Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə174/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   262
2-ci movzu demoqrafiya

İtaliya metodunu 
xüsusi qeyd etmək lazımdır. 
Bu yanaşmanın səciyyəvi cəhəti ondan ibarətdir ki, əmək sərfi metodun­
dan istifadə olunması ilə müəssisələrin təhrif etdikləri məlumatlara 
düzəlişlər edilir. Bu metoddan aşağıdakı oxşar cəhətlərə malik olan 
ölkələrdə istifadə edilə bilər: a) qeydiyyatdan keçməmiş və ya düzgün 
təsnifləşdirilməmiş çoxsaylı kiçik müəssisələrin olması; b) qeydiyyatı ol­
mayan çoxsaylı işçilərin olması; c) müəssisələr tərəfindən istehsalın 
həcminin həddən çox az göstərilməsi; d) işçi qüvvəsinin tam və dəqiq 
müayinəsinin aparılmasının mövcud olması.
Lakin qeyd etmək lazımdır ki, hər hansı bir ölkədə tətbiq edilən və 
yaxşı səmərə verən bir metod, digər bir ölkədə qəbul edilməyə bilər. Mə­
sələn, yuxarıda göstərilən elektrik enerjisi istehlakının artması ilə sənaye 
məhsulları buraxılışı arasında qarşılıqlı əlaqə olsa da, bir sıra ölkələr bu 
metoddan demək olar ki, istifadə etmirlər. Deməli, bu modelin obrazlı 
ifadə ilə desək “mövcud olmaq” hüququ vardır, lakin bütün ölkələrdə 
qəbul edilməsi ehtimalı 100%-ə bərabər deyildir. Bu, onunla əlaqədardır 
ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində sənayedə elektrik 
enerjisi çox böyük əhəmiyyətə malik olsa da, yeganə mənbə deyildir.
Monetar model 
ona əsaslanır ki, gizli iqtisadiyyatın subyektləri 
arasındakı iqtisadi əməliyyatlar bir qayda olaraq nağd pulla aparıldığı 
halda, rəsmi iqtisadiyyatda bu əməliyyatlar əsas etibarilə banklar vasi­
təsilə həyata keçirilir.
Müşahidə edilməyən iqtisadiyyata aşağıdakı sahələrdə daha çox
rast gəlinir: 1
) kənd təsərrüfatı (əhalinin şəxsi həyətyanı sahələrində
291


kənd təsərrüfatı məhsulları istehsalı); 2) ticarət (ayrı-ayrı şəxslərin 
istehlak malları bazarlarında xırda alverlə məşğul olmaları); 3) səhiyyə 
(həkimlərin şəxsi fəaliyyəti, tibb müəssisələrində həkimlərə və tibbi 
heyətin digər üzvlərinə əlavə pul ödənilməsi); 4) tikinti (ev təsərrüfatları 
tərəfindən özləri və sifariş əsasında başqaları üçün mənzilin tikintisi və ya 
təmiri); 5) nəqliyyat (fərdi avtonəqliyyatla sərnişinlərin daşınması); 6) 
təhsil (xüsusi tərbiyəçilərin, ali məktəblərə daxil olmaq üçün başqalarına 
xidmət göstərən müəllimlərin əməyi); 7) sənaye (ev təsərrüfatlarında bəzi 
qida məhsullarının və spirtli içkilərin hazırlanması; paltar və mebel 
istehsalı; avtomobillərin və məişət texnikasının təmiri üzrə xidmətlər).
Lakin bütün bunların düzgün müəyyən olunması və ÜDM hesabla­
narkən nəzərə alınmasında müəyyən çətinliklər meydana çıxır. Bu çətin­
liklər daha çox məlumatların toplanması ilə əlaqədardır. Onların aradan 
qaldırılmasında iqtisadiyyatın sabitləşdirilməsi, vergi qanunvericiliyinin 
təkmilləşdirilməsi, müəssisələrin və ev təsərrüfatlarının müayinəsi sahə­
sində beynəlxalq standartlardan geniş istifadə olunması müsbət nəticələr 
verə bilər.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin