nəzarət qoyulur.
Siyahıyaalma vərəqələrində qeyd edilmiş və toplanmış məlumatlar
ümumiləşdirilməlidir. Bu məqsədlə kodlaşdırılmış qeydlər hesablanır,
ayrı-ayrı ərazilər və ölkə üzrə yekunlaşdırılır, habelə yaşa, cinsə, milliy
yətə, təhsilinə, nikah vəziyyəti və sair əlamətlərinə görə qruplara bölünür.
Ərazi çərçivəsində əlamətlərin və ona cavab verə bilən qruplaşdırmanın
əlaqələndirilməsi siyahıyaalma materiallarının işlənməsinin proqramı
deməkdir. Hər bir ərazi və ölkə üzrə əhalinin sayı haqqında məlumatların
əks etdirildiyi yüzlərlə, minlərlə cədvəl tərtib olunur. Əhalinin siyahıya
alınması zamanı tərtib olunan cədvəllərdə əks etdirilən göstəricilərin sayı
bəzi hallarda bir neçə milyona çatır. Siyahıyaalma materiallarının tam
işlənməsi bir neçə il ərzində həyata keçirilə bilər. Siyahıyaalmanın
nəticələri bir neçə cildlik xüsusi nəşrlərdə çap olunur. Bununla yanaşı
siyahıyaalmanın nəticələri internet saytlarında yerləşdirilə bilər. Siya-
hıyaalma materiallarından istifadəyə olan tələbatı daha yaxşı ödəmək
məqsədilə informasiyaların kompüterləşdirilmiş məlumat bazalarında
yerləşdirilməsi daha münasibdir. Makro-məlumat bazalarının yaradılması
da vacib məsələlərdən biridir.
5.5. Əhalinin siyahıya alınmasının təşkili sahəsində beynəlxalq
təcrübə
Statistik müşahidənin təşkil edilməsinin başlıca forması olan siyahıya-
alma xarici ölkələrdə də geniş yayılmışdır.
Belə müşahidənin formalarından biri necə deyərlər “qısa qeydlərə”
əsaslanan siyahıyaalmadır. Bu, dəyişkən başlanğıca, inkişaf mərhələsinə
və dəyişən sonluğa malik uzunmüddətli proseslər üzərində fasiləsiz ola
raq müşahidə aparılması formasıdır. Bu müşahidə statistik qeydiyyatın
aparılmasına əsaslanır. Qeydiyyat müşahidə vahidləri üzərində nəzarətin
həyata keçirilməsi və öyrənilən göstəricilərə müxtəlif amillərin təsirinin
qiymətləndirilməsi üçün aparılır. Qeydiyyat vərəqində hər bir müşahidə
vahidi kompleks göstəricilər sistemi ilə xarakterizə edilir. Onlardan bir
qrupu müşahidənin aparıldığı vaxt ərzində dəyişmiş olur və bir dəfə qeyd
edilir. Digər göstəricilərdən bəzilərinin dəyişdiyi vaxt məlum olmur və
onlar dəyişdikcə yeniləşdirilir. Üçüncü qrup göstəricilər dinamika göstə
riciləridir və yeniləşəcəkləri dövr qabaqcadan məlum olur. Bu göstərici
lərin hamısı tədqiq olunan toplunun bütün vahidləri tam öyrənilənədək
saxlanılır.
Aşağıdakı məsələlər həll edilmədən qeydiyyatın təşkili və aparılması
136
mümkün deyildir: 1) müşahidə vahidlərinin nə vaxt qeydiyyat vərəqinə
daxil edilməsi və nə vaxt siyahıdan çıxarılması; 2) hansı informasiyaların
saxlanılması; 3) məlumatların hansı mənbələrdən götürülməsi; 4) infor
masiyanın tez-tez dəyişdirilməsi və tamamlanması.
Statistika işləri təcrübəsində əhalinin qeydiyyata alınması digər hadisə
və proseslərin qeydiyyata alınmasından fərqlənir. Əhalinin qeydiyyata
alınması ölkə sakinlərinin müntəzəm olaraq adbaad siyahısının tərtib edil
məsi deməkdir. Bu prosesdə müşahidənin proqramı ümumi əlamətlərlə
məhdudlaşır. Bunlara əhalinin cinsi, anadan olduğu tarix və yer, nikaha
daxil olduğu tarix (bu məlumatlar bütün müşahidə dövrü ərzində dəyiş
məz qalır) və nikah vəziyyəti (dəyişən əlamət) aiddir. Qeydiyyatda bir
qayda olaraq yalnız sənədlərlə rəsmiləşdirilmiş olan dəyişən əlamətlər
üzrə informasiya saxlanılır.
Qeydiyyat vərəqinə doğulan və xaricdən gələn hər bir şəxs üzrə infor
masiya yazılır. Ölən, yaxud da daimi yaşamaq üçün başqa Ölkələrə gedən
şəxslər haqqında olan məlumatlar qeydiyyat vərəqindən çıxarılır. Əha
linin qeydiyyatı ölkənin ayrı-ayrı regionları üzrə aparılır. Yaşayış yeri
dəyişdikdə müşahidə vahidi haqqında məlumat onun yaşamaq üçün
getdiyi yeni əraziyə ötürülür. Qeydiyyatın aparılması çox mürəkkəb
olduğu və bu işin həyata keçirilməsi böyük məbləğdə vəsait tələb etdiyi
üçün müşahidənin bu formasından əsas etibarilə əhalisinin sayma görə
kiçik, lakin mədəni səviyyəsi yüksək olan ölkələrdə (əsas etibarilə
Avropa ölkələrində) istifadə olunur.
Qeyd etmək lazımdır ki, istər əhalinin qeydə alınması, istərsə də toplu
vahidlərinin müşahidə ilə əhatə olunduğu istənilən qeydəalma özündə
əlamət haqqında məhdud miqdarda məlumatları əks etdirir. Odur ki,
qeydiyyatın aparılmasının xüsusi təşkil olunmuş, o cümlədən də əhalinin
siyahıya alınmasının müəyyən edilmiş qaydada öyrənilməsi zəruridir.
Dostları ilə paylaş: