Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əmək fəaliyyətinin olmamasının xarakteristikası



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə85/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   262
2-ci movzu demoqrafiya

Əmək fəaliyyətinin olmamasının xarakteristikası 
- əmək qabiliyyə­
tinin olmaması, uzun müddət davam etməsi (altı aydan çox), nöqsan və 
əlillik (əmək qabiliyyətinin olmamasının müəyyən edilmiş olduğu 
adamlara), əmək qabiliyyətinin olmamasının səbəbləri;
Mənzilin və digər yaşayış binalarının xarakteristikası 
- yaşayış 
binasmın və sahibliyin tipi, yaşayış binalarının yerləşdiyi yer, bir və ya
130
bir neçə ev təsərrüfatına məxsus olan mənzil, sakinlərin sayı, otaqların 
sayı, mətbəxin, su təchizatı, vanna otağının, kanalizasiyanın mövcudluğu, 
qızdırıcı sistemin, təbii (sıxılmış) qazm, elektrikin olub-olmaması;
Yaşayış evinin yerləşdiyi binaların xarakteristikası 
- tikintinin tipi, 
binada olan mərtəbələrin və mənzillərinin sayı, inşa olunduğu vaxt, 
tikilərkən hansı materialdan istifadə edildiyi.
Ayrı-ayn kateqoriyalardan olan şəxslərin qeydiyyata alınması, əlamət­
lərin və təsnifləşdirmələrin müəyyən olunması, yaşayış binalarının xarak­
teristikası, siyahıyaalmanın aparılmasına dair hazırlanmış xüsusi 
metodika ilə həyata keçirilir.
5.2. Əhalinin siyahıya alınması ilə əlaqədar hazırlıq işlərinin
aparılması
Əhalinin siyahıya alınması ilə əlaqədar hazırlıq işləri aşağıdakı mərhə­
lələrə bölünür:
1) Siyahıyaalmanın aparılması üçün hüquqi əsasların yaradılması. Bu, 
o deməkdir ki, siyahıyaalma haqqmda qanun qəbul edilir, yaxud da sə­
rəncam imzalanır. Bəzi ölkələrdə isə siyahıyaalmanın aparılması konsti­
tusiyada xüsusi maddədə təsbit olunur. Əhalini siyahıya alarkən aşağıda­
kıların həyata keçirilməsi zəruridir: a) siyahıyaalmanın miqyası və vaxtının 
müəyyən edilməsi; b) siyahıyaalmanın aparılması üçün zəruri vəsaitin 
ayrılması; c) siyahıyaalma aparılarkən əhalinin suallara düzgün cavab 
verməsinin təmin olunması üçün hüquqi təəhhüdlərin müəyyən edilməsi; 
d) siyahıyaalmanı aparan şəxslərin (sayıcıların) faktları düzgün qeyd 
etmələri üçün hüquqi öhdəliklərin (qaydaların) müəyyən edilməsi; e) 
əhalinin verdiyi informasiyaların həqiqəti əks etdirməsinin təmin olunması.
2) Aşağıdakı tədbirlərin həyata keçirilməsinə imkan verən büdcənin 
tərtib və təsdiq edilməsi: a) siyahıyaalmaya cəlb edilmiş şəxslərin əmə­
yinin haqqının ödənilməsi üçün smetanın tərtib olunması; b) siyahıya- 
alma zamanı istifadə olunacaq avadanlıq və materialların əldə edilməsi;
c) göstərilən müxtəlif növ xidmətlərin dəyərinin və icarəyə götürülmüş 
binaların haqqının ödənilməsi.
3) Əlaqələndirici mərkəzin yaradılması. Bu mərkəz tədbirin həyata 
keçirilməsinin hüquqi əsaslarının yaradılması və smetanın tərtib olunma­
sını öhdəsinə götürür, siyahıyaalma vərəqindəki sualların tərtib olunması, 
siyahıyaalmanın aparılmasına dair təqvim planının, toplanan məlumat­
ların işlənməsi və nəticələrinin yayılması proqramlarının hazırlanmasına 
cavabdehlik daşıyır. Əhalinin siyahıya alınması dövlət statistika orqan-
131


larma (məsələn, Azərbaycanda Dövlət Statistika Komitəsinə, ABŞ-da 
Siyahıyaalma Bürosuna, İtaliyada Statistika İnstitutuna, Rusiya Federa­
siyasında Federal Dövlət Statistika Xidmətinə) həvalə edilir.
4) Siyahıyaalmanı aparmaq üçün kadrların seçilməsi və hazırlanması;
5) Yaşayış məntəqələrinin sahələrinin dəqiqləşdirilməsi və xəritə- 
materialların hazırlanması. Bu tədbirin həyata keçirilməsi siyahıyaalma 
zamanı bütün əhalinin əhatə olunması üçün lazımdır. Rayonların 
xəritələrinə və şəhərdəki məhəllələrin planlarına, habelə əhalinin sayı 
haqqındakı məlumatlara əsasən rayonun (şəhərin) ərazisi “siyahıyaalma 
sahələri”nə bölünür. Siyahıyaalma sahələrinin sərhədləri adətən inzibati- 
ərazi vahidlərinin sərhədi ilə uyğun gəlir ki, bu da siyahıyaalma üzərində 
nəzarətin həyata keçirilməsini və əldə edilmiş materialların sonrakı 
mərhələlərdə işlənməsini asanlaşdırır.
Siyahıyaalmanm metodologiyasını, aparılması vasitələrini, proqramı­
nı, siyahıyaalma vərəqində sualların qoyuluşunu, onların ardıcıllığını, 
məlumatların toplanmasının üsul və qaydalarını, siyahıyaalma heyətinin 
“yükünü” və s. məsələlərini təkmilləşdirmək məqsədilə əhalinin sınaq 
siyahıyaalınması aparılır. Məlum olduğu kimi 2009-cu il aprelin 13-22-də 
Azərbaycan Respublikasında əhalinin siyahıya alınması aparılmışdır. 
Buna daha yaxşı hazırlaşmaq və onu müvəffəqiyyətlə aparmaq üçün 
2008-ci ilin eyni vaxtında Şamaxı rayonunda sınaq siyahıyaalınması 
həyata keçirilmişdir. Deməli, hər hansı bir rayonda (şəhərdə) başdan-başa 
aparılan müşahidə bir növ “baş məşq” xarakteri daşıyır. Ümumiyyətlə 
sınaq siyahıyaalmasının təbii şəraitinə, əhalinin tərkibinə və onun ərazi 
üzrə yerləşməsinin xarakterinə görə bir-birindən fərqlənən bir neçə 
rayonda aparılması məqsədəuyğundur.
Əhalinin siyahıya alınmasının müvəffəqiyyətlə aparılması və uğurla 
başa çatdırılması xeyli dərəcədə onun məqsədi və əhəmiyyəti, aparılması 
qaydası və müddətləri haqqında kütləvi informasiya vasitələrində yaxşı 
təşkil olunmuş izahat işlərindən asılıdır. Məsələn, siyahıyaalmaya hazırlıq 
dövründə qəzet və jurnallarda çoxlu sayda məqalələr və qısa məlumatlar 
dərc olunmalı, radio verilişlərində izahat işləri aparılmalı, televiziya 
kanallarında xüsusi filmlər nümayiş etdirilməli, internetdə ayrıca səhifə 
açılmalı, kütləvi tirajla əyani vəsait və şüarlar çap olunmalı, sərgilər, vit­
rinlər düzəldilməli, zərf, təqvim, avtoqələm dəsti, açıqcalar buraxılmalı, 
siyahıyaalma ərəfəsində qəzetlərdə bu hadisəyə həsr edilmiş və əhalini bu 
çox mühüm tədbirdə fəal iştirak etməyə çağıran baş məqalələr dərc 
olunmalı, xüsusi buraxılışlar olmalıdır. Bütün bunlar siyahıyaalmanı 
müvəffəqiyyətlə başa çatdırmağa imkan verə bilər.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin