Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İyun ayında işlənmiş adam-günlərin sayı



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə100/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   262
2-ci movzu demoqrafiya

İyun ayında işlənmiş adam-günlərin sayı
Cədvəl 6.4
T am m əşğul 
olm ay an işçi­
lərin siyahı 
sayı
İş həftəsinin 
uzunluğu, 
saa t
İş g ü n ü ­
nün
uzunluğu,
s a a t
A y ərzində iş 
günlərinin 
sayı
B ir ay ərzində iş 
g ü n ü n ə düşən işə 
çıxılm ayan g ü n ­
lərin sayı
1
40
8,0 ” ” 1
11

1
40
4,0
20
2
1
36
7,2
10
1
1
36
3,6
22
'
Cədvəl “Эконс 
götürülmüşdür.
(M., 2007)
( 8 x 1 1 )
 + 
( 4
 x 
2 0 )
 + 
( 4
 x 
2 )
( 7 , 2 x 1 0 )

( 7 , 2 x 1 ) + ( 3 , 6 x 2 2 )
"

' 8  

7’2
176
8
1 5 8 , 4
7,2

22

22
44
CLUClliL g i l l i »
t
İyun ayında tam məşğul olmayan işçilərin orta sayı belə müəyyən 
edilir: 44 : 22 = 2 nəfər. Deməli, iyun ayında tam məşğul olmayan 
işçilərin sayı 2 nəfərə bərabərdir.
Ay m bütün günləri üzrə işçilərin siyahı sayı haqqında məlumat olma- 
dıqda onların orta siyahı sayı ayın əvvəlinə və axırına olan məlumatları 
cəmləyib iki yerə bölmək yolu ilə müəyyən edilir.
Kənardan cəlb olunan əvəzçiliklə işləyənlərin orta sayı da tam 
olmayan iş rejimində çalışan işçilərin orta sayının hesablandığı metodla
163


müəyyən olunur.
Mülki-hüquqi xarakterli müqavilə ilə işləyən işçilərin orta aylıq sayı 
işçilərin orta siyahı sayı kimi müəyyən edilir. Bu, həmin kateqoriyadan 
olan işçilərin ayın hər təqvim günündəki sayı haqqında göstəriciləri 
cəmləyib aydakı təqvim günlərinin miqdarına bölmək yolu ilə hesablanır. 
Çalışdıqları təşkilatla müqavilə bağlamış və onun üçün iş görən və de­
məli, həmin təşkilatın siyahısında olan, yaxud da hüquqi şəxs yaratmadan 
fərdi sahibkarlıqla məşğul olan şəxslər bu kateqoriyadan olan işçilərin 
tərkibinə daxil edilmir.
Hər hansı bir dövr üzrə (ay, rüb, il) müəssisə və təşkilatlarda çalışan 
işçilərin orta siyahı sayı aşağıdakıları cəmləmək yolu ilə müəyyən edilir:
1) işçilərin orta siyahı sayı; 2) kənardan cəlb edilmiş əvəzçiliklə işlə­
yənlərin orta siyahı sayı; 3) mülki-hüquqi xarakterli müqavilə ilə işi 
yerinə yetirən işçilərin orta sayı.
İşçilərin orta siyahı sayı iqtisadiyyat üzrə bütövlükdə və onun ayrı- 
ayrı sahələri üzrə də müəyyən edilir. Bu məqsədlə sahədə fəaliyyət göstə­
rən müəssisələrdə çalışan işçilərin orta siyahı sayı haqqında məlumatları 
cəmləmək lazımdır. Bu göstərici sahələr üzrə müəyyən edildikdən sonra 
alınmış nəticələr cəmlənməklə, bütövlükdə iqtisadiyyat üzrə işçilərin orta 
siyahı sayı müəyyən edilmiş olur.
İqtisadiyyatın qeyri-rəsmi bölməsində məşğulluq statistikası ölkəmizdə
digər ölkələrdə və beynəlxalq statistikada statistikanın yeni bölməsidir. 
Qeyri-rəsmi bölmənin sərhədlərinin müəyyən edilməsinin, habelə statistik 
məlumatların toplanması və işlənməsinin təşkili üçün metodoloji əsas 1993- 
cü ilin yanvar ayında əmək statistiklərinin 15-ci beynəlxalq konfransında 
qəbul edilmiş sənəddir. Onun bölmələri MHS-ə daxil edilmişdir. Bu sənədə 
görə qeyri-rəsmi bölmə dedikdə, iştirakçılarım iş və gəlirlə təmin etmək 
məqsədilə əmtəə və xidmətlərin istehsalı ilə məşğul olan və ev təsərrüfat­
larının malik olduqları cəhətlərə malik olan vahidlər toplusu nəzərdə tutulur.
Qeyri-rəsmi bölmənin iqtisadi vahidlərində istehsalın təşkili səviyyəsi 
aşağı, fəaliyyət dairələri isə məhduddur. Onlar ev təsərrüfatlarından və 
ya onların üzvlərindən ayrılıqda yaradılmış müstəqil hüquqi qurum 
deyildirlər. Qeyri-rəsmi bölmə vahidlərində əmək münasibətləri təsadüfi 
məşğulluğa, yaxud da qohumluq və şəxsi münasibətlərə əsaslanır. Ev 
təsərrüfatlarının kooperasiyalaşdırılmamış müəssisələrinin əsas fondları 
(əsas kapitalı) və digər aktivləri istehsal vahidlərinə deyil, onların sahib­
lərinə məxsus olur. Həm də əsas fondlardan bir qayda olaraq istehsal və 
şəxsi məqsədlər üçün istifadə olunur. İstehsal ehtiyacları üçün sərf olunan 
xərclər bir çox hallarda ev təsərrüfatlarının sair xərcləri ilə birlikdə uçota
164
alınır. Sahibkarlar öz fəaliyyətlərini risk əsasında qurur və istehsal prose­
si ilə əlaqədar olan hər hansı öhdəliklərə görə şəxsən cavabdehlik 
daşıyırlar.
Qeyri-rəsmi bölmə vahidlərində sahibkarlıq fəaliyyəti ayrı-ayrı şəxslər 
tərəfindən, yaxud da onlara kömək göstərən ailə üzvlərinin yardımı, ya da 
haqqı ödənilməklə bir və ya bir neçə muzdlu işçi cəlb edilməklə həyata 
keçirilir. İstehsal adətən daimi olmayan binada, yaxud da adamların evlə­
rində təşkil olunur. Özünün şəxsi istehlakı üçün əmtəə və xidmətləri 
istehsal edən ev təsərrüfatları qeyri-rəsmi bölməyə aid edilmir. Lakin 
ayrı-ayrı ölkələrin statistika işləri təcrübəsində qeyri-rəsmi bölmədə 
məşğul olanların tərkibinə özlərinin şəxsi həyətyanı təsərrüfatlarında 
özləri üçün kənd təsərrüfatı məhsulları istehsal edən şəxsləri (bu fəaliyyət 
ev təsərrüfatı gəlirlərinin çox hissəsini təşkil etdikdə) daxil edirlər.
Qeyri-rəsmi bölmə konsepsiyası gizli və qeyri-qanuni iqtisadiyyat 
konsepsiyasından fərqlənir. Qeyri rəsmi bölmədə fəaliyyət göstərən 
istehsal vahidlərinin əksəriyyəti əmtəə və xidmətlərin istehsalı və onların 
reallaşdırılması ilə qanuni yolla məşğul olurlar. Qeyri-rəsmi bölmədə fəa­
liyyət göstərən müəssisələr vergiləri, sosial fondlara ayırmaları ödəmək­
dən şüurlu surətdə boyun qaçırmır, əmək qanunvericiliyini məqsədyönlü 
şəkildə pozmağı qarşılarına məqsəd qoymurlar. Lakin bunlarla yanaşı bu 
bölmənin bəzi müəssisələri istehsal xərclərini azaltmaq və deməli, gəlir­
lərini gizlətmək üçün qanunları, müəyyən edilmiş qaydaları poza bilərlər 
və pozurlar.
Qeyri-rəsmi bölməyə daxil olan müəssisələr iki qrupa bölünür: 1) daimi 
işləmək üçün muzdlu işçi cəlb etməyən qeyri-rəsmi müəssisələr; 2) daimi 
işləmək üçün muzdlu işçi cəlb edən müəssisələr. Söhbət ev təsərrüfatı müəs­
sisələrindən getdikdə qeyd etmək lazımdır ki, milli xüsusiyyətlərdən asılı 
olaraq muzdlu işçi cəlb etməyən, yaxud da fəaliyyəti milli qanunvericiliyə 
uyğun olaraq qeydiyyata alınmış ev təsərrüfatlarının daimi işləmək üçün 
muzdlu işçi cəlb etməyən qeyri-rəsmi müəssisələrə daxil edilməsi tövsiyə 
olunur.
Daimi əsaslarla muzdlu işçilərin əməyindən istifadə edən qeyri-rəsmi 
müəssisələr, yaxud da fəaliyyəti milli qanunvericiliyə uyğun olaraq qey­
diyyata alınmış ev təsərrüfatlarının qeyri-rəsmi bölməyə daxil edilməsi 
tövsiyə olunur. Daimi əsaslarla muzdlu işçilərin əməyindən istifadə edən, 
yaxud da qeyri-rəsmi işverən müəssisələr aşağıdakı bir və ya iki meyara 
uyğun gəlməlidir: a) məşğulluq baxımından müəssisənin həcminin çox da 
böyük olmaması; b) müəssisənin, yaxud da onun işçilərinin olmaması. 
İşçilərin sayma görə müəssisələrin həcmini müəyyən edərkən ya daimi
165


əsaslarla işləyən muzdlu işçilərin, yaxud da müəssisədə çalışan işçilərin 
ümumi sayını (sahibkar və əmək haqqı ödənilmədən onun burada işləyən 
və kömək edən ailə üzvləri də daxil olmaqla) götürmək olar. Müəssisə­
nin, yaxud da onun işçilərinin qeydiyyatına gəldikdə, qeyd etmək lazım­
dır ki, iqtisadiyyatın qeyri-rəsmi bölməsində çalışan muzdlu işçilərin 
sosial və hüquqi mənafelərinin müdafiəsinin təşkili üçün zəruridir.
Müxtəlif ölkələrdə qeyri-rəsmi bölmədə məşğulluq hüdudlarının 
müəyyən edilməsində əhəmiyyətli fərqlər vardır. Bu fərqlər özünü aşa­
ğıdakıların qeyri-rəsmi bölməyə daxil edilib-edilməməsində göstərir:
1) Kənd təsərrüfatında fəaliyyət göstərən ev təsərrüfatları müəssi­
sələrində məşğul olan şəxslər;
2) Ev təsərrüfatlarında muzdla işləyən şəxslər (qulluqçular, aşpazlar və 
i.a.);
3) Müəssisə ilə müqavilə münasibətlərindən asılı olaraq evdə işləyən 
şəxslər (onların yerinə yetirdikləri işlər iqtisadiyyatın qeyri-rəsmi bölmə­
sində məşğul olanların tərkibinə daxil edilə və yaxud edilməyə bilər).
1997-ci ildə BMT-nin bir qrup ekspertinin qeyri-rəsmi bölmə statis­
tikası məsələləri üzrə toplantısı keçirilmişdir (Dehli qrupu). Toplantıda 
müxtəlif ölkələrdə iqtisadiyyatın qeyri-rəsmi bölməsində məşğulluq 
statistikasının yaradılması sahəsində milli statistika orqanlarının təcrübəsi 
ümumiləşdirilmişdir. Ümumiləşdirmənin nəticəsi olaraq tövsiyələr işlənib 
hazırlanmışdır ki, bunlardan da istifadə olunması istər qeyri-rəsmi bölmə­
nin hüdudlarının müəyyən edilməsində, istərsə də bu bölmədə məşğul 
olanlar haqqında verilən məlumatların vahid şəklə salınmasının metodla­
rının təkmilləşdirilməsində milli statistika orqanlarının mövqelərinin 
yaxınlaşmasına imkan vermiş olardı.
Bütün ölkələrə tövsiyə olunur ki, iqtisadiyyatın qeyri-rəsmi bölməsini 
müəyyən edərkən vahid meyardan istifadə etsinlər. Mühasibat uçotunun 
bütün hesablarından və bütün statistika hesabatlarından istifadə etməyən 
qeyri-rəsmi bölmənin müəssisələri digər müəssisələrlə kooperasiya 
əlaqələrində olmur və onların istehsal etdikləri əmtəə və xidmətlərin çox 
cüzi bir hissəsi bazar üçün nəzərdə tutulur. Ölkələrə tövsiyə olunur ki, 
qeyri-rəsmi bölmə haqqında məlumatları işlədikdə və dərc etdirdikdə beş 
nəfərdən az, habelə beş nəfər və daha çox işçisi olan müəssisələri bir- 
birindən ayırsınlar. Bundan başqa, kənd təsərrüfatında fəaliyyət göstərən 
müəssisələri qeyri-rəsmi bölməyə daxil edən ölkələr kənd təsərrüfatı və 
qeyri-kənd təsərrüfatı xarakterli fəaliyyət növü ilə məşğul olanlar haq­
qında məlumatları ayrılıqda təqdim etməlidirlər. Qeyri-rəsmi bölmədə 
məşğul olan şəxslərin əsas işinin (fəaliyyət növünün) yalnız bu bölməyə
166
aid olduğu şəxsləri deyil, həm də əsas işinin (fəaliyyət növünün) iqtisa­
diyyatın rəsmi bölməsinə aid olduğu, lakin bununla yanaşı qeyri-rəsmi 
bölmədə ikinci fəaliyyət növü ilə məşğul olan şəxsləri də nəzərə almaq 
lazımdır.
Beləliklə, ev təsərrüfatları bölməsinin bir hissəsini təşkil edən, yaxud 
da ev təsərrüfatına mənsub olub, digər müəssisələrlə heç bir kooperasiya 
əlaqələrinə girməmiş (kooperasiyalaşdırılmamış), mənsub olduqları ev 
təsərrüfatlarından və ya onun işçilərindən ayrılıqda yaradılmış, müstəqil 
hüquqi şəxs olmayan, bazarda satılmaq üçün əmtəə və xidmətlərin 
istehsalını həyata keçirən istehsal vahidlərinin toplusu nəzərdə tutulur, 
istehsal vahidlərinin qeyri-rəsmi bölməyə aid edilməsi üçün meyar onun 
hüquqi şəxs kimi dövlət qeydiyyatınm olmamasıdır.
İqtisadiyyatın qeyri-rəsmi bölməsinə aşağıdakı məşğulluq kateqoriya­
ları aid edilir:
- kənd və meşə təsərrüfatlarında hüquqi şəxs yaratmadan və ya fərdi 
qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar (onların sahibkar kimi 
dövlət qeydiyyatının olmasından asılı olmayaraq);
-h ü q u q i şəxs yaratmadan dövlət qeydiyyatının olub-olmamasından 
asılı olmayaraq peşə və texniki xidmət göstərməklə məşğul olan şəxslər 
(arxitektorlar, həkimlər, baytar həkimləri, ali məktəblərə daxil olmaq 
üçün tələbə hazırlayan müəllimlər, notariuslar və i.a.);
- hüquqi şəxs yaratmadan başçısı (rəhbəri) sahibkar kimi qeydiy­
yatdan keçmiş kəndli (fermer) təsərrüfatları;
- fiziki şəxslərin yanında muzdla işləyən şəxslər, fərdi sahibkarlar;
- işçi olub-olmamasından asılı olmayaraq evə pullu xidmət göstərilməsi 
ilə məşğul olan şəxslər (sürücülər, cangüdənlər, bağbanlar, gözətçilər və
i-a-);
- avtomobillərin, məişət texnikasının, ev təsərrüfatlarının sifarişi ilə 
mənzillərin tikintisi və təmiri ilə məşğul olan şəxslər;
- ev təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının istehsalı, ovçuluq, 
balıqçılıq, kənd təsərrüfatı məhsullarının emalı (bu məhsullar satış üçün 
nəzərdə tutularsa) ilə məşğul olan şəxslər.
Aşağıdakı kateqoriyalardan olan hüquqi və fiziki şəxslər iqtisadiyyatın 
qeyri-rəsmi bölməsinə daxil edilmir:
-h ü q u q i şəxs statusu olmasından asılı olmayaraq maliyyə-sənaye 
qrupları, pay əsasında formalaşdırılmış investisiya fondları, habelə 
hüquqi şəxslərin nümayəndəlikləri, filialları, şöbələri, məntəqələri və 
başqa əlahiddələşmiş bölmələri;
167


- hüquqi şəxs kimi qeydiyyata alınmış kəndli (fermer) təsərrüfatları; 
-əm ə k haqqı almadan, könüllülük əsasında uşaqlara, xəstələrə və 
ahıllara xidmət göstərən, habelə uşaq evlərində, internatlarda və valideyn 
himayəsindən məhrum olan evlərdəki şəxslərə meyvə, tərəvəz və digər 
kənd təsərrüfatı məhsulları təqdim edən şəxslər.
-qanunla qadağan olunmuş insanlığa zidd fəaliyyətlə (məsələn, 
narkotiklərin istehsalı və satışı) məşğul olan şəxslər.
Qeyri-rəsmi bölmədə məşğul olan əhali yaşayış yerlərinə (şəhər və 
kənd əhalisi), məşğulluq statusuna, demoqrafik xüsusiyyətlərinə (cins və 
yaşa görə) və təhsil səviyyəsinə görə qruplaşdırılır.
Qeyri-rəsmi bölmə müəssisələri işçilərin sayından asılı olaraq iki 
qrupa bölünür: a) işçilərin sayı beş nəfərdən az olan müəssisələr; b) 
işçilərin sayı beş nəfər və daha çox olan müəssisələr. Qeyri-rəsmi bölmə­
də məşğul olan şəxslər məşğulluğun tipinə görə aşağıdakı qruplara ayrılır: 
a) yalnız qeyri-rəsmi bölmədə məşğul olan şəxslər. Bu kateqoriyaya ya 
qeyri-rəsmi bölmə vahidlərindən birində yeganə işi, yaxud da bir neçə işi 
yerinə yetirən şəxslər; b) qeyri-rəsmi bölmədə və ondan kənarda məşğul 
olan şəxslər (o cümlədən əsas işi qeyri-rəsmi bölmədə olan, yaxud da 
qeyri-rəsmi bölmədə əlavə işi olan şəxslər).
Qeyri-rəsmi bölmədə məşğul olanlar haqqında əsas informasiya 
mənbəyi məşğulluq problemi ilə əlaqədar əhali arasında hər rübdə bir 
dəfə aparılan seçmə müayinələridir. Bu müayinənin proqramı qeyri-rəsmi 
bölmədə məşğul olan şəxslərin sayı, haqqında məlumatları qiymət­
ləndirməyə, habelə bu bölmədə məşğul olan əhalini bir çox qruplaşdırma 
əlamətinə görə təsnifləşdirməyə imkan verir. Lakin məşğulluq problemi 
üzrə aparılan müayinələr qeyri-rəsmi bölmədə məşğulluq səviyyəsini 
müəyyən etmək üçün yeganə məlumat mənbəyi deyildir. Əlavə məlumat 
mənbəyi kimi inzibati statistikanın, vergi orqanlarının informasiyaların­
dan, habelə pərakəndə ticarətdə fərdi sahibkarların, kəndli təsərrüfat­
larının müayinəsi, bu və ya digər fəaliyyətlə məşğul olmağa razılıq (lisen­
ziya) verən nazirlik və idarələrin də məlumatlarından istifadə etmək olar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin