Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


günləri də daxil olmaqla işçilərin siyahı sayı belə hesablanmalıdır



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə99/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   262
2-ci movzu demoqrafiya

günləri də daxil olmaqla işçilərin siyahı sayı belə hesablanmalıdır:
işçilərin sayı may ayının 4-ü üçün 1420 nəfər, 9-u üçün 1480, 11-i üçün
1480, 18-i üçün 1640, 25-i üçün 1750, 28-i üçün isə 1760 nəfər
götürülməlidir. Bu qaydadan istifadə olunmaqla may ayı üçün işçilərin
orta siyahı sayı belə müəyyən olunacaqdır:
1340+1400+1420+1420+1430+1390+1490+1480+1480+1480+1480+
1510+1580+1560+1570+1610+1640+1640+1660+1640+1630+1710+17
50+1750+1750+1750+1760+1760+1750+1755+1765=49350 adam-gün
İşçilərin orta siyahı sayı belə hesablanır:
X . j9350adam-gün _ ;ЖпзГэг
31 gün
Müəssisə ayın bütün günlərində işləmədikdə, yəni tam olmayan ay
işlədikdə işçilərin orta aylıq sayını hesablamaq üçün bazar və bayram
günləri də daxil olmaqla işçilərin siyahı sayı yuxarıda göstərilən qaydada
müəyyən edilir və alınan nəticə yenə də aydakı təqvim günlərinin sayma
bölünür. Məsələn, yeni təşkil olunmuş müəssisə fevral ayınm 19-da
161


işləməyə başlamışdır. Fevral ayında işçilərin sayı siyahı üzrə aşağıdakı 
kimi olmuşdur: ayın 19-da 2020 nəfər, 20-də - 2120; 21-də 2140; 22-də -
2140; 23-də - 2260; 24-də (bazar günü) - 2260; 25-də - 2260;26-da -
2300; 27-də — 2290; 28-də — 2300 nəfər.
Fevral ayının 10 günü üzrə siyahıda olan işçilərin sayı belə müəyyən 
edilir: 2020 + 2120 + 2140 + 2140 + 2260 + 2260 + 2260 + 2300 + 2290 
+ 2300 = 22090 adam-gün.
Fevral ayı üzrə işçilərin orta siyahı sayı isə belə hesablanır:
v _ 22090adam-gün _

л = ------ —— --------- = 
789
nəfər
28gun
İşçilərin rüb üzrə orta siyahı sayı aylar üzrə orta siyahı sayını cəm­
ləyib, əldə olunan nəticəni 3-ə bölmək yolu ilə müəyyən edilir. Məsələn, 
tutaq ki, müəssisədə işçilərin orta siyahı sayı yanvar ayında 1400 nəfərə, 
fevral ayında 1590 nəfərə, mart ayında isə 1630 nəfərə bərabər olmuşdun 
Bu zaman birinci rüb üzrə işçilərin orta siyahı sayı belə hesablanacaqdır:
X = 1400 + 1590 + 1630 
3
= 1540 nəfər
ilin əvvəlindən keçən istənilən dövr və il üzrə bütövlükdə işçilərin orta 
siyahı sayı eyni qaydada - ilin əvvəlindən başlayaraq keçən aylar ərzində 
işçilərin orta siyahı sayı haqqında məlumatları cəmləyib həmin ayların 
sayına bölmək yolu ilə müəyyən edilir. Müəssisə tam olmayan il işlə­
dikdə də onun fəaliyyət göstərdiyi aylar üzrə işçilərin orta siyahı sayı 
aqqındakı məlumatlar cəmlənir və alınan nəticə ilin aylarının sayma 
bölünməklə işçilərin orta illik siyahı sayı müəyyən edilmiş olur.
işçilərin siyahı sayına daxil olan bəzi işçilər onların orta siyahı 
sayma daxil edilmir. Bunlara aşağıdakılar aiddir: 1) hamiləlik və doğuşla 
əlaqədar məzuniyyətdə və uşağa qulluq edilməsi ilə bağlı əlavə məzuniy­
yətdə olan qadınlar; 2) əmək haqqı saxlanılmamaqla istehsalatdan 
ayrılmadan təhsil alan və tədris məzuniyyətində olan, habelə ali məktəbə 
daxıl olmaq üçün əmək haqqı saxlanılmadan məzuniyyətdə olan işçilər.
Tam olmayan iş günü, yaxud da iş həftəsinə işə qəbul olunan şəxslər 
əmək müqaviləsinə uyğun olaraq işçilərin orta siyahı sayı hesablanarkən 
işləməsi, vaxta proporsional olaraq nəzərə alınır. Hesablama aşağıdakı 
kimi aparılır, əvvəlcə hesabat dövründə onlar tərəfindən işlənmiş adam- 
saatların miqdarı müəyyən edilir. Bundan sonra işlənilmiş adam-saatın
162
miqdarı iş gününün uzunluğuna (beş günlük iş həftəsində 8 saata, altı 
günlük iş həftəsində isə 6,67 saata) bölünməklə işlənilmiş adam-günlərin 
miqdarı hesablanır. Daha sonra isə hesabat dövrü üçün bu işçi kateqo­
riyası üzrə orta say müəyyən edilir. Bu, həmin işçilər tərəfindən işlənil­
miş adam-günlərin sayını hesabat dövründə müəssisənin iş rejiminə 
uyğun olaraq iş günlərinin sayma olan nisbəti kimi hesablanır. Bu 
kateqoriyadan olan işçilər müxtəlif səbəblərdən (məsələn, xəstələndik­
lərinə görə) işə çıxmadığı günlər üçün onların əvvəlki günlərdə işlədikləri 
iş saatı əsas götürülür. Bunu 6.4 cədvəlindəki şərti rəqəmlərə əsasən 
aydınlaşdıraq. Müəssisə beşgünlük iş həftəsində fəaliyyət göstərir, iyun 
ayında 22 iş günü olmuşdur, iyun ayında işlənmiş adam-günlərın sayı 
belə müəyyən olunacaqdır:

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin