MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


 Peptidlər, tərkibi, bioloji rolu



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə22/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   102
Qida-kimyas-

2. Peptidlər, tərkibi, bioloji rolu
Tərkibində 50-yə qədər aminturşusu saxla- 
yan birləşmələr peptidlər adlanır.
Aminturşuların tərkibində amin (─NH
2
) və karboksil (─COOH) qruplarının 
olması, onların bir-biri ilə birləşərək polikondensləşmə reaksiyası nəticəsində 
peptidlərin əmələ gəlməsini təmin edir. Aminturşu qalıqları arasında yaranan rabitə 
(─CO─NH─) peptid və ya amid rabitəsi adlanır.
Bu zaman alınan tripeptidin 6 izomeri ola bilər.
1) A – S – F alanilserilfenilalanin 
H
2
N
─ ─
CH COOH + H
2
N
─ ─
CH COOH + H
2
N
─ ─
CH COOH → 



CH
3
CH
2
OH CH
2

Alanin Serin  C
6
H
5
Fenilalanin 
 
→ H
2


─ ─ ─

─ ─ ─

CH C N CH C N CH COOH + 2H
2



│ │

│ │
CH
3
O H CH
2
OH O H CH
2

C
6
H

Alanilserilfenilalanin (tripeptid) 
CH
2
-

CH
2


HN

HN
H
+- 
N

CH
2
-

NH
NH

NH


38 
2) A – F – S alanilfenilalanilserin 
3) S – A – F serilalanilfenilalanin 
4) S – F – A serilfenilalanilalanin
5) F – A – S fenilalanilalanilserin 
6) F – S – A fenilalanilserilalanin 
Peptidləri adlandırmaq üçün karboksil qrupu hesabına birləşən amintur-
şusunun adının axırıncı şəkilçisi “
il
” amin qrupu hesabına birləşmiş aminturşusu 
olduğu kimi saxlanılır. Tetrapeptidin (1 x 2 x 3 x 4) – 24; pentapeptidin – 120, 
nonapeptidin hərəsi bir dəfə iştirak etmək şərti ilə - 362 min izomeri ola bilər. 
Çoxlu sayda (50-dən az) aminturşuların polikondensləşməsi nəticəsində alınan 
birləşmə polipeptid adlanır. Peptidlər həmçinin zülalların natamam hidrolizindən 
də alına bilər.
Demək olar ki, bütün hüceyrələrdə peptidlərə sərbəst halda rast gəlinir. 
Hazırda təbii mənbələrdən 100-dən çox peptidlər alınmış, onların quruluşu, 
xassələri və bioloji aktivliyi öyrənilmişdir. 
XX əsrin əvvəllərində (1920-ci ilə qədər) tərkibində 19-a qədər aminturşu 
olan peptidlər sintez edildiyi halda (E. Fişer, A. Abderhalden) hazırda məlum 
peptidlərin çoxu (oksitosin, vozopressin, qlükaqon, adrenakortikotropin və s.) 
sintez edilmişdir. 
Qlükaqonda – 29, kalsitonində - 32, adrenokortikotropində - 39 aminturşu 
qalığının olması məlumdur. Təbii peptidlərin tərkibində zülal molekulunda 
olmayan aminturşular və digər kimyəvi rabitə növləri olur. Bəzi təbii peptidlər – 
antibiotiklər tsiklik quruluşda (vazopressin oksidi, qramisidin S, basitrisin – A, 
siklosporin A) olur və zülalların tərkibində olmayan aminturşulardan əmələ 
gəlmişdir. Bu peptidlərdə mikroorqanizmlərdə zülal molekulundan fərqli 
mexanizm ilə sintez olunurlar.
Təxminən 800 antibiotik növündən 100-ə qədəri peptid quruluşa malikdir. 
Penisillini misal göstərmək olar. Onun tərkibinə sistein və 
d
valin daxildir.
Təbii peptidlər təsir xüsusiyyətindən asılı olaraq orqanizmin həyat 
fəaliyyətinə müxtəlif cür təsir göstərirlər. 1) Hormonal aktivliyə malik olanlar 
(vazopressin, oksitosin, adrenokortikotron, qlükaqon, kalsitonin, insulin). 2) Həzm 
prosesində iştirak edənlər (qastrin, sekretin). 3) Qan zərdabında olanlar 

CH
3

C

CH
3
CHCOOH 

CH
2
──
C NH
─ ─
CH HC 


O CO 



Penisillin 


39 
(angiotenzin, bradikinin, kallidin). 4) Güclü zəhər təsirinə malik olanlar - ilan və 
həşaratların zəhəri, zəhərli göbələklər, mikroblar. 5) Antibiotik təsirə malik olanlar. 
6) Hüceyrənin fəaliyyətini artıranlar. 7) Bioüzvi kompleks və birləşmələri hüceyrə 
membranından keçirənlər. 8) Beyində gedən prosesləri nizamlayan hormonlar 
(neyrohormonlar).
Müasir elmin inkişafı yeni polipeptid quruluşlarının açılması, canlı 
orqanizmdə gedən biokimyəvi proseslərin dərindən öyrənilməsinə təkan 
verəcəkdir.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin