Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əhalinin məşğulluq statusuna görə təsnifləşdirilməsi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə94/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   262
2-ci movzu demoqrafiya

6.3. Əhalinin məşğulluq statusuna görə təsnifləşdirilməsi
Ölkəmizdə əhalinin məşğulluq statusuna görə təsnifləşdirilməsi 1993- 
cü ildə qəbul olunmuş beynəlxalq prinsiplərə uyğunlaşdırılmışdır. 
Məşğulluğa görə yalnız iqtisadi fəal əhali (yəni məşğul və işsiz əhali) 
təsnifləşdirilir. Məşğulluq statusu əslində cəmiyyətdə hər bir fərdin 
vəziyyətinin müəyyən edilməsi deməkdir. Məşğulluq statusu üzrə qruplar 
muzdlu iş və işlə özünün xüsusi mülkiyyətində olan müəssisədə işləməsi 
arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir. Muzdla işləmək əmək 
fəaliyyətinin xüsusi bir növüdür. Bu zaman müəssisə ilə muzdlu işçi 
arasında müqavilə bağlanır. Müqaviləyə əsasən işçiyə yerinə yetirdiyi 
işin müqabilində müəssisə və ya təşkilatın gəlirindən asılı olmayaraq 
əmək haqqı ödənilməsinə zəmanət verilir. Aydın məsələdir ki, bu halda 
əsas fondlar və aktivlər muzdla işləyən şəxsin deyil, digər şəxslərin 
mülkiyyətində olur. Özünün xüsusi mülkiyyətində olan müəssisədə işlə­
mək də əmək fəaliyyətinin bir növüdür. Onun müqabilində əldə edilən 
haqq əmtəə və xidmətlərin istehsalından daxil olan gəlirdən birbaşa asılı 
olur. Bu fəaliyyət növü ilə məşğul olanlar idarəetmə qərarlarım ya özləri 
qəbul edir, yaxud da özü məsuliyyət daşımaqla onun qəbul edilməsini 
digər şəxslərə tapşırırlar. Özü məşğul əhaliyə işverənlər, sərbəst məşğul 
əhali, kollektiv müəssisələrin üzvləri və ailə müəssisələrində əmək haqqı 
almadan çalışan işçilər aid edilir.
Əhali məşğulluq statusuna görə aşağıdakı kimi təsnifləşdirilir:
1) 
Muzdla işləyən şəxslər. Bunlar muzdla həyata keçiriləcək əmək 
fəaliyyətinin şərtləri haqqında mülkiyyətin hər hansı bir formasına 
mənsub olan müəssisənin rəhbərləri, yaxud da hər hansı bir şəxslə yazılı 
və ya şifahi müqavilə bağlayan şəxslərdir. Onlar qabaqcadan müəyyən 
olunmuş şərtlərə uyğun olaraq nağd pul və ya natura şəklində haqq alırlar. 
Haqqı ödənilən vəzifələrə təyin və təsdiq olunan şəxslər də (müəssisə 
rəhbərləri də daxil olmaqla) bu qrupa daxildir.
154
Muzdla işləyən işçilər özləri də aşağıdakı yarımqruplara bölünür: a) 
mülki işçi qüvvəsi; b) hərbi qulluqçular (hərbi rütbəli, müqavilə əsasında 
işləyən, yaxud da həqiqi hərbi xidmətə çağırılmış şəxslər). Daxili işlər 
orqanlarında sıravi və ya rəhbər heyətin tərkibində xidmətdə olan xüsusi 
rütbəli şəxslər (məsələn, polis və daxili qoşunların əməkdaşları) hərbi 
qulluqçulara aid edilmir. Gündüz hərbi təhsil müəssisələrində oxuyanlar 
da bu kateqoriyaya yox, iqtisadi qeyri-fəal əhalinin tərkibinə daxil edilir. 
Muzdlu işə qəbulun müddətinə görə muzdlu işçilər aşağıdakı qruplara 
bölünür: a) daimi işlərə qəbul edilmiş muzdlu işçilər; b) müvəqqəti muzdlu 
işçilər; c) mövsümi işlərə qəbul edilmiş muzdlu işçilər və təsadüfi işlərə cəlb 
edilmiş muzdlu işçilər.
2) İşverənlər. Bunlara özlərinin xüsusi (ailə) müəssisələrində daimi 
işləyən, sərbəst peşəkarlıq fəaliyyəti, yaxud da sənətkarlıqla məşğul olan 
və muzdlu əməkdən daim istifadə edən şəxslər daxildir. İşverən dedikdə 
ailə müəssisəsini idarə edən şəxs nəzərdə tutulur. Lakin bu zaman müəs­
sisə ailə üzvləri arasında paylara bölünməmiş olmalı və muzdlu əməkdən 
daim istifadə edilməlidir. Həm də, işverən idarəetmə funksiyalarını 
müstəqil həyata keçirə, yaxud da muzdla tutulmuş başqa bir şəxsə həvalə 
edə bilər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə, fərdi 
qaydada sənətkarlıqla məşğul olan və muzdlu əməkdən daim istifadə 
edən şəxslər də işverənlərə aid edilir;
3) Sərbəst məşğul olanlar. Bunlara müstəqil, yaxud da bir və ya bir 
neçə tərəfdaşla birlikdə gəlir gətirən işlə məşğul olan və muzdlu əməkdən 
daim istifadə etməyən şəxslər aiddir. Onlar muzdlu əməkdən çox qısa bir 
müddətdə (mövsümi və ya təsadüfi işlərdə) istifadə edə bilərlər. Hüquqi 
və fiziki şəxslərlə bağlanmış müqavilə əsasında podrat və mülki-hüquqi 
xarakterli işləri yerinə yetirən şəxslər məşğulluq statusuna görə muzdla 
işləyən işçilərə aid edilir. Lakin burada çox vacib bir məsələni nəzərə 
almaq lazımdır. Bu, ondan ibarətdir ki, həmin şəxslərin yerinə yetirdikləri 
işlər muzdlu iş hesab edildikdə onlar məşğulluq statusuna görə muzdlu 
işçilər kateqoriyasına, özlərinin xüsusi mülkiyyətində olan müəssisələrdə 
çalışdıqda isə ya işverən, yaxud da sərbəst məşğul olan işçilər kate­
qoriyasına aid edilirlər.
4) Ailə müəssisələrində çalışan şəxslər. Bunlara ev təsərrüfatı üzv­
lərinin hər hansı birinə, yaxud da qohumuna məxsus olan şəxslə birlikdə 
yaşayan və yaşamayan, lakin ailə müəssisəsində haqq olmadan çalışan 
işçilər aiddir;
5) Kollektiv müəssisələrin (istehsal kooperativlərinin) üzvləri. Bun­
lara kollektiv müəssisələrdə çalışan və həmin müəssisələrin mülkiy-
155


yətçilər kollektivinin üzvü olan şəxslər aiddir. Kollektiv müəssisəsinin 
hər bir üzvü istehsal, satış, gəlirlərin bölüşdürülməsi və s. məsələlərin həll 
edilməsində onun digər üzvləri ilə eyni hüquqa malikdir. Lakin kollektiv 
müəssisədə çalışan muzdlu işçilər bu qrupa daxil edilmir;
6) 
Məşğulluq statusu üzrə təsnifləşdirməyə düşməyən şəxslər. Bun­
lara haqqında kifayət qədər məlumat olmadığına görə yuxarıda göstərilən 
kateqoriyalardan hər hansı birinə aid edilməsi mümkün olmayan şəxslər 
aid edilir.
Məşğul əhali ilə yanaşı işsiz əhali də təsnifləşdirilir. Bu zaman da 
hazırda işsiz olan şəxslərin statusu müəyyən olunarkən onların axırıncı iş 
yeri əsas götürülür. Ümumiyyətlə, heç bir əmək fəaliyyəti ilə məşğul 
olmamış şəxslər isə axırıncı (6-cı) qrupa aid edilir. Əhalinin məşğulluq 
statusuna görə təsnifləşdirilməsi siyahıyaalmalann gedişində məşğulluq 
problemləri həll olunarkən və sosial-demoqrafık vəziyyət öyrənilərkən 
həyata keçirilir. Əhalinin məşğulluğa görə təsnifləşdirilməsi haqqında 
məlumatlardan cəmiyyətin sosial strukturunu təhlil edərkən istifadə 
olunur.
Əhali məşğulluğa görə təsnifləşdirilərkən işçilərin əsas iş yerində 
tutduqları vəzifə əsas götürülür. Əgər işçi nəzərdən keçirilən dövrdə bir 
neçə yerdə işləyirsə, onda əsas və əlavə iş yerləri müəyyən edilir. Birdən 
çox iş yeri dedikdə tədqiqat aparılan dövrdə əsas iş yeri ilə yanaşı, başqa 
bir işi yerinə yetirən, yaxud da gəlir gətirən digər bir işlə məşğul olan 
şəxslər nəzərdə tutulur. Bunlar əvəzçiliklə işləyən, hüquqi şəxs yarat­
madan sahibkarlıq fəaliyyəti, yaxud da fərdi işlə məşğul olan şəxslər ola 
bilər. Əsas iş yeri dedikdə işçinin özü üçün əsas hesab etdiyi, əmək kitab­
çasının saxlandığı iş yeri nəzərdə tutulur. Hər hansı bir şəxsin nəzərdən 
keçirilən dövrdə məşğul olduğu başqa bir iş yeri əlavə hesab edilir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin