Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə90/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   262
2-ci movzu demoqrafiya

Təhlil üçün suallar
- Əhalinin siyahıya alınmasının nə kimi səciyyəvi cəhətləri vardır?
- siyahıyaalmanın proqramı digər proqramlardan hansı cəhətlərinə 
görə fərqlənir?
- Əhalinin siyahıya alınmasına hazırlıq işləri hansı mərhələlərdən 
keçir və onların hər birində hansı tədbirlər görülür?
- Sınaq siyahıyaalmaları aparmaqda məqsəd nədir?
- Əhalinin siyahıya alınması üçün kütləvi informasiya vasitələrində 
maarifləndirmə işlərinin aparılması nə ilə əlaqədardır?
- Siyahıyaalmanın hansı növləri vardır?
- Siyahıyaalmanın “qəti zamanı” nə deməkdir və onun ilin hansı 
fəslində aparılması daha məqsədəuyğundur?
- Dünya ölkələrinin çoxunda əhali siyahıya alınarkən “siyahıyaalma 
vərəqi”ndən istifadə edilir. Onun doldurulmasının hansı qaydaları vardır?
145


- Siyahıyaalma vərəqində hansı suallar nəzərdə tutula bilər?
- Siyahıyaalma vərəqində sualların yerləşdirilməsinin ardıcıllığına 
diqqət yetirilməsinin nə kimi əhəmiyyəti vardır?
- Hansı nəzarətetmə tədbirlərindən istifadə olunur?
- Azərbaycanın da tərkibinə daxil olduğu çar Rusiyasında və keçmiş 
Sovet İttifaqında hansı illərdə geniş proqram əsasında əhalinin siyahıya 
alınması aparılmışdır?
-M üstəqil Azərbaycan Respublikasında hansı illərdə əhalinin siya­
hıya alınması aparılmışdır və onların hansı fərqləndirici cəhətləri vardır?
146
VI FƏSİL
ƏMƏK BAZARI STATİSTİKASI
6.1. Əmək bazan statistikasının əsas anlayışlan və vəzifələri
Əmək bazarı statistikasının əsas anlayışlarına iqtisadi fəal əhali, məş­
ğulluq və işsizlik, iş vaxtı və ondan istifadə, əmək münaqişələri daxildir. 
Əmək bazarı statistikasının məlumatlarından dövlətin sosial-iqtisadi 
siyasətinin işlənib hazırlanmasında istifadə olunur. Məşğulluq və işsizlik 
səviyyəsi isə iqtisadiyyatın vəziyyəti və inkişafını səciyyələndirən çox 
mühüm makroiqtisadi göstəricilərdir. Əhalinin həyat səviyyəsi və 
iqtisadiyyatın ayrı-ayrı sahələrinin rəqabət qabiliyyətini təhlil edərkən bu 
göstəricilərdən geniş istifadə olunur.
Ölkəmizdə bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın formalaş­
ması ilə əlaqədar olaraq əmək bazarı statistikasının göstəricilər sistemində 
və onların hesablanması metodologiyasında bir sıra dəyişikliklər 
olmuşdur. Belə ki, hazırda ölkəmizdə bu sahədə beynəlxalq qaydalardan 
istifadə olunur. Ölkədə məşğulluq, işsizlik, əmək haqqı və s. barədə 
beynəlxalq təşkilatlara məlumat verilir, əhalinin məşğulluq statusuna görə 
qruplaşdırılması, məşğulluğun özünün təsnifləşdirilməsi, habelə iqtisadi 
fəal əhalinin vəziyyəti haqqında metodoloji məsələlərin hazırlanması və 
istifadə edilməsi beynəlxalq standartlara əsaslanır.
Bütün bunlara uyğun olaraq əmək bazarı statistikası aşağıdakı 
vəzifələri yerinə yetirir:
- iqtisadi fəal əhali, iqtisadiyyatın sahələri və müxtəlif peşələr üzrə 
onun sayı və məşğulluğu, habelə işsiz əhali haqqında cari məlumatları 
toplayır, işləyir və təhlil edir;
- işçi qüvvəsinin hərəkəti haqqında məlumatları öyrənir;
- əmək ehtiyatları balansını tərtib edir;
- vaxt fondu və onun quruluşu haqqmda məlumatları toplayır, təhlil 
edir, iş vaxtından istifadə göstəricilərini hesablayır;
- əmək münaqişələri haqqmda məlumat toplayır, sahələr və başvermə 
səbəbləri üzrə onları səciyyələndirən göstəriciləri hesablayır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin