Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə101/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   262
2-ci movzu demoqrafiya

6.5. Əmək ehtiyatlan balansı
Əmək ehtiyatları balansı - əmək ehtiyatlarının sayı və tərkibi, onların 
iqtisadiyyatın sahələri və mülkiyyət formalarına görə iqtisadi fəal və iqti­
sadi qeyri-fəal əhaliyə bölgüsünü özündə əks etdirən göstəricilər siste­
midir.
Əmək ehtiyatları balansı iki bölmədən ibarətdir. Birinci bölmədə
168
əmək ehtiyatlarının formalaşması mənbələri, ikinci bölmədə isə onların 
məşğul və məşğul olmayan əhaliyə bölünməsi göstərilir. Məlum olduğu 
kimi, əmək ehtiyatları dedikdə əmtəə və xidmətlərin istehsalında iştirak 
etmək imkanına malik hər iki cinsdən olan şəxslər nəzərdə tutulur (bu 
barədə 6.2. fəslində ətraflı bəhs olunmuşdur).
Əmək ehtiyatları balansı haqqında 6.5 cədvəlinə əsasən daha aydın 
təsəvvürə malik olmaq olar.
Cədvəl 6.5
Əmək ehtiyatları balansı (orta illik say)
Sətrin
JVo-si
Göstəricilərin adlan
Min
nəfər
I Əmək ehtiyatlarının formalaşması mənbələri
01
Ə m ək ehtiyatları - cəmi 
o cümlədən
02
Ə m ək qabiliyyətli yaşda əmək qabiliyyətli əhali
03
İqtisadiyyatda əmək qabiliyyətli yaşdan yuxarı məşğul olan 
şəxslər
04
İqtisadiyyatda məşğul olan yeniyetm ələr
ns 
D inar dövlətlərin işləvən vətəndaşları
П Əmək ehtiyatlarının bölgüsü
A. Ə m ək ehtiyatlarının məşğulluğun növləri üzrə bölgüsü
06
M əşğul əhali - cəmi 
o cümlədən
07
İqtisadiyyatın sahələri üzrə (TBS üzrə) iqtisadiyyatda məşğul 
olanların ümumi sayından (06-cı sətir) mülkiyyətin növü üzrə 
m əşğul olanlar:
08
D övlət mülkiyyəti
09
Q eyri-dövlət mülkiyyəti 
onlardan:
10
Fərdi
11
Xüsusi
12
Bələdiyyə
12
Xarici investisiyalı və birgə m üəssisələr
14
Sərbəst məşğul əhali
B. iqtisadiyyatda məşğul olmayan əm ək qabiliyyətli əhali 
o cüm lədən
15
İstehsalatdan ayrılm aqla təhsil alan əm ək qabiliyyətli yaşda 
tələbələr
16
İqtisadiyyatda m əşğul olm ayan digər əhali kateqoriyaları
169


Əmək ehtiyatları balansının tərtib olunması metodologiyası daim tək­
milləşdirilir. Məşğulluq problemi üzrə əhalinin rüblük müayinəsinin aparıl­
ması təcrübəsi statistika hesabatlarında olmayan aşağıdakı kateqoriyalar 
üzrə təsəvvürləri genişləndirməyə imkan vermişdir: sahibkarlıq fəaliyyəti 
ilə məşğul olan şəxslər; kəndli (fermer) təsərrüfatlarında məşğul olan 
şəxslər; fiziki şəxslərin yanında muzdla işləyən şəxslər; ev təsərrüfatlarına 
kömək edən, əmək haqqı almadan çalışan işçilər. Qeyri-rəsmi bölmədə 
məşğul olan işçilərin sayı haqqında 
müayinə yolu ilə əldə edilən 
məlumatları dəqiqləşdirmək üçün əlavə məlumat mənbəyi kimi vergi 
orqanlarının, hər hansı bir fəaliyyət növü ilə məşğul olmaq üçün icazə 
(lisenziya) verən təşkilatm məlumatlarından istifadə etmək lazımdır.
Əmək ehtiyatları balansmı tərtib etmək üçün əsas məlumat mənbələri 
aşağıdakılardır:
- əmək qabiliyyətli yaşda əhalinin sayı haqqında əhali statistikasının 
cari məlumatları;
-m üəssisə və təşkilatların illik hesabatlarına əsasən işçilərin orta 
siyahı sayının hesablanması;
- əhalinin sosial müdafiəsi orqanlarının əmək qabiliyyətli yaşda 
işləməyən əlillər və pensiyaçıların sayı haqqında məlumatı;
- istehsalatdan ayrılmaqla təhsil alanlar haqqında (16 və daha yuxarı 
yaşda) ümumtəhsil müəssisələrinin məlumatı;
- təsadüfi işləri yerinə yetirən kəndli (fermer) təsərrüfatlarında məşğul 
olan şəxslər, kömək edən ailə üzvlərinin və digər kateqoriyadan olanların, 
qeyri-rəsmi bölmədə məşğul olan şəxslərin sayı haqqında məlumat;
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məlumatlarına 
əsasən ölkədə məşğul olan xarici vətəndaşların sayı.
Əmək ehtiyatlarının sayı daimi əhalinin sayma əsasən müəyyən edilir.
İqtisadiyyatda məşğul olanların sayı hesablanarkən işçilərin orta illik 
sayı göstəricisindən istifadə edilir. İqtisadiyyatın rəsmi bölməsinin müəssisə 
və təşkilatlarında bu kəmiyyət işçilərin orta siyahı sayma əsasən müəyyən 
edilir. Əhalinin məşğulluq problemi üzrə müayinəsini apararkən məşğul 
əhalinin sayı haqqında məlumat rübdə bir dəfə (tədqiqat aparılan həftədə) 
əldə edilir və orta say fevral-noyabr aylarını əhatə edən dövrə aid edilir.
Rəsmi bölmənin müəssisə və təşkilatlarında məşğul əhalinin orta 
siyahı sayında: 1) hamiləlik və doğuşla, habelə uşaq üç yaşa çatana qədər 
ona qulluq edilməsi ilə əlaqədar məzuniyyətdə olan şəxslər nəzərə alın­
mır; 2) davametmə müddətindən asılı olmayaraq inzibati məzuniyyətdə 
olan şəxslər isə nəzərə almır. Məşğulluq problemi üzrə müayinənin 
metodologiyasına görə məşğul əhalinin sayma: a) hamiləlik və uşaq 1,5
170
yaşa çatana qədər ona qulluq edilməsi ilə əlaqədar məzuniyyətdə olduq­
larına görə işdə olmayan şəxslər daxil edilir; b) 6 ay və daha çox müd­
dətə müdiriyyətin təşəbbüsü ilə haqqı ödənilməyən məzuniyyətdə olan 
şəxslər daxil edilmir.
Əhalinin məşğulluğu probleminin müayinəsində tətbiq olunan meto­
dologiyadan fərqli olaraq əmək ehtiyatlan balansı metodologiyasında 
iqtisadiyyatda məşğul olanların orta illik sayı hesablanarkən hərbi qulluq­
çular nəzərə alınmır. Əhalinin məşğulluq probleminin müayinəsini apa­
rarkən məşğul əhalinin sayı haqqında məlumat onların yaşadıqları yerə, 
əmək ehtiyatları balansı metodologiyasında isə iş yerlərinə aid edilir. Bu 
uyğunsuzluğun aradan qaldırılması əmək ehtiyatları balansı ərazi 
çərçivəsində tərtib olunarkən xüsusilə vacibdir. Çünki bu zaman işləyən 
əhalinin gündəlik miqrasiyasının nəzərə alınması zəruriliyi meydana çı­
xır. Əmək ehtiyatları balansında məşğul əhalinin orta illik sayı haqqında 
məlumat əsas iş yeri üzrə fiziki vahidlə verilir. Odur ki, tam olmayan iş 
həftəsində, yaxud da tam olmayan iş günündə məşğul olan şəxslərin orta 
illik sayını hesablayarkən həmin işlər bütöv bir fiziki şəxs hesab olunur 
(əgər bu iş onun üçün yeganə iş yeridirsə). Əvəzçiliklə işləyənlər, yalnız 
əsas iş yeri üzrə nəzərə alınır.
Əmək ehtiyatları balansının məlumatlarına əsasən onların strukturunu 
təhlil etmək, müxtəlif fəaliyyət sahələri arasında yenidən bölgüsünü işlə­
mək, məşğul olmayan əhalinin sayı haqqında məlumat əldə etmək olar. 
Əmək ehtiyatlarının gələcəkdə təkmilləşdirilməsində əsas diqqət onun 
göstəriciləri ilə milli hesablar sistemində makroiqtisadi göstəricilər 
arasında uyğunlaşdırmaya yönəldilməlidir.
Əmək ehtiyatlan balansındakı məşğulluq göstəriciləri fiziki şəxslərə, 
həm də onların əsas, yaxud da yeganə iş yerinə aiddir. Deməli, məşğul 
əhalinin bir hissəsinin ikinci məşğulluğu nəzərə alınmır. Bu, balansın 
təcrübəvi əhəmiyyətini azaldır. Çünki bu məlumatlar məşğulluqdan əldə 
olunan gəlir göstəriciləri, işçi qüvvəsinə sərf olunan xərclər, istehsal 
fəaliyyətinin nəticələri ilə uzlaşdırılır. Əmək məhsuldarlığının və digər 
analitik göstəricilərin hesablanmasında onlardan istifadə edilə bilməz. 
Odur ki, hazırda iqtisadiyyatın sahələri və iqtisadi fəaliyyət növləri üzrə 
ümumi əmək məsrəfləri cədvəllərinin işlənib hazırlanması üçün axtarışlar 
davam edir. Bu, əmək ehtiyatları balansının məlumatlarını MHS göstə­
riciləri ilə əlaqələndirməyə imkan verəcəkdir. Bütün bunların həyata 
keçirilməsi onunla əlaqədardır ki, əmək ehtiyatları balansı bazar iqtisa­
diyyatını təhlil etməyin başlıca metodları içərisində xüsusi yer tutur.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin