Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Ölkələrin əksəriyyətində istifadə olunan əsas məlumat mənbələri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə173/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   262
2-ci movzu demoqrafiya

Ölkələrin əksəriyyətində istifadə olunan əsas məlumat mənbələri
aşağıdakılardır:
1) Məşğulluq və işçi qüvvəsi haqqında müayinə apararkən əldə 
edilən məlumatlar. Bunun nəticəsində müavinət alan, lakin daimi, yaxud 
da müvəqqəti işi olan, rəsmi qeydiyyatdan keçməmiş əcnəbilər, qaçqınlar, 
pasport qeydiyyatında olmayan şəxslər, xüsusi firmalar tərəfindən muzdla 
tutulan yüksək ixtisaslı mütəxəssislər aşkara çıxarılır;
2) İnzibati mənbələrin (məsələn, torpaqların, mənzillərin uçotunu 
aparan təşkilatların) məlumatları;
3) Müntəzəm olaraq əlavə dəyər gətirən peşələrdə çalışanların (tibb 
işçiləri, vəkillər, bərbərlər, taksi sürücüləri, xörək paylayanlar, qəzet 
satanlar, avtomobili təmir edən və servis xidməti göstərən işçilər, 
santexniklər və i. a.);
4) Ev təsərrüfatları xərclərinin xüsusi müayinəsi nəticəsində əldə 
edilən məlumatlar;
5) Müxtəlif müəssisə qruplarının xərcləri və ümumi buraxılışı 
arasındakı nisbətin müqayisəli təhlili nəticəsində əldə edilən məlumatlar. 
Buna iri və kiçik, dövlət və xüsusi müəssisələr arasındakı nisbət misal ola
290
bilər;
6) Ev təsərrüfatlarının və korporasiyalara daxil olmayan müəssisə­
lərin qarışıq müayinə yolu ilə öyrənilməsi nəticəsində əldə edilən mə­
lumatlar. Burada ev təsərrüfatlarının, habelə korporasiyalara daxil ol­
mayan müəssisələrin gəlir və xərclərinin müayinəsi nəzərdə tutulur;
7) Vergi, yol təhlükəsizliyi, texniki inventarlaşdırma bürolarının mə­
lumatları.
Makromodel metodlar içərisində aşağıdakıları qeyd etmək olar:
a) qlobal göstəriciləri özündə əks etdirən metodlar (məsələn, elektrik 
enerjisi istehsalının artması ilə sənaye məhsullarının ümumi buraxılışı 
arasındakı nisbətə əsaslanan iqtisadi artımın qiymətləndirilməsi metodu);
b) monetar modellər. Bu, onu deməyə əsas verir ki, nağd pula olan tələbin 
xarakterində baş verən dəyişiklik nəzərə alınmamış iqtisadi fəaliyyət 
növlərinin həcmindəki dəyişikliklərlə izah oluna bilər.
ÜDM-in istehsal metodu ilə hesablanması ilə əlaqədar olaraq 1980-ci 
ildə işlənib hazırlanmış 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin