b) son istehlakı qiymətləndirmək üçün - əmtəə və xidmətlərin
istehlak qiymətləri indeksləri;
c) ümumi yığımı qiymətləndirmək
üçün - kapital qoyuluşunun
qiymət indeksləri (o cümlədən tikinti-quraşdırma işləri, maşın və
avadanlıqlar, sair əsaslı işlər və mal-qara üzrə xərclər və s.);
d) ixrac-idxal qalığını qiymətləndirmək üçün - ixrac və idxal olunan
məhsulların qiymət indeksləri.
ÜDM-i qiymətləndirmək üçün sabit qiymət kimi hər hansı
bir tarixə
olan qiymətlər deyil, əsas dövrün orta qiymətləri götürülür.
Qiymət indekslərindən ya ÜDM-in tərkib hissələrinin birbaşa
deflyasiya edilməsi üçün istifadə olunur, yaxud da o, xüsusi deflyatorların
qurulması üçün ilkin material hesab edilir. İstənilən halda onlar əmtəə və
xidmətlərin geniş nomenklatura əsasında müəyyən olunmalıdır. Bu
nomenklatur
nə qədər geniş olsa, aparılan hesablamalar da bir o qədər
dəqiq və etibarlı olur. Müşahidə aparmaq
üçün seçilmiş əmtəə və
xidmətlərin qiymətləri bir və ya bir neçə il üzrə qeyd olunur. Hər hansı
bir əmtəə növünün istehlak dəyəri eyni olan başqa bir əmtəə növü ilə əvəz
olunmasına həmin məhsulun istehsalı dayandırıldıqda yol verilir.
Dostları ilə paylaş: