Microsoft Word Info-5 mv az (11-07-20). docx


İNFORMATİKA FƏNN KURİKULUMU



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə4/76
tarix18.09.2023
ölçüsü1,08 Mb.
#145157
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   76
quot-informatika-quot-fanni-uzra-5-ci-sinif-ucun-metodik-vasait-1595494309-392

İNFORMATİKA FƏNN KURİKULUMU 
 
Cəmiyyətin müasir inkişaf mərhələsi yeni təhsil prinsiplərinin yaranmasını tələb 
edir. Bu prinsiplər insanın inkişafında təhsilin rolu haqqında təsəvvürlərin dəyiş-
məsinə əsaslanır. Bəşəriyyətin qazandığı bütün bilikləri şagirdlərə mənimsətmək 
tələbi məktəb üçün artıq çoxdan öz əhəmiyyətini itirmişdir. Müasir insan müəyyən 
bilik səviyyəsinə malik olmaqla yanaşı, öyrənmək bacarıqlarına da yiyələnməlidir. 
Başqa sözlə, təlim fəaliyyəti zamanı müxtəlif problemləri həll etməyi bacarmalıdır. 
Təlim fəaliyyətində yarana biləcək problemlər bunlardır: idrak fəaliyyətinin 
məqsədlərini aydınlaşdırmaq; qoyulmuş məqsədə nail olmağın optimal yollarını 
müəyyən etmək; müxtəlif informasiya mənbələrindən istifadə etmək; lazım olan 
informasiyanı axtarmaq və əldə etmək; qazanılmış nəticələri qiymətləndirmək; öz 
fəaliyyətini təşkil etmək; digər təhsilalanlarla əməkdaşlıq etmək.
Azərbaycan təhsilində yeni prinsiplərin yaradılmasının və aparılan təhsil isla-
hatlarının əsas istiqamətlərindən biri təhsilin informasiyalaşdırılmasıdır. Çox geniş 
imkanlara malik olan informasiya-kommunikasiya texnologiyalarının tədris prose-
sinə tətbiqi və onun effektivliyi təlim iştirakçılarının İKT kompetensiyalarından ası-
lıdır. İKT kompetensiyaları dedikdə təhsilalanların informasiya fəaliyyəti zamanı 
informatika və İKT sahəsində əldə etdikləri bilik, bacarıq və vərdişlərdən yararlanma 
səviyyəsi başa düşülür. İnformasiya fəaliyyəti bunlardır:

informasiyanın əldə olunması (informasiyanı harada və necə axtarmağı bilmək); 

informasiyanın emalı (informasiyanın təşkili və təsnifatı üçün müəyyən sxem-
lərdən istifadə); 

informasiyanın inteqrasiyası (digərləri ilə müqayisə etməklə informasiyanın in-
terpretasiyası və təqdimolunması); 

informasiyanın qiymətləndirilməsi (onun keyfiyyəti, relevantlığı, faydalılığı və 
əhəmiyyəti haqqında mülahizə yürütmək); 

informasiyanın yaradılması (köhnələri adaptasiya etmək və yeni informasiya 
yaratmaq).
Bu gün çox mühüm həyati kompetensiyalardan sayılan İKT kompetensiyalarını 
məktəbdə yalnız “İnformatika” fənni formalaşdırır. Bu baxımdan informatika 
fənnini təhsilin informasiyalaşdırılmasının inkişaf nöqtəsi hesab etmək olar. Milli 
kurikulum əsasında hazırlanmış informatika fənn kurikulumu əsas təhsil pilləsində 
aşağıdakı məqsədləri daşıyır:


6

informasiya və informasiya prosesləri, sistemləri, texnologiyaları və modelləri 
haqqında elmi təsəvvürlərin əsasını təşkil edən biliklərin mənimsədilməsi

kompüter və digər İKT vasitələrindən istifadə etməklə müxtəlif informasiya 
növləri ilə iş bacarıqlarının formalaşdırılması, şəxsi informasiya fəaliyyətinin 
təşkili və onun nəticələrinin planlaşdırılması; 

İKT vasitələri ilə maraq dairəsinin genişləndirilməsi, intellektual və yaradıcı 
bacarıqların inkişaf etdirilməsi; 

hüquqi və etik aspektlər nəzərə alınmaqla informasiyaya məsuliyyətli münasibə-
tin tərbiyə edilməsi; 

qəbul olunmuş informasiyalardan lazım olanı seçmək bacarıqlarının formalaşdı-
rılması; 

gündəlik həyatda, fərdi və kollektiv layihələrin icrasında, təlim fəaliyyətində və 
sənət öyrənilməsində İKT vasitələrinin tətbiq edilməsi vərdişlərinin formalaşdı-
rılması. 
Qeyd etmək lazımdır ki, müasir Azərbaycan məktəblərində İKT-dən istifadə üzrə 
informatika fənn bacarıqları ümumfənn bacarıqları müstəvisinə keçmək üzrədir. 
Başqa sözlə, İKT-dən istifadə bacarıqları digər fənlərin mənimsənilməsində bir alət 
rolunu oynamağa başlamışdır.
“Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə 
milli strategiya (2003 – 2012-ci illər)” ölkəmizdə təhsil sisteminə yeni texnologiya-
ların tətbiqini və onlardan geniş istifadə edilməsini informasiya cəmiyyətinin əsas 
xüsusiyyətlərindən biri kimi müəyyənləşdirib. Milli strategiyanın icrası ilə əlaqədar 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-ci il 
tarixli sərəncamı ilə qəbul edilmiş “Azərbaycan
Respublikasında rabitə və infor-
masiya texnologiyalarının inkişafı üzrə 2005 – 2008-ci illər üçün dövlət proqramı 
(Elektron Azərbaycan)” sənədində də müasir İKT-dən istifadə etməklə keyfiyyətli 
təhsilə nail olmaq əsas məqsədlər sırasındadır. Bu istiqamətdə dövlət başçısının 
təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya 
və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005 – 2007-ci illər)” 
təhsil müəssisələrinin kompüter avadanlığı ilə təchiz edilməsinə ümumrespublika 
miqyasında geniş start verdi, bu proqramın davamı olan “2008 – 2012-ci illərdə 
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət 
proqramı” isə artıq ümummilli səviyyədə vahid elektron təhsil məkanının for-
malaşdırılmasını əsas vəzifə kimi qarşıya qoydu.
Ölkəmizdə İKT-nin müasir inkişaf sürəti məktəb informatika kursunun tədrisinə 
yanaşmanı tamamilə dəyişmişdir. Bu baxımdan informatikanın məktəbdə tədrisi 
metodikası yeni səviyyəyə keçmişdir. Onun qarşısında duran əsas məqsəd 
informatika fənnini cəmiyyətin sifarişinə uyğun tədris etmək, nəticədə isə nəinki bu 
günə, hətta sabahın tələblərinə cavab verən şəxsiyyətləri formalaşdırmaqdır.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin