Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


müşahidə olunmayan fəaliyyət növləri aşağıdakılar­



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə172/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   262
2-ci movzu demoqrafiya

müşahidə olunmayan fəaliyyət növləri aşağıdakılar­
dan ibarətdir:
1) Gizli istehsal. Buna sözün iqtisadi mənasında istehsalla məşğul 
olan qanuni surətdə fəaliyyət göstərən və vergi, sosial sığorta ayırmaları 
ödəməkdən bilərəkdən yayınmaq məqsədilə dövlət orqanlarından 
gizlənən fəaliyyət növləri aiddir.
2) Qeyri-qanuni istehsal. Buna aşağıdakılar aiddir: a) istehsalı və 
satışı qanunla qadağan olunmuş əmtəə və xidmətlər; b) fəaliyyət göstər­
məsinə icazə verilmiş, lakin müvafiq sənədlərlə rəsmiyyətə salınmamış 
fəaliyyət növləri;
3) Qeyri-rəsmi bölmədə həyata keçirilən istehsal. Buna ev təsərrü­
fatları bölməsində heç bir korporasiyaya daxil olmayan və qeydiyyatdan 
keçməyən, yaxud da işçilərinin sayı qanunvericiliklə müəyyən edilmiş 
saydan az olan və bazar üçün müəyyən qədər məhsul istehsal edən 
müəssisələrin fəaliyyəti aiddir.
4) Özünün son istifadəsi üçün məhsul istehsal edən ev təsərrüfatları. 
Bu o deməkdir ki, ev təsərrüfatları istehsal etdikləri məhsullardan yalnız 
özləri istifadə edirlər.
Müşahidə edilməyən iqtisadiyyatın qiymətləndirilməsi metodla­
rını aşağıdakı üç böyük qrupa bölmək olar: 1
) Ümumi metodlar; 2) 
m üxtəlif məlumat mənbələrindən istifadə olunmaqla müşahidə edilməyən 
iqtisadiyyatın “hesablanması”nın dolayı metodları; 3) makromodel 
metodları.
Ümumi metodların özlərinin də aşağıdakı növləri vardır:
289


-əm təə axmı metodu. Bu, müşahidə olunmayan iqtisadiyyatın uçota 
alınmasının əsas metodu olmaqla əmtəə və xidmətlərin istehsalçıdan isteh­
lakçıya (ölkə daxilində və ya xaricdə) çatdırılmasını izləməyə imkan verir. 
Bundan başqa bu metod əmtəə və xidmətlərin ehtiyatlan ilə onlardan 
istifadə cədvəllərinin, sahələrarası balansların, natura ifadəsində ayrı-ayrı 
məhsul növləri balanslarının (məsələn, neft, qaz, kömür, taxıl, kartof, 
bostan bitkiləri, tərəvəz, şəkər, ət və ət məhsulları və i. a.) köməyilə 
müqayisə aparmağa imkan verir.
-ayrı-ayrı sahələrdə istehsal olunmuş əlavə dəyərin alternativ qay­
dada qiymətləndirilməsi. Bu metod sahələrin spesifikasını (məsələn, yem 
sərfi ilə heyvandarlıq məhsulları istehsalı, sement sərfi ilə tikinti məh­
sulları arasındakı nisbət haqqında məlumatların təhlil edilməsi) nəzərə 
almağa imkan verir;
- e v təsərrüfatları gəlirlərinin alternativ qaydada hesablanması. Bu, 
məsələn, müəyyən əmtəə və xidmətlər üzrə gəlirlər və xərclər arasındakı 
nisbət əsasında tələbin gəlirlərin səviyyəsindən asılı olduğunu aşkara 
çıxarmağa imkan verir;
- müxtəlif məlumat mənbələrindən istifadə etmək əsasında “müşahidə 
edilməyən 
iqtisadiyyatın hesablanması”mn dolayı metodları. Bu 
məlumatlar müşahidə olunmayan fəaliyyətin miqyası və yayılması 
meyilləri haqqında təsəvvür əldə etməyə imkan verir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin