatına
imkan verən kollektiv proqramlaşdırma texnologiyası
işlənib hazırlanmışdır.
Paylanmış ekspert sistemləri həm çoxterminallı bir
hesablayıcı kompleksdə, həm də kompüter şəbəkələrində
gerçəkləşdirilə biləndir.
Dostları ilə paylaş: |