3) Orta ixtisas təhsilli mütəxəssislər;
4) İnformasiyanın hazırlanması, sənədlərin tərtib olunması,
uçot və
xidmətetmə sahələrində məşğul olan qulluqçular;
5) Xidmət, mənzil-kommunal təsərrüfatı, ticarət və bunlara yaxın
fəaliyyət növləri ilə məşğul olan şəxslər;
6) Kənd və meşə təsərrüfatı, ovçuluq, balıq yetişdirilməsi və balıq
ovu ilə məşğul olan ixtisaslı işçilər;
7) İri və xırda sənaye müəssisələrinin, tikinti, nəqliyyat, rabitə,
geologiya və faydalı qazıntıların kəşfiyyatı, bədii sənətkarlıqla məşğul
olan şəxslər;
8) Operatorlar, aparatçılar, qurğu və maşınların maşinistləri, yığıcı
çilingərlər;
9) İxtisassız fəhlələr.
Bu təsnifləşdirmə yalnız mülki işçi qüvvəsinə aiddir. Və o, milli əmək
bazarının
strukturunu əks etdirir, beynəlxalq müqayisə aparmağa yararlı
olan informasiya əldə etməyə imkan verir. Bu təsnifləşdirmədən həm ölkə
miqyasında, həm də sahə və regional səviyyədə istifadə oluna bilər.
İşçilərin böyük əksəriyyəti iqtisadiyyatın rəsmi bölməsində məşğul
olur. Rəsmi bölmə dedikdə hüquqi şəxs statusu olan iqtisadi vahidlərin
toplusu nəzərdə tutulur. Bu bölmədə məşğul olan işçilərin sayı və tərkibi
haqqında əsas məlumat mənbəyi statistika hesabatlarıdır.
Rəsmi bölmədə fəaliyyət göstərən iqtisadi vahidləri aşağıdakı qruplara
bölmək olar:
1) Kiçik sahibkarlığın subyekti olmayan, işçilərinin sayı 15 nəfərdən
(və ya qanunvericiliklə müəyyən edilmiş normadan) çox olan (əvəzçiliklə
və mülki-hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil olmaqla)
hüquqi şəxslər və onların əlahiddələşmiş bölmələri.
Bunlar iri və orta
müəssisələrdir və məlumatı hər ay verirlər;
2) Dövlət və bələdiyyə mülkiyyətində olan və işçilərinin sayı 15
nəfərdən (və ya qanunvericiliklə müəyyən edilmiş normadan) az olan
strukturlar. Onlar işçilərin sayı haqqında məlumatı rübdə bir dəfə verirlər;
3) Kiçik müəssisələr. Bunlara kiçik sahibkarlıq subyekti olan hüquqi
şəxslər aiddir. Bunlara aşağıdakı meyarlara cavab verən kommersiya təş
kilatlarını misal göstərmək olar: a) dövlət və bələdiyyə, habelə ictimai və
dini təşkilatların mülkiyyətində olan müəssisə və təşkilatların nizamnamə
kapitalında iştirak payı,
tutaq ki, 25%-dən çox olmayan kommersiya təş
kilatları; b) bir və ya bir neçə şəxsə məxsus kiçik sahibkarlıq subyekti
olmayan, mülkiyyətdə iştirak payı 25%-dən çox olmayan kommersiya
təşkilatları; c) sənaye və tikintidə işçilərinin sayı 40 nəfərdən və illik
158
dövriyyəsi 200 min manatdan, kənd təsərrüfatında işçilərinin sayı 15
nəfərdən və illik dövriyyəsi 100
min manatdan, topdansatış ticarət müəs
sisələrində işçilərinin sayı 10 nəfərdən və illik dövriyyəsi 300 min ma
natdan və iqtisadiyyatın digər sahələrində işçilərinin sayı 5 nəfərdən və
illik dövriyyəsi 100 min manatdan az olan kiçik sahibkarlıq subyektləri.
Kiçik müəssisələr işçilərin sayı haqqında məlumatı rübdə bir dəfə seçmə
qaydasında verirlər.
4)
İctimai təhlükəsizliyi və ölkənin müdafiəsini təmin edən dövlət
hakimiyyəti orqanları. Bunlar məşğul əhalinin sayı haqqında ümumi
məlumatı mərkəzləşdirilmiş qaydada, adətən ildə bir dəfə verirlər.
İqtisadi vahidlər səviyyəsində işçilərin sayı və tərkibi haqqında məlu
matlar fəhlələr, qulluqçular və tarif dərəcələri üzrə təhlil oluna bilər. Fəh
lələrə əmtəə və xidmətlərin istehsalı
ilə bilavasitə məşğul olan, maşın və
avadanlıqları idarə edən, onlara xidmət göstərən, təmir işlərini həyata
keçirən, yükləri və sərnişinlərin daşınması ilə məşğul olan, istehsal pro
sesinin normal aparılması üçün müəyyən şəraiti (sahələrin tullantılardan
təmizlənməsi, binaların qızdırılması və s.) təmin edən şəxslər aiddir.
Qulluqçulara rəhbər işçilər və mütəxəssislər daxildir.
Rəhbər işçilərə
müəssisədə və onun struktur bölmələrində vəzifə tutan, mütəxəssislərə
mühəndis-texniki, iqtisadi və eyni xarakterli digər işlərlə məşğul olan,
digər qulluqçular kateqoriyasına sənədləri rəsmiyyətə salan,
uçota alan,
nəzarət və təsərrüfat xidmətlərini həyata keçirən şəxslər aid edilir.
İqtisadiyyatın müxtəlif sahələrində ayn-ayrı işçi kateqoriyaları daha
ətraflı nəzərdən keçirilir. Bu, xüsusilə də fəhlələr kateqoriyasına aiddir. İşin
davametmə müddətindən asılı olaraq fəhlələr daimi, müvəqqəti və
mövsümi, yerinə yetirilən işin xarakterindən asılı olaraq əsas və köməkçi
fəhlələrə bölünür. Əsas fəhlələr müəssisədə əsas məhsulların istehsalında
texnoloji prosesləri həyata keçirən fəhlələr,
köməkçi fəhlələrə isə əsas
fəhlələrin yerinə yetirdikləri əmək prosesinə xidmət göstərən şəxslər
(təmirçilər, sazlayıcılar, anbar fəhlələri və s.) aid edilir.
Müəssisə və təşkilatlarda məşğul olan işçilərin ümumi sayını müəyyən
etmək üçün hər hansı bir tarixə (ayın, yaxud da ilin əvvəlinə və ya
axırma, habelə xüsusi təşkil olunmuş tədqiqatın aparıldığı tarixə), yaxud
da müvafiq dövrə həmin iqtisadi vahidlərdə çalışan işçilərin sayı
haqqında məlumatlara malik olmaq lazımdır.
Hər hansı bir tarixə işçilərin sayını müəyyən etmək üçün onların
siyahı sayı göstəricisindən istifadə olunur. İşçilərin siyahı sayma hesabat
dövründə əmək müqaviləsi ilə bir gün və daha çox müddətdə müəssisədə
işləyən daimi, müvəqqəti və ya
mövsümi işləri yerinə yetirən, habelə
Dostları ilə paylaş: