Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Regional daxili məhsul və onun hesablanması metodikası



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə175/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   262
2-ci movzu demoqrafiya

9.9. Regional daxili məhsul və onun hesablanması metodikası
Müasir MHS-in ən mühüm bölmələrindən biri də regional hesablardır. 
Bu hesablar regionların iqtisadi inkişafına xarakteristika vermək və ölkə 
iqtisadiyyatında onların yerini müəyyən etməyə imkan verir. Regional 
hesablar ərazisi çox böyük olan ölkələr üçün xüsusilə vacibdir. Çünki 
ərazisi böyük olan Ölkələrdə regionlar təbii-iqlim və iqtisadi şəraitlərinə 
görə bir-birindən kəskin surətdə fərqlənir. Regional hesablardakı məlu­
matlar ərazi və mərkəzi idarəetmə orqanları tərəfindən qərarların qəbul 
edilməsi, regional siyasətin formalaşdırılması və onun səmərəliliyinin 
təhlili, ayrı-ayrı iqtisadi rayonlara maliyyə yardımının göstərilməsi, regio­
nal büdcənin işlənib hazırlanması üçün lazımdır.
Regional hesabların tərtib olunması da bütövlükdə iqtisadiyyat üzrə 
nəzərdə tutulan hesabların tərtib olunduğu prinsipə əsaslanır. Lakin buna 
baxmayaraq onların tərtib olunmasının özlərinə məxsus bəzi spesifik 
xüsusiyyətləri də ola bilər. Belə ki, ölkələrin əksəriyyətində məhdud 
sayda regional hesablar tərtib olunur. Başqa sözlə, region səviyyəsində 
daha çox tərtib olunan hesablar regional ümumi məhsulun (RÜM) və 
onun ayrı-ayrı tərkib hissələrinin qiymətləndirilməsinə xidmət edir.
Hazırda regional hesabların işlənib hazırlanması və tərtib olun­
masında aşağıdakı işlər prioritet istiqamətlər hesab edilir:
292
1) Sahələr üzrə istehsal hesablarının tərtib olunması. Bu, ÜDM-in 
cari qiymətlərlə istehsal metodu ilə hesablanmasına imkan verir. Bunun 
üçün ayrı-ayrı sahələrdə yaradılmış ümumi əlavə dəyər cəmlənir və onun 
üzərinə məhsullara görə alman xalis vergilər əlavə edilir;
2) Regionların iqtisadiyyatının artım sürətini müəyyən etmək üçün 
RÜM sabit qiymətlərlə qiymətləndirilir;
3) Gəlirlərin əmələ gəlməsi hesabının tərtib olunması və onda müəs­
sisələr tərəfindən istehsalın iştirakçılarına (muzdlu işçilərin əməyinin 
ödənilməsi, istehsala görə digər vergilər, mənfəət və qarışıq gəlirlər) 
ödənilmiş ilkin gəlirlərin qeyd edilməsi; Bu, prinsipcə RÜM-ün bölgü 
metodu ilə hesablanmasına imkan verir;
4) Gəlirlərdən istifadə hesabının ayrı-ayrı göstəricilərinin (ev təsər­
rüfatlarının son istehlak xərcləri, əsas kapitalın ümumi yığımı) hesab­
lanması.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin