Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


5.4. Əhalinin siyahıya alınmasına nəzarətin həyata keçirilməsi, əldə



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə87/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   262
2-ci movzu demoqrafiya

134
5.4. Əhalinin siyahıya alınmasına nəzarətin həyata keçirilməsi, əldə
edilmiş materialların işlənməsi və yayılması
Siyahıyaalmanın aparılması və əldə edilmiş məlumatların keyfiyyətinə 
nəzarətin həyata keçirilməsi siyahıyaalmaya hazırlıq işlərinin nəticələ­
rinin qeydiyyata alınması və işlənməsinin bütün mərhələlərində çox bö­
yük rol oynayır. Siyahıyaalmadan əvvəlki mərhələdə evlərin siyahısının 
tərtib olunması və kartoqrafıya materiallarının hazırlanmasının keyfiyyə­
tinə nəzarət olunması xüsusilə vacibdir. Siyahıyaalma özüqeydetmə üsulu 
ilə aparıldıqda siyahıyaalma vərəqinin respondentlərə paylanması üzə­
rində nəzarəti həyata keçirmək lazımdır. Nəzarətetmə bir qayda olaraq 
siyahıyaalmanın başlandığı gündən sonrakı gün həyata keçirilməlidir. Bu, 
elə başlanğıcdan yol verilən nöqsanları aradan qaldırmağa və sonrakı 
günlərdə yüksək keyfiyyətə nail olunmasının təmin edilməsinə imkan 
vermiş olur. Belə nəzarətetmə həmçinin təlimatların dəqiqləşdirilməsi, 
bir-iki nəfər əməkdaşın hazırlanması, bəzilərinə irad tutulması və s. 
tədbirlərin həyata keçirilməsinə imkan verir.
Siyahıyaalmanın gedişində məlumatların keyfiyyətinə nəzarətin ən ge­
niş yayılmış metodu tam və ya seçmə yoxlamaların aparılmasıdır. Yox­
lama bütün hallarda siyahıyaalmanın hər hansı bir mərhələsində həyata 
keçirilən işlər üzərində nəzarət olunmasını nəzəri cəhətdən təmin edir. 
Lakin belə yoxlama baha başa gələ və çox vaxt tələb edə bilər. Ona görə 
də seçmə yoxlamaların aparılmasına üstünlük verilir. Seçmə yoxlama­
larda məlumatlar bloklar üzrə qruplaşdırılır.
İşlər fasiləsiz xarakter daşıdıqda və nəticələrin qruplar üzrə qruplaş- 
dırılması mümkün olmadıqda yoxlama üçün fasiləsiz seçmə nəzarəti 
üsulundan istifadə edilə bilər. Yoxlamanın digər metodlarından (məsələn, 
subyektiv üsuldan) da istifadə olunması mümkündür. Məlumatların kod- 
laşdırılması mərhələsində yoxlamalara xüsusi diqqət yetirilir. Buraxılmış 
nöqsanların aşkara çıxarılması və düzəldilməsində redaktə etmə başlıca 
əhəmiyyət kəsb edir.
Siyahıyaalmanın gedişində və o başa çatdıqdan sonra əhalinin tama­
milə uçota alınmasını yoxlamaq məqsədilə bir sıra tədbirlər həyata ke­
çirilir. Bir neçə yaşayış yeri olan adamlar üçün siyahıyaalma vərəqi ilə 
yanaşı xüsusi blank doldurulur və onun təkrarən siyahıya alınmaması 
üçün arayış verilir. Siyahıyaalma başa çatdıqdan sonra əldə edilmiş 
məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə yaşayış binalarında 
(10%-də) seçmə müşahidəsi aparılır. Siyahıyaalmanın bütün mərhələlə­
rində ayrılmış maliyyə vəsaitindən istifadə olunması üzərində ciddi

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin