Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Azərbaycanın statistik göstəriciləri 2010. Bakı, “Səda” nəşriyyatı, 2010, s. 291



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə81/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   262
2-ci movzu demoqrafiya

29 Azərbaycanın statistik göstəriciləri 2010. Bakı, “Səda” nəşriyyatı, 2010, s. 291.
124
şəxslərin sayı da müəyyən olunur. Bu zaman əlillərin sayı əhalinin hər 
1000 nəfəri hesabı ilə, əhalinin ümumi sayma nisbətən faizlə, I, II, III 
qrup əlillərin sayı, habelə əmək qabiliyyətli yaşda olan əlillərin sayı və 
onların əlillərin ümumi sayında xüsusi çəkisi göstəricilərindən istifadə 
olunur.
Statistikada əhalinin həkimlərlə və orta tibb işçiləri, həmçinin xəstəxa­
nalarda çarpayılarla və tibb müəssisələri ilə təmin olunması da öyrənilir. 
Bu zaman əhalinin hər 10000 nəfərinə düşən həkimlərin və xəstəxana­
larda çarpayıların sayı həm ölkə üzrə ümumillikdə, həm də hər bir rayon 
üzrə ayrılıqda hesablanır. Məsələn, Azərbaycanda 2014-cü ilin əvvəlində 
əhalinin hər 10000 nəfərinə 34,7 nəfər, o cümlədən Bakı şəhərində 88,6 
nəfər, Gəncə şəhərində 37,3 nəfər, Daşkəsəndə 10,7 nəfər, Lerikdə 7,3 
nəfər, Sabirabadda 8,3 nəfər, Uçarda 10,3 nəfər, Hacıqabulda 10,8 nəfər 
həkim düşmüşdür.30
Statistikada əhalinin sağlamlığında çox mühüm rol oynayan idman və 
siqaret çəkənlərin sayı və bir sıra digər göstəricilər hesablanır. Məsələn, 
Azərbaycanda 2012-ci ildə 15 yaşdan yuxarı əhalinin ümumi sayında id­
manla məşğul olanların xüsusi çəkisi 17,7%, siqaret çəkənlərinki isə 
16,7%, o cümlədən kişilər və qadınlar üzrə 26,8 və 9,6%, 35,3 və 0,0% 
təşkil etmişdir.31
Qocaların və əlillərin daimi yaşamaları üçün nəzərdə tutulan tibbi- 
sosial müəssisələr, internat evlər, onlardakı adamların sayı, yerlərin 
miqdarı və s. göstəricilər də hesablanır.
Əhalinin sosial xarakteristikasına aid olan göstəricilərin tam olmayan 
siyahısı belədir. Ümumiyyətlə, sosial sfera statistikasının göstəriciləri bir­
başa və ya dolayısı ilə əhalinin sosial xarakteristikasına aiddir. Qeydiy­
yata alınmış cinayətlərin sayı və onların strukturu; cinayəti törədənlərin 
(və mühakimə olunanların) cinsinə, yaşına və sosial vəziyyətinə görə 
tərkibi; cinayətin növləri və cəza tədbirləri də əhalinin sosial 
xarakteristikasına aid göstəricilərdir. Əhalinin sosial xarakteristikasında 
həyat səviyyəsi göstəriciləri xüsusi əhəmiyyətə malikdir. Bunlar 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin