Coğrafi əlamətlər
- fərdin daimi yaşadığı, o cümlədən onun siyahıya-
almaya bir il qalmış daimi yaşadığı yer; həmin yaşayış məntəqəsində
yaşadığı müddət; əvvəlki yaşayış yeri; ölkəyə gəldiyi il və ya dövr.
Demoqrafik əlamətlər
- cinsi, yaşı, nikah vəziyyəti (hüquqi / fak
tiki), vətəndaşı olduğu ölkə, anadan olduğu ölkə, milliyyəti /etnik qrupu,
ana dili, dinə etiqadı, diri doğulmuş uşaqların ümumi sayı.
İqtisadi əlamətlər
- siyahıyaalma vaxtı iqtisadi fəallıq statusu, məş
ğulluğu, iqtisadi fəaliyyət növü (sahə), məşğulluq statusu (muzdlu işçilər,
işverənlər, istehsal kooperativlərinin üzvləri və i. a.), iş yeri, əlavə məş
ğulluğu, işsiz qaldığı müddət, yaşamaq üçün əsas vəsait mənbəyi,
himayənin tipi, gəliri, hər gün işə getmək üçün istifadə etdiyi nəqliyyat
növü, iş gününün uzunluğu, iş yerinə gedib-qayıtmağa sərf olunan vaxt.
Təhsil əlamətləri
- təhsil səviyyəsi, savadlılıq, ali məktəblərə dava
miyyət, peşə hazırlığı, ixtisası.
Ev təsərrüfatları və ailə münasibətləri ilə əlaqədar əlamətlər -
xüsusi ev təsərrüfatında əsas şəxsə münasibəti, ailədə statusu, müəyyən
yaşda uşaqların sayı, ailənin iqtisadi fəal üzvlərinin sayı, himayədə
olanların sayı. Ev təsərrüfatı özünü müstəqil surətdə zəruri qida məh
sulları ilə təmin edən, təsərrüfat yaratmaq üçün hər hansı başqa bir şəxslə
birləşmək arzusunda olmayan bir nəfərdən, yaxud da ümumi büdcə
əsasında öz gəlirlərini birləşdirən və təsərrüfatı birlikdə idarə edən bir
neçə nəfərdən ibarət ola bilər. Onlar qohumluq münasibətlərində ola və
ya olmaya bilərlər.
Xüsusi ev təsərrüfatlarının xarakteristikası
- xüsusi ev təsərrüfatı
nın tipi, onun həcmi, ev təsərrüfatının iqtisadi fəal üzvlərinin, müəyyən
yaşda uşaqların, pensiya yaşda olan şəxslərin sayı, mənzildən istifadə
forması (fərdi və ya kollektiv istifadə), mənzilə görə icarə haqqı, ev təsər
rüfatında istifadə olunan avtomobillərin sayı, telefonun mövcud olması;
Dostları ilə paylaş: |