Məşğul və iqtisadi fəal əhalinin sayı haqqında
məlumatlara əsasən
aşağıdakı düsturla məşğulluq əmsalı hesablanır:
Əməşğ. = MƏ / IFƏ xlOO
Burada: Əməşg - məşğulluq əmsalı;
MƏ -
məşğul əhali deməkdir
Məşğulluq əmsalı əhalinin ümumi sayı, cinsi və ayrı-ayrı yaş qrupları
üzrə hesablanır.
Azərbaycan Respublikasında əhalinin ümumi sayı, iqtisadi fəal və
məşğul əhali haqqında 6.1 cədvəlində
verilmiş məlumatlara əsasən
mühakimə yürütmək olar.
Cədvəl 6.1
Azərbaycan Respublikasında iqtisadi fəal və məşğul əhalinin sayı
(ilin axırma, min nəfər)33
Göstəricilər
1995
2000
2005
2010
2011
2012
Əhalinin ümumi sayı
7643,5
8114,3
8553,0
9111,1
9235,1
9356,5
İqtisadi fəal əhali
3641,3
3748,2
4168,0
4587,4
4626,1
4688,4
Məşğul əhali
3613,0
3704,5 Г 3850,2
4329,1
4375,2
4445,3
Məşğulluq
səviyyəsi, %-
lə
99,2
98,8
92,4
94,4
94,6
94,8
6.1
cədvəlindəki məlumatlardan aydın olur ki, 1995-ci ilə nisbətən
2012-ci ildə Azərbaycan Respublikası əhalisinin sayı 1713,0 min nəfər və
ya 22,4%, o cümlədən iqtisadi fəal əhalinin sayı 1047,1
min nəfər və ya
28,8%, məşğul əhalinin sayı isə - 832,3 min nəfər və ya 23,0% artmışdır.
Məşğulluq səviyyəsinə gəldikdə isə bu göstərici müqayisə aparılan
dövrdə 4,4 bənd azalmışdır. Bunun başlıca səbəbi yeni iş yerləri
yaradılmasına
nisbətən əhalinin ümumi, habelə iqtisadi fəal əhalinin
sayının daha sürətlə artması nəticəsində əhalinin ümumi sayında
iqtisadi
fəal əhalinin xüsusi çəkisinin yüksəlməsidir. Belə ki, əhalinin ümumi
sayında iqtisadi fəal əhalinin xüsusi çəkisi 1995-ci ildə 47,6%-ə
bərabər
olduğu halda, bu göstərici 2012-ci ildə 50,1% təşkil etmişdir.
Əhalinin iqtisadi fəallıq və məşğulluq səviyyəsi ayrı-ayrı cins və yaş 3
3
Dostları ilə paylaş: