33 Azərbaycanın statistik göstəriciləri 2010. “Səda” nəşriyyatı, Bakı, 2010, s. 92-93.2013, s.92-93 .
150
qrupları üzrə də hesablanır və təhlil olunur.
Beynəlxalq miqyasda müqayisə aparmaq üçün məşğul əhalinin sayı 10
və bundan yuxarı yaşda olan şəxslərin sayı ilə müqayisə edilir. Müqayisə
üçün belə bir yaş həddinin götürülməsi inkişaf etməkdə olan ölkələrin bir
çoxunda bu yaşda olan uşaqların əməyindən istifadə olunması ilə
əlaqədardır.
İşsizlərə 16 və bundan yuxarı yaşda olan aşağıdakı şəxslər daxil edilir.
Nəzərdən keçirilən dövrdə: a) işləməyən və ya gəlir gətirən işlə məşğul
olmayan şəxslər; b) iş axtaranlar; c) işləməyə hazır olan şəxslər. Hər han
sı bir şəxsi işsizlər siyahısına daxil edərkən bu meyarların üçü də nəzərə
alınmalıdır. İş axtarmaq dedikdə, sözün əsl mənasında, ürəkdən, canfə
şanlıqla iş axtarılması nəzərdə tutulur. Başqa sözlə, dövlət məşğulluq xid
mətinə, idarə və müəssisələrin müdiriyyətinə, mətbuatda dərc olunan
elanlara müraciət edən, öz işini təşkil etməyə cəhd göstərən şəxslər fəal
iş axtaranlar hesab olunur. Məşğulluq xidməti tərəfindən oxumağa və
yenidən hazırlığa göndərilən şəxslər də işsizlərin tərkibinə daxil edilir.
Fəal surətdə iş axtaran və iş tapılan kimi işləməyə hazır olan şagird və
tələbələr, əlillər və pensiyaçılar da işsiz hesab edilirlər. İşsizlərin sayının
bu qaydada müəyyən edilməsi beynəlxalq statistika standartlarına (bey
nəlxalq əmək təşkilatının metodologiyasına) uyğun gəlir. Rəsmi işsizlərə
işi və gəlir mənbəyi olmayan əmək qabiliyyətli əhali, yaşadığı ərazidə
məşğulluq mərkəzində münasib işlə təmin olunmaq üçün qeydiyyata
alınmış iş axtaran və işə başlamağa hazır olan şəxslər daxildir.
Məşğulluq haqqında qanunvericiliyə uyğun olaraq aşağıda göstərilən
şəxslər rəsmi işsiz hesab edilə bilməzlər: a) məşğulluq xidmətinə müra
ciət etdikdən sonra 10 gün müddətində təklif olunan iki münasib işdən
imtina edən şəxslər; b) ixtisası olmayan və ilk dəfə iş axtaran, iki dəfə
peşə hazırlığı keçməkdən, yaxud da təklif olunan haqqı ödənilən işdən
imtina edən şəxslər; c) məşğulluq xidmətində qeydiyyatdan keçdikdən
sonra 10 gün müddətində üzürlü səbəb olmadan münasib işlə təmin
olunmaq, yaxud da işsizlik statusu almaq üçün maraqlı olmayan şəxslər.
Beynəlxalq əmək təşkilatının metodologiyasından fərqli olaraq 16 yaşdan
aşağı şəxslər; pensiyaçılar; əmək qabiliyyətli yaşda olub gündüz təhsil
müəssisələrində oxuyan, iş axtaran və işləməyə hazır olan şagirdlər və
tələbələr rəsmi işsiz hesab olunmurlar.
Azərbaycan Respublikasında məşğulluq xidmətləri orqanlarında rəsmi
işsiz statusu alan şəxslərin sayı 1995-ci ildə 28,3 min nəfər, 2003-cü ildə
54,4 min nəfər, 2006-cı ildə 53,9 min nəfər , 2007-ci ildə 50,7 min nəfər,
2008-ci ildə 44,5 min nəfər, 2009-cu ildə 41,1 min nəfər, 2010-cu ildə
151
39.0 min nəfər, 2011-ci ildə 38,3 min nəfər, 2012-ci ildə isə 36,8 min
nəfər olmuşdur.
İşsiz əhali iqtisadi fəal əhalinin 1995-ci ildə 0,8%-ni, 2003-cü ildə
1,4%-i, 2006-cı ildə 1,3%-ni, 2007-ci ildə 1,2%-ni, 2008-ci və 2009-cu
illərdə 1,0%-ni, 2012-ci ildə isə 5,2%-ni təşkil etmişdir. İşsiz statusu olan
şəxslərin cins tərkibində də təxminən oxşar mənzərə müşahidə olunur.
Belə ki, məşğulluq xidmətində rəsmi işsiz statusu alanların tərkibində kişi
və qadınların xüsusi çəkisi 2000-ci ildə müvafiq olaraq 44,1 və 55,9%-ə,
2005-ci ildə 48,4 və 51,6%-ə, 2010-cu ildə 56,4 və 43,6%-ə, 2011-ci ildə
57.0 və 42,1%-ə, 2012-ci ildə isə 57,9 və 42,1%-ə bərabər olmuşdur.
Azərbaycan dövləti işsizliyin səviyyəsini aşağı salmaq və iqtisadi fəal
əhalinin məşğulluğunun yaxşılaşdırılması üçün konkret tədbirlər görüb
həyata keçirir. Belə ki, “Azərbaycan Respublikası regionlarının sosial-iq
tisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)”, “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramf’nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası nəticə
sində 2004-2013-cü illər ərzində ölkədə 1,2 milyondan çox yeni, o
cümlədən 900 min daimi iş yeri açılıb.
İşsizliyin səviyyəsinə xarakteristika vermək üçün aşağıdakı düsturla
işsizlik əmsalı hesablanır:
Əişsiziik = İS / İFƏ x 100
Burada: Əişsizlik - işsizlik əmsalı;
İS - işsizlərin sayı deməkdir.
İşsizlik əmsalı işsizlərin ümumi sayı və işsiz statusu verilmiş şəxslərin
sayı nəzərə alınmaqla hesablana bilər. Bu göstərici birinci halda
Beynəlxalq Əmək Təşkilatının metodologiyasına, ikinci halda isə
məşğulluq xidmətində rəsmi qeydiyyata alınmış işsizlər üzrə hesablanan
işsizlik əmsalı adlanır.
tşsizlərin sayını hesablayarkən ölkəmizdə və digər ölkələrdə müxtəlif
amillərin təsiri ilə baş verən problemləri nəzərə almaq və həll etmək
lazımdır. Burada söhbət işçilərin uzunmüddətli məzuniyyətə göndəril
məsindən gedir. Bu zaman işçilər formal olaraq işverənlərlə əlaqə saxla
salar da, onların çoxu başqa iş axtarır və onu tapan kimi işə başlamağa
hazır olurlar. Xarici təcrübənin təhlili göstərir ki, digər ölkələrdə də belə
hallara rast gəlinir. Lakin inzibati məzuniyyətin müddəti 2-3 həftə, ən ço
xu bir ay olur. Bu müddətdən sonra həmin şəxslər işsizlər kateqoriyasına
152
daxil edilir.
Əhalinin məşğulluq probleminin öyrənilməsi ilə əlaqədar metodolo
giyaya uyğun olaraq müdiriyyətin təşəbbüsü ilə əmək haqqı ödənilmədən
6 aydan artıq müddətə məzuniyyətə göndərilən şəxslər məşğul əhalinin
tərkibinə daxil edilmir. Lakin əmək üzrə cari statistik hesabatlarda
müddətindən asılı olmayaraq inzibati məzuniyyətdə olan şəxslərin hamısı
məşğul əhalinin tərkibində göstərilir. İnzibati məzuniyyətdə olan şəxslər
rəsmi işsiz hesab olunan və işsizliyə görə müavinət alan şəxslərə nisbətən
daha ağır vəziyyətdə olduğuna görə işsizliyin müəyyən olunmasına bəzi
düzəlişlər etmək lazımdır. Bu, rəsmi surətdə işsiz hesab olunan və mə
zuniyyətə göndərilmə müddəti başa çatdıqdan sonra işverənlərlə formal
əlaqə saxlayanlar arasında fərq qoyulmasına imkan vermiş olardı.
İşsizlik haqqında məlumatlar cins, yaş və ailə vəziyyəti üzrə də təhlil
olunur. İşsizlərin sayı təhsil və peşələrə görə də öyrənilir. Bunlarla yanaşı
işsizliyin davametmə müddəti haqqında məlumatlar da işlənib hazırlanır.
Statistikada işsizliyin başa çatmış və başa çatmamış müddəti göstəricilə
rinin hesablanması da ən mühüm məsələlərdən biridir.
Başa çatmış işsizliyin davametmə müddəti dedikdə, şəxsin iş axtar
mağa başladığı gündən işə düzələnədək olan müddət nəzərdə tutulur.
Başa çatmamış işsizliyin davametmə müddəti isə işin axtarılmasına
başlayan gündən nəzərdən keçirilən dövrədək olan müddətə deyilir.
İqtisadi qeyri-fəal əhali dedikdə işçi qüvvəsinin tərkibinə daxil ol
mayan (iqtisadi fəal əhali üçün müəyyən edilmiş yaş həddindən aşağı
yaşda olan şəxslər də daxil olmaqla) əhali nəzərdə tutulur. İqtisadi qeyri-
fəal
əhalinin sayını əhalinin ümumi sayından işçi qüvvəsinin sayını
çıxmaq yolu ilə də müəyyən etmək olur.
İqtisadi qeyri-fəal əhalinin tərkibinə aşağıdakılar daxildir:
-g ü n d ü z ümumtəhsil, dövlət və qeyri-dövlət orta ixtisas və ali
məktəblərində təhsil alan şagird və tələbələr (magistrlər də daxil
olmaqla), dinləyici və kursantlar;
- yaşa (qocalığa) görə və güzəştli şərtlərlə, habelə ailə başçısını itir
diyinə görə pensiya alan şəxslər;
- əlilliyə görə pensiya alan şəxslər;
- ev təsərrüfatlarında məşğul olan, uşaqlara xidmət göstərən şəxslər;
- iş axtarmağı dayandırmış, bütün ümidlərini itirmiş, lakin hər an işlə
məyə hazır olan şəxslər;
- gəlir mənbəyindən asılı olmayaraq işləməyi zəruri hesab etməyən
şəxslər.
Əmək qabiliyyətli yaşda olan iqtisadi qeyri-fəal əhali haqqında məlu
153
matları təhlil edərkən işləmək arzusunda olan və işləmək arzusunda olma
yan əhali kateqoriyalarını bir-birindən fərqləndirmək laxımdır. İşləmək
arzusunda olan əhali özü də aşağıdakı qruplara bölünür: a) nəzərdən
keçirilən dövrdə iş axtaran, lakin işləməyə hazır olmayan şəxslər; b) işlə
mək istəyən, lakin iş axtarmayan, o cümlədən uzunmüddətli axtarışdan
sonra usanıb ümidsizliklə üzləşən şəxslər. İqtisadi qeyri-fəal əhali
haqqında məlumatlar da cins və yaş qrupları, təhsil səviyyəsi və digər
əlamətlərə görə də təhlil olunur.
Dostları ilə paylaş: |