Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə162/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   262
2-ci movzu demoqrafiya

£ЧоРо 
£ЧоРо 
£ p o 4 ı
Paaşenin qiymət indeksi düsturundan deflyator kimi istifadə 
edilməsinin əsas üstünlüyü özünü onda göstərir ki, dəyər göstəricisi üçün 
mövcud olan qarşılıqdı əlaqə fiziki həcmə də aiddir. Beləliklə, Paaşe 
düsturu ilə qiymət indeksi MHS-nin prinsiplərinə uyğun gəlir. Çünki 
ondan istifadə olunmaqla hesablanan fiziki həcm indeksi aşağıdakı 
tələblərə cavab verir: 1) o, sabit çəki ilə fərdi fiziki həcm indekslərindən 
hesablanan orta indeksdir; 2) onda qiymətlərin təsirindən sərf-nəzər 
edilmişdir. Başqa sözlə, əsas dövr dəyişməz qaldıqda, ondan (yəni əsas 
dövrdən) sonra gələn dövrlərdə qiymətlərin tərəddüd etməsi fiziki həcm 
indeksinə təsir etmir.
Laspeyres indeksinə nisbətən Paaşe indeksinin çox böyük üstünlüyə 
malik olmasına baxmayaraq, bəzi hallarda bir sıra səbəblər üzündən 
Laspeyresin qiymət indeksinin düsturundan istifadə olunur.
Qiymət indeksinin hesablanması təcrübəsinə arxalanaraq demək olar 
ki, Paaşe düsturu ilə hesablanmış qiymət indeksi inflyasiya sürətinin 
azalması, Laspeyres düsturu ilə hesablanmış qiymət indeksi isə əksinə, 
inflyasiya sürətinin artması meyili ilə səciyyələnir. Buna 
“Qerşenkron
effekti” 
deyilir. Bunu aradan qaldırmaq üçün MHS-nin 1993-cü il 
variantında kompromis həll kimi Fişerin qiymət indeksinin düsturundan 
istifadə olunması tövsiyə edilir. Fişer Amerika iqtisadçısıdır. O, Las­
peyres və Paaşenin aqreqat indekslərinə əsaslanaraq özünün aşağıdakı 
indeksini formalaşdırmışdır.
i = 
\ Z
pi
4
q
Y
m
,
p | 1 м в Е м
Bu düsturla qiymət indeksinin hesablanması həm əsas, həm də cari 
dövrdə əmtəə və xidmətlər dəsti üzrə bazis (əsas) dövrünə nisbətən cari 
dövrdə qiymətlərin dəyişməsinə xarakteristika verilməsini nəzərdə tutur. 
Bu zaman əsas və cari dövrün tərkib hissələrinin strukturundakı fərqlərin
280
“silinməsi” (aradan qaldırılması) baş verir. Bu isə öz növbəsində müqa­
yisə bazasından asılılığın olması haqqında indekslər nəzəriyyəsinin 
tələbini ödəməyə, “Qerşenkron effekti”nin təsirini aradan qaldırmağa 
imkan verir. Fişer indeksindən uzun müddəti əhatə edən zaman kəsiyində 
məhsulların strukturu və tərkibində baş verən dəyişiklikləri ifadə edən 
meyillər nəzərə alınmaqla, qiymət indeksi hesablanarkən istifadə edilir.
ÜDM-i və onun tərkib hissələrini qiymətləndirərkən sabit qiymət kimi 
ilin cari orta qiymətləri götürülür. 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin